Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə2/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   2   3   4   5   6   7   8   9   ...   45

II. Arxaik sifətlər. “Divan”da sifət cisimlərin əlamət və keyfiyyətini bildirir, 

quruluş etibarilə sadə, düzəltmə və mürəkkəb formadadır.  

1.  Sadə arxaik sifətlər. 

a)  Bu sifətlərin bir qismi fonetik baxımdan müəyyən dəyişikliyə uğramışdır: 



gögçək  çağdaş dövrdə  göyçək  şəklində,  əgri-əyri, yuca-uca, bütün-bütöv  və s. 

Kəlamülləhə, ey dilbər ki,boyun gərçə dal oldu, Hər  əgri baxanın eyni bu dalin 

qədrini bilməz! (N.I63); Yuca yerdən dəm uran şeyxi fəqihə gəldi kim, Müddəinin 

hörməti həqdən həqarətdir bu gün (N.I178). 

“Divan”da işlənmiş fonetik baxımdan bu gün ədəbi dildə sabitləşmiş əyri, bü-



töv, uca, göyçək sifətləri ümumxalq Azərbaycan dilində, habelə Azərbaycan dilinin 

dialekt və  şivələrində  məhz Nəsimi dilində  təzahür edən fonetik variantda, yəni 



əgri, bütün, gögçək şəklində işlənməkdədir. Uca  sifətinin yuca variantda işənməsi 

isə qədim türk dillərində, eləcə də Azərbaycan dilində mövcud olmuşdur və söz əv-

vəlində prototik samitinin işlənməsi qədim dövr yazılı abidələr üçün səciyyəvi fo-

netik səs artımıdır (М.А.Щербак.  Сравнительная  фонетика  тюрских  языков. 

Л.1970, s. 179) 

b)

 

Müasir Azərbaycan ədəbi dilində passiv şəkildə işlənən, eləcə də dialekt 

və  şivələrdə  işləkliyini saxlamış sadə sifətlər:  ulu, arı, yengi, yavuz, çin, eyü//eyi, 

gerçək  və s. Bir  eyü ad edün fani cahandə,  Ululardan cahandə qaldı bir ad! 

(N.I106); Hüsni cəmalə baxmağa ari səfa nəzər gərək, Düşməsin arisiz nəzər ayinə-

nin səfasinə!  (N.II165); Münkirin əgri gözləri yüzinə baxmasın anın, Kəmnəzərin 

yavuz gözi hüsni-cəmalə düşməsün! (N.I173); Əski dünya yengi xələt geydi bu möv-

sümdə uş! Çöhrəsi dövri bu gün nəqşü nigar oldu yenə! (N.I54); Dəhanindən xəbər 

verdi rəvanpərvər sözün, əmma Bilinməz nəsnədən kimsə inanmaz kim, xəbər çindir 

(N.I288)Dövləti-didarə bidar urar ol gerçək mühibb Gözləri açıq gərəkdir aşiqin 



leylü nəhar! (N.I333) 

Həmin sifətlər bu gün xalq dilində, bədii  əsərlərin dilində ifadə daxilində, 

müdrik cümlələrdə müşahidə olunur: arı sifəti  Aydan arı sudan duru atalar sözün-

də, habelə düyünü aritlamaq ifadəsində, arat kənd təsərrüfatı terminində təmiz mə-



 

Filologiya  məsələləri – №3, 2014

 

 



12

nasını saxlamaqdadir. Yengi sözü bu gün cənub bölgələrində yengi il (yeni il), yen-



gidə (gələn il) söz və ifadələrində məhz təzə, təzə il mənasında işlənməkdədir. Eləcə 

də çin sifəti Yuxum çin cıxdı cumləsində saxlanmaqdadır. 

“Divan”da rast gəlinən, lakin müasir Azərbaycan dilində  işləkliyini itirmiş 

sözlərdən əsrük(sərxoş, kefli) bəzi dialekt və şivələrdə mühafizə olunur. Sayru sözü 

isə Azərbaycan yazılı abidələrində arxaik söz kimi qeydə alınmış və çağdaş dilimiz-

də ifadə tərkibində qalmaqdadır: Sağlığın necədirsə, sayrılığın da elədir. 

2.  Düzəltmə sifətlər:  “Divan”da düzəltmə sifətlər adlardan və fellərdən 

düzəlir: 

a)  Adlardan düzəlmiş sifətlər aşağıdakı  şəkilçilər vasitəsilə yaranır:  -lı

4

 

(tatlu-dadlı, uyxulu-yuxulu, yürəkli-ürəkli, tolu-dolu və s. Zahid aydır, sevmə xubi, 

baxma anın yüzinə, Şol həcər yürəkli ahən, yoxsa mərmərdənmidür? (N.I312)Hər 

qanda kim, şərh eyləsəm şirin dodagin qəndini, Ərvəh üşər sinək kibi ol tatlu şəkər 

xəndini  (N.II157);  Bəzmində  əzəl saqisi ləlin mana sundu,  Ol badeyi kim, ruhi-

zəmindür  tolu cami (N.II214);  Ey nəğdini tərrarə verən  uyxulu qafil,  Şol yüzi 

qəmər türreyi-tərrarimi buldum! (N.I505). 

Məlumdur ki, müasir Azərbaycan dilində -



4

 şəkilçisi əksər hallarda isimlərə 

artırılaraq düzəltmə sifətlər  əmələ  gətirir. “Divan”da isə -lı

şəkilçisinin sifətlərə 



artırılaraq düzəltmə sifətlər yaratdığını da görürük. Bu mənada “Divan”da təsadüf 

etdiyimiz ağuli, xumarli, yazuqlu sifətləri maraq doğurur: Həva camindən əsrüksən, 



həvəs ardinə düşmüşsən,  Bu  ağuli  şərabi qo kim, oldur şərbəti qatil (N.I464); 

Yaralu eylədi məni cürəsi  ağulu  ğəmin  Yaralu yarini qoyma, dərdinə gör nə 

çarədür (N.I294); Ey xumarli gözlərindən fitnəyi uyar sənəmGözləri şol fitnədir 

kim, fitnəsi xabindədir  (N.I285);  Hüsnün quludur cümlə  əgər mahisə, gər xur,  Ey 

ləlinə can bəndə və yazuqlu qulami (N.I216). 

Beytlərdə  işlənmiş  ağulu, mətndən də görundüyü kimi , sadəcə  acı sifətinin 

məna qarşılığı olmayıb, poetik mənada çox acı, həddindən artıq acı mənasını ifadə 

edir. Eləcə də, xumarlu-cox xumar (göz), məstanə göz, yazuqlu-çox yazıq deməkdir. 

Deməli bu gün fəaliyyətdə olmayan sifət köklü düzəltmə sifətlər nə vaxtsa 

ədəbi dildə  işlək olmuşdur. Bunu həm Azərbaycan dilli yazılı abidələr (dəmirlü-

“Vərqa və Gülşa” XIV əsr. 10, s. 13; təmizlü- “Şeyx Səfi” XV əsr. 23, s. 10; ağulu-

Füzuli: Çox həvəs eyləmə ol şərbətə kim ağuludur-XVI  əsr. 25, s. 142; 

“Şühədənamə” 2, s. 10), həm müxtəlif türk dilləri materialları: alaluy-ala, ala-bula 

qirğız dilində (20, s. 61), həm də azərbaycan dilində mövcud nadir faktlar təsdiq 

edir. Bu gün Azərbaycan xalq dilində soyuqlu hava ifadəsi mövcuddur. Əlbəttə ki, 

soyuqlu hava sadəcə soyuq hava deyil, çox soyuq hava, olduqca soyuq hava demək-

dir. Şübhə yoxdur ki, Nəsimi xumarlu (göz), ağulu (şərab), yazuqlu (qulam) deyər-

kən bu sözlərin xalq dilində gizlənən ən qədim, ən incə mənalarına əsaslanmış, xalq 

dilinin qrammatik quruluşunun zənginliklərini ədəbi-bədii dilə gətirməklə, XIV əsr 

və ümumən  ədəbi dilin poetik imkanlarını genişləndirmişdir.  Şair  yazuqlu qulam 

deyərkən tarixən bütün türk xalqlarının dilində işlənmiş yazıq, günahkar, kasıb qul 

(MK III, 1941, 17) mənasını nəzərdə tutmuşdur. Digər tərəfdən, -lı

4

 şəkilçisinin mə-

na tutumu – çoxluq, bolluq semantikası da həmin sifətlərdəki qüvvətli semantik mə-

nanı təsdiq edir. 

“Divan”da işlənmiş düzəltmə sifətlərin bir qismi də bu gün passiv fonda keç-

miş arxaik sifətlərdir:  qutlu (xoşbəxt), görklü (gözəl, göyçək), dürlü (müxtəlif), 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



13

yeləkli (nazlı-nəzakətli). Başuma qutlu ayağun gəldi basdı ol nigar, Kölgəsi düşdü o 

an mana sərvi xuramanın yenə (N.II172); Eylədi eşqin məni qalxan məlamət turinə 

Ey gözi, qaşi  yeləkli  şəhriyarım, qandasan? (N.II36); Ey sahibi-təxtü tac, canlar 

canına möhtac! Ey gorklü yüzün merac, didarinə müştaqəm! (N.I532); Eşqin odi 

pişirmişdi dürlü aşlarım, Sevda könlümün dəxi xam olmadin hənuz! (N.I390). 

 Türkologiyada  -lı



4 

şəkilçisinin -lıq



4

  şəkilçisindən törəməsi fikri mövcuddur 

(20, s. 72, 46; 20, s. 53). Qədim türkdilli abidələrdə “Divan”da müşahidə olunan 

görklü,  qutlu sifətləri  görklük,  qutluq variantındadır (DTS, 473,MK I 82, 318). 

Yeləkli sifətinin kökü olan yilək  qədim türk abidələrində  gülüş, kiməsə gülmək, 

təhqir, təhqir etmək, gecə şənlikləri mənalarını ifadə etmisdir. (20, s. 265). Bəzi tür-

koloji lüğətlərdə yelək//yelik monqol mənşəli hesab edilir (20, s. 265). Bizə elə gəlir 

ki, “Divan”da işlənmiş  yeləkli sözü məhz monqol mənşəli  yelik sözü ilə  əlaqədar 

olub, şıltaq, öz gözəlliyi ilə fəxr edən, havalı, məhəbbətli, gözəl mənalarına uyğun 

semantikada işlənmişdir. 

Görklü sözünün bu gün müasir Azərbaycan dilində görkəmli variantını qəbul 

edirik. Qeyd edək ki, görklü düzəltmə sifəti qədim türk lüğətlərində (MK I, 

1939,362) gözəl, gözəllik, gözəl sima mənalarında işlənmişdir. “Türk dillərinin eti-

moloji lüğəti”ndə yazılır: görg, görklü və onun fonetik variantlarının etimologiyası 

ilə  məşğul olan türkoloqlar- A. Zayançakovski, K. Brokelman, M. Rəsənen, K. 

Menqes bu sözü görmək felindən -ıq, -ik şəkilçisi vasitəsilə fel köklü hesab edirlər. 

Həmin sifətdən -li şəkilçisi ilə düzəlmiş keyfiyyət mənalı görklü (gözəl), həm də -

sız şəkilçisi ilə inkar mənalı körksüz (çirkin) sifətləri düzəlmişdir. Həmin kökdən -a, 

-ay, -la şəkilşisinin iştirakı ilə görka, görkəl, və nəhayət görkəm ismi yaranmışdır. 

(ЭСТ.Я, 1980, 82). 

“Divan”da məhsuldar sifət düzəldən  şəkilçilərdən biri də  -çin elementidir. 

Sözlərə artırılaraq keyfiyyəyin çoxluğunu yaradır və -lı



4

 şəkilçisinin məna yaxınlığı 

kimi çıxış edir: Ruxun üzrə bənin şahanə hindudur əcəb, yarəb, Yalınçaq oğrumu, 

yaxud İrəm bağində gülçindir(N.I289); Mahi-tabanə, ya mehrə səni bənzətməzəm, 

neyçün, Ki, hüsnün xirmənində ay ilə gün sünbüləçindir (N.I289). 

-çin elementi sözlərə  əlavə edilərkən həmin kök sözün mənasını çoxaldır. 

Ümumiyyətlə,  çin bir söz kimi qədim türk dillərində  həqiqət, doğru, düzgün, əsl, 



bənzər, oxşar kimi mənaları ifadə etmişdir (DTS. 148,1969). Bizə elə gəlir ki, çin 

sözünün şəkilçi variantı -çin bu mənaların əsasında yaranmışdır. Nəsiminin dilində -



çin bir çəkilçi kimi sözlərə məhz, əsl mənasını verir: gülçin, yəni əsl gül, çiçək kimi, 

sünbüləçin-əsl sünbülə bənzər, əsl sünbül kimi, moğolçin-moğol gözləri kimi moğol 

saçları kimi. Müasir Azərbaycan dilində  -çin  çəkilçisi ilə antroponimlər düzəlir: 

Gülçin, Elçin, Yalçın və s. 

“Divan”da sifət düzəldən  ən aktiv çəkilçilərdən biri də  -sız



4 

gostəricisidir. 

Müasir dövrdə olduğu kimi, sözlərdə müəyyən keyfiyyətin olmadığını bildirən hə-

min şəkilçi həm türk mənşəli, həm də alınma ərəb və fars dili sözlərində həmin se-

mantikanı yaradır: arisiz-çirkli, düzəltmə sifəti bu gün istifadədən qalsa da, tarixən 

türkdilli abidələrdə  işlənmişdir.  Hüsni-cəmalə baxmağa arisəfanəzər gərək, 



Düşməsin  arisiz  nəzər ayinənin səfasinə!  (N.II165);  Nə günəşdir yüzün bəği ki, 

çiçəgi anin, Cəhani rəngi buyindən dikənsiz gülüstan etdi (N.II281). 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



14

 “Divan”da -sız



4 

səkilçisinin sinonimi kimi -çaq  şəkilçisi işlənir:  Rüxün üzrə 



bənin  şahanə hindudur, Yarəbb!  Yalıncaq  oğrumi, yaxud İrəm bağində gülçindir 

(N.I289). 

Müasir Azərbaycan dilində  -caq  şəkilçisi tam passivləşərək yalnız relikviya 

halında iki sözdə müşahidə olunur: köynəkcək  tumancaq. 

“Divan”da  yalıncaq sözü ayağıyalın mənasında özunu göstərir ki, bu məna 

qədim türk lüğətlərində qeydə alinmışdır: (MK, 1941,III,82, DTS,1969,229) 

Maraqlıdır ki, yalınçaq sözünün I hissəsi bu gün Azərbaycan dilində 

mürəkkəb söz törkibində özünü göstərir: ayağıyalın və yaxud, yalın. 

-caq şəkilçisi haqqında türkoloji ədəbiyyatlarda yazılır: ilkin olaraq əzizləmə 

semantikası üzrə  səciyyələnən -caq  şəkilçisi düzəltmə isimlərin və sifətlərin 

yaranmasında Azərbaycan dilinin ən qədim morfoloji əlamətlərindən sayılmışdır: 

dilcək, oduncaq, köynəkçək  isimləri, eləcə  də,  qısacaq, artıcaq kimi sifətlər 

Azərbaycan dilinin ən qədim layına daxildir (20, s. 435). 

Bəzi arxaik sifətlər fel köklərinə  -ux, -uq, -q, -k, -x elementləri artirmaqla 

yaranmışdır: ayrıx, ayrux, ayruq, artuq və s. sözlər bu gün dialekt və şivələrdə də 

işlənmir.  Qaşınla kirpigin çün seyd eylədi cəhani,  Səyyad olana ayrıx tirü kəmən 

gərəkməz! (N.I393); Gəl niqabın tərfini gülgün yanağından götür, Ta gülüstan gül-

məsün ayrux güli-xəndaninə! (N.II152); Düşdi gözüm ala gözün ağinə və qarasinə, 

Ayruq anınla kimsənin aği nədür, qarasi nə? (N.II164); 

a)  “Divan”da fel köklərindən sifət düzəldən  ən fəal  şəkilçilərdən biri -ıcı



4 

göstəricisidir: ağlici, tapici, yaxıci, yapıci, varici və s. Şövqün qışında ağlici göz tö-



kər yaşin, Vəslün gününə döndərü güldür bəharimi! (N.II212); Ey latə tapici, səni 

eyb etməzəm nədən,  Kim, görməmişəm ol sənəmi-gülüzarimi!  (N.II213);  Xəlqin 

əməli əzdi könül yaxıci ogüş Bir xəstə könül yapıci memar bulunmaz (N.I376). 

Tarixən Azərbaycan dilində fəal feli sifət şəkilçisi olan -ici



4

 Nəsiminin qəzəl-

lərində də göründüyü kimi, ən aktiv morfoloji göstərici olmuşdur. Zaman keçdikcə 

həmin şəkilçi ilə formalaşan şəkilcilər -an



2 

feli sifət şəkilçisi ilə əvəz olunmuşdur. 

Lakin bir şəkilçi kimi -ıcı

4 

göstəricisi tam şəkildə dilimizdən çıxmamışdır. Müasir 

Azərbaycan dilində -ıcı

4 

şəkilçisi vasitəsilə fel kökündən düzəltmə sözlər yaranır və 

bu zaman həmin şəkilçi -çı

4 

şəkilçisinin məna qarşılığı kimi çıxış edir. -ıcı şəkilçi-

sindəki -ı birləşdirici sait olmayıb, hərəkətin adını bildirən göstəricidir. Türk dilində 

-(y)ıcı

4 

şəkilçisi bəzən gələcək zaman məzmunlu feli sifət  şəkilçisi kimi 

səciyyələndirilir. Bu Mahmud Kaşğarinin lüğətində də belədir (21, s. 92-93) 

Azərbaycan klassik ədəbiyyatında -ıcı



4   

şəkilçisinə  təsadüf olunur: Eşidici 



deyicidən söz çəkər (ŞŞ. XVI əsr);  Nə suya giricisən, nə oda  (ŞİX.II220);  Sən 

qəddinə yaşıl  şallar  geyici,  Vaqif dəxi sənə  qəzəl  deyici,  Şükr Allaha deyil 

adamyeyici, Nolur gəlsən bizə, qurban olduğum! (Vaqif, XVIII, s. 59). 

Maraqlıdır ki, həmin forma bu gün müdrik xalq ifadələrində, atalar sözü və 

məsəllərdə yaşamaqdadır: Yaman yeyicin olsun , yaman deyicin olmasın. 

“Divan”da var sözü şəkilçi funksiyasında əsasən şəxs adlarına əlavə edilərək 



kimi qoşmasının məna qarşılığı  səviyyəsində  çıxış edir: Mənsurvar, Fərhadvar, 

Ərəsvar və s. Gəl asıl bərdar çün Mənsursan Mənsurvar, Aqibət mənsurini Mənsur 

asar darinə! (N.II154); Leyli cəmalindən cuda Məcnun kimi sərgəştəyəm, Fərhad-

var istər könül Şirin dodağindən şəfa! (N.III5); Sənin gülgün yanağin həsrətindən, 

Axar çeşmim yaşı həm çün Ərəsvar(N.I98). 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



15

Müasir Azərbaycan dilində  -var elementi ümidvar,  ümidvar olmaq sözünün 

tərkibində özünü göstərir. Eləcə də, -vari şəklində sözdüzəldici vasitə kimi vintvari

yüngülvari sifətlərinin tərkibində müşahidə olunur.. 

b)  Mürəkkəb sifətlər.  “Divan”da mürəkkəb arxaik sifətlərin düzəlməsində 

ən geniş yayılmış vasitə eyni söz köklərinin təkrarı (reduplikasiya) ilə yaranma yo-

ludur: 


1.  Türkmənşəli sadə söz köklərinin təkrarından yaranan mürəkkəb arxaik 

sifətlər:  tolu-tolu,  dürlü-dürlü  və s. Gəzdim vicudim şəhrini səndən  tolu-tolu gör-



düm anı, Hər yerdə çün sənsən əyan, adin nədən bica imiş? (N.I412); Xəstə olali 

könül eşqindən, ey can pərəsi,  İçərəm  ğəm mətbəğindən  dürlü-dürlü  aşlar! 

(N.I342). 

2. 

Türk mənşəli sadə isimlə sadə sifətin birləşməsindən yaranmış mürəkkəb 



arxaik sifət:  əgridil: Dil bazarçisi yalandır, varmazam bazarinə, Gerçək olmaz 

əgridil, inanmazam iqrarinə! (N.II150). 

III Arxaik əvəzliklər.  Nəsiminin “Divan”ında öz forma və  məzmununu 

saxlamış  əvəzliklərlə yanaşı, bəzi fonetik dəyişikliyə  uğramış  və ya tam 

arxaikləşmiş  əvəzliklər də  fəaldır. Bunlar əvəzliyin müəyyən məna qruplarında 

müşahidə edilir: 1) şəxs əvzlikləri; 2) işarə əvəzlikləri; 3)sual əvəzlikləri; 4) qayıdış 

əvəzlikləri; 5) qeyri-müəyyən əvəzliyi. 

1)

 

 Arxaik  şəxs  əvəzlikləri:  “Divan”da rast gəldiyimiz  bən, ol, 

olar//alar//anlar arxaik şəxs əvəzlikləridir: Ey bəsirətsiz, bəni gör kim nə zati-adə-

məm! Söyləyən həqdir bənim dilmdə hər dəm, yoxsa bən...(N.I82); Mənsur ilə bən 

dardan gəlirəm... Xəlifə ilə bən nardan gəlirəm! (N.I83). 

Böyük türkoloq Mahmud Kaşğari göstərmişdir ki, şəxs  əvəzlikləri  bən  oğuz 

qrupu türk dilləri üçün, mən  qıpçaq qrupu türk dilləri üçün səciyyəvidir. 

Azərbaycandilli yazılı abidələrdə XIX əsrə  qədər fəaliyyət göstərmiş  bən  əvəzliyi 

sonralar fəaliyyətdən qalmış, mən norma səviyyəsini qazanmışdır. Bütün türk dilləri 

üçün ümumi olan şəxs əvəzlikləri (22, s. 124) bu gün də həmin intensivliyini sax-

layır. 

Türkologiyada  bən  və  mən  əvəzliklərində birinci samit səslərin ilkinliyi ilə 



əlaqədar olaraq fikir müxtəlifliyi mövcuddur. Bəzi türk dillərində I şəxs əvəzliyinin 

pən variantı da olduğu qeyd edilir (22, s. 138). 

Alimlərin böyük bir qrupu bən fonetik variantını daha qədim hesab edirlər (8, 

s. 8; 7, s. 70; 6, s.132). Vaxtilə böyük türkoloq M. Kaşğari  bən  və  mən 

variantlarının paralelliyini qəbul edərək göstərmişdir ki, oğuzlar  bən deyirlər, 

qıpçaqlar mən deyirlər. Əvəzliklərin Azərbaycan dili dialekt və şivələrində işlənmə-

sini tədqiq etmiş M. İslamov da həmin fikri dəstəkləyərək göstərir ki, həmin əvəz-

liklərin paralelliyi bu gün də davam edir (12, s. 17). Tədqiqatçı C. Qəhrəmanov 

vaxtilə göstərirdi ki, Nəsimi “Divan”ında paralel fonetik variantlar çox səciyyəvidir 

(9, s. 10). 

 Bən//mən şəxs əvəzliklərində son n səsinə gəlincə çuvaş dilindəki эве (mən) 

şəxs əvəzliyi göstərir ki, ilkin olaraq bu əvəzliklərdə son n olmamışdır (20, s. 138). 

Bu  əvəzliklərin hansının ilkinliyinə  gəlincə, bunların hər ikisinin qədim olması 

fikrini biz də qəbul edirik, çünki hər iki qrup türk dili   həm oğuz dilləri, həm də 

qıpçaq dilləri kifayət qədər qədim tarixə malikdir. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



16

Türkologiyada  ol  şəxs  əvəzliyini quruluşca  o  əvəzlik,  qüvvətləndirici 

vasitə hissələrinə ayırırlar(13, s. 136). Qeyd edək ki, III şəxs tək  əvəzliyindəki l 

elementinin qüvvətləndirici funksiyaya malik olması fikrinə biz də haqq veririk. 

Azərbaycandilli nəzm materiallarında bu fikir özünü tamamilə doğruldur:  Ol 

səbəbdən farsi ləfzi ilə çoxdur nəzm kim, Nəzmi nazik turki ləfzi ilə ikən düşvar olur 

(MF). Burada ol  əvəzliyinin son l samiti işarə etməklə yanaşı, həm də ifadənin 

fikrin emosionallığını artırır. 

Şəxs  əvəzliklərinin yiyəlik və yönlük hallarında işlənməsi I şəxs təkdə 



mən//bən yiyəlik halda bənim//bənüm, mənim variantlarda işlənir: Söyləyən həqdir 

bənim dilimdə hər dəm... Nalə qılması bənim ruhum, ya ölsünmü sevən? (N.I82); 

Ey  mənim xurşidü mahim, ey çırağım, fanusum!  Ey  mənim nüqlüm, yenə  həbbü 

nəbatü şəkkərim!.. (N.I150). 

II  şəxs təkdə  sənin  və  sənün variantlarda sonda sağır nun   η fonemi ilə 

formalaşır: Vücudiη lövhinə yazdum səηiη eşqin hürufindən, Zəhi, ey münşiyi-inşa, 

bu nə sünü, nə inşadır?  (Lek.90);  Şəminə çün yanmadi pərvanətək zahid səηüη, 

Qoy, aniη bağri qatidür çünki səηgi-xarədən! (N.II46); I şəxs təkdə mən//bən, sən 

əvəzlikləri yönlük halda sağır nunla-η formalaşır:  maηa, baηa, səηa fonetik 

variantları yaranır: Qaşıηla kirpigiη vəhyi maηa gəldi və bildirdi, Ki, sənsən ərş ilə 

kürsi yüzüη yazusi Qurandur! (N.I306);  Saηa huri əgər bir gəz qalursa hüsnüni 

ərzə, Rüxüη qədrin əyan eylə, yüzüηdən ani utandur (N.I307). 

III  şəxs təkdə ol əvəzliyinin tərkibində köklü dəyişmələr  əmələ  gəlir:  o→a, 

l→n keçir, və nəticədə an əvəzliyi alınır ki, o da yönluk halda sağır nunla   η ifadə 

olunur: aηa (fonetik formada) Ey Nəsimi, dəmi-İsa degilsə nəfəsiη, Nəfəsi toğrular 



aηa nə üçün can dedilər?(N.I223). 

I və II şəxsin təkində  əvəzliklərin yönlük halda sağır nunla   η-la ifadə 

edilməsi, yəni maηa, baηa, saηa şəklində formalaşması və çuvaş dilində man, san 

əvəzliklərinin mövcud olması belə bir güman yaradır ki, nə vaxtsa türk dillərində I 

və II şəxs təkdə  man, san  əvəzlikləri mövcud olmuşdur (13, s. 214). Q. X. 

İsxakovun bu gümanını Azərbaycan dilinin dialekt və  şivələrində  əvəzlik 

kateqoriyasını izləmiş M. İ.  İslamov da müdafiə edərək göstərir ki, Azərbaycan, 

türkmən, özbək dillərinin dialekt faktları Q. X. İsxakovun ideyasını təsdiqləyir (13, 

s. 188). Türkoloq A. M. Şerbak  mana, sana  əvəzliklərində n samitini ilkin hesab 

edir,  əksinə, çuvaş dilindəki  эbe (mən),  эze (sən)  əvəzliklərini təzə   sondan n 

samitinin düşmüş variantı olduğunu qeyd edir (26, s. 123). 

Nəsiminin dilində  maηa, saηa, oηa  şəklində  işlənən  əvəzliklərin mövcud 

olmasını M. İ. İslamovun dialekt materiallarında manqa, sanqa, onqa variantlarının 

olması da təsdiq edir. Müəllif bu əvəzliklərdəki -qa şəkilçisinin qar və qaru sözləri 

ilə əlaqəli olduğunu qeyd edir. Alimin fikrincə maqa, saqa man əvəzliyi+qa yönlük 

hal  şəkilçisidir(12, s. 23). Nəticədə müəllif göstərir ki, man, san  əvəzlikləri çox 

qədim dövrlərdə türk dillərində mövcud olmuşdur(12, s. 24). Qədim türk dillərində, 

eləcə  də Azərbaycan dilinin yazılı abidələrində özünü göstərən  maηa, saηa  şəxs 

əvəzliklərinin kökü V. A. Boqoroditskinin göstərdiyi kimi, man, san əvəzlikləridir. 

Maηa, saηa  əvəzliklərinə istiqamət  şəkilçisi -qa artırılarkən  əvəzlikdəki son n 

samiti ilə  şəkilçidəki ilk q samiti uyuşmuş  və  nəticədə  maa, saa  əvəzlikləri 

yaranmışdır, yəni man+qa=maηa, san+qa=saηa (8, s. 25). 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



17

III  şəxsin cəmində  olar, anlar  əvəzliyindən istifadə edilmişdir: Zey-Zahid, 



gördülər həqqi  olar kim, gördilər, Görmiyənlər gözləri kor oldi şöylə kim əma! 

(N.I33); Şək degil kim, yüzüni görməmiş anlar ki səni, Huriyə bəηzədübən Yusifi-



Kənan dedilər! (N.I262) 

Maraqlıdır ki, “Divan”ın “L” əzyazma nüsxəsində III səxsin cəmində  alar 

variantından da istifadə olunmuşdur: Şək degil kim, yüzüni görməmiş alar ki səni, 

Huriyə bənzədübən Yusifi-Kənan dedilər (223,I). 

Qədim uyğur abidələrində III şəxs cəmdə olar və anlar əvəzlikləri paralel iş-

lədilmişdir. (29, s. 137). A. M. Şerbak X-XIII əsr Şərqi Türküstan materialları əsa-

sında III şəxs həm təki, həm cəmində  an  əvəzliyinin tam paradiqmasını müəyyən 

edərək göstərir ki, -lar sonralar an  əvəzliyinə  əlavə edilməzdən  əvvəl bu əvəzlik, 

yəni  an III şəxsin həm təki, həm cəmi üçün işlədilmişdir(26, s. 125). Ən qədim 

forma olan alar bu gün qırğız, şor, tatar, başqırd dillərində islədilir (27, s. 124; 22, 

s. 137). 



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin