Словообразование имеет болшое значение среди отраслей лингвистики,
особенно среди языковых уровней. Тогда как все языковые уровни имеют
свои собственные единицы, словообразование не имеют никаких специальных
единиц. С этой точки зрения это рассматривается как языковые уровни без
базисов.
Словообразование является отраслям лингвистики, которая занимается об-
разованием новых слов. Префиксы имеют также важные значение в словооб-
разовании и обогащении Английского словаря. И так в статье рассматривается
префиксы, занимаемые из других языков и их роль в словообразовании.
Rəyçi: Yusif Süleymanov
filologiya üzrə fəlsəfə doktoru
Filologiya məsələləri – №7, 2013
204
SEVİNC MƏMMƏDOVA
ADU
Aytac2000@yandex.ru
MÜASİR ALMAN DİLİNDƏ İMPLİSIT İNKARLIĞIN İSLƏNMƏ
XÜSUSİYYƏTLƏRİ
Açar söz: inkarliq,implisit, eksplisit, konstituent, privativ.
Key words: negation,implicit, explicit, konstituent, privativ.
Ключевые слова: отрицание, имплицит, эксплицит, конституент, ривативность.
İnkarlıq bu və ya digər dillərdə həm də gizli üsulla ayrı-ayrı müsbət söz for-
malarının tərkibində və ya bütöv sintaktik konstruksiya kimi implisit şəkildə ifadə
oluna bilər (V. Bondarenko, 1983, s. 171). İmplisit indikatorlarla ifadə olunması in-
karlıq anlayışının mürəkkəb ifadə tərzi hesab olunur. Belə implisit vasitələrə - in-
karlıq iafdə edən antonimlər, ritorik suallar və gizli inkarlıq aiddir.
Dilçilikdə implisit anlayışının həm geniş, həm də dar izahı mövcuddur. Ondan
həm sırf qrammatik hadisə, həm də mətn kateqoriyası daxilində nitq aktının konkret
şəraitdə istifadə olunur. İnkarın implisit ifadəsi inkar mənanın aşkarlanmasında
müxtəlif rola və rəngarəng təbiətə malikdir. Dil sistemində implisit privativlərin
funksional –semantik nisbətləri şübhəsiz ki, ayrı-ayrı dillərdə leksik –semantik və
sözdüzəltmə sistemlərinin müxtəlif səviyyəliliyini ,sahə konstituentlərinin struktur
və funksional intensivliyini, tipoloji xüsusiyyətlərinin aşkara çıxarılması müəyyən
nəzəri əhəmiyyət kəsb edir.(S.Abdullayev,1998)
İnkarlıq sahəsində bütün dil səviyyələrinə aid olan müxtəlif konstituentlər –
eksplisit və implisit ifadə elementləri toplanır. İnkarlıq semantikasının ifadəsi üçün
bütün dil səviyyələrindəki ifadə əlaqələri sintaktik, leksik-sintaktik, leksik-morfolo-
ji, leksik-semantik, derivasiya səviyyəsinin müxtəlif indiqatorları bir-birini tamam-
layır. Mətn linqvistikasında inkarlıq bir sıra kommunikativ, praqmatik, funksional-
semantik və üslubi şərtlərlə bağlı olur. İnkarlıq sahəsi geniş dil bazasına əsaslanır.
İstər mono, istərsə də polineqativ dillərdə inkar cümləsi təsdiq cümləyə ya inkarlıq
konstituentlərinin əlavə olunması yolu ilə, yaxud da təsdiq cümlənin koordinativ
distributiv komponentini kənarlaşdırmaqla yaranır. İnkarlıq müəyyən bir əşyanın,
hərəkətin özünü deyil, onların real yoxluğunu, ətraf aləmdəki obyektlərə münaasi-
bətdə əlamət və hərəkətin nisbi yoxluğunu ifadə edir. Privativlik anladan implisit
inkarlıq vasitələrinin ifadə variantlığı geniş mətn daxilində onların digər inkarlıq
komponentlərilə əlaqələrinin fərqlənməsində əhəmiyyətli rol oynayır.
Duden qrammatikasında bəzi tədqiqatçılar morfoloji sintaktik aspektdə inkar
elementlərinin tədqiqində bəzi səhvlərə yol verildiyini önə çəkirlər. Belə ki, ver –
sözönü Fleyşerə görə 4 əsas məna qrupuna bölünür. Bu qruplardan birinə verachten,
verbiegen, verdrehen, verkennen, verschütten, sich vergehen, sich versprechen, sich
verschreiben kimi sözlərdə “səhv, təsdiqdən yan qaçma” məna komponentləri
özünü göstərir. Fləyşer göstərir ki, inkar məna özünü həmçinin bir sıra isimdən
yaranan fellərdə də göstərir, məs: vergiften, versalzen, verwässern. Bu qrupda ver –
morfoloji inkar elementi kimi işlənir, çünki semantik strukturda bu şəkildə inkar
elementinə rast gəlmək mümkün deyil. Fləyşerə görə ver – inkar elementi hər vaxt
Filologiya məsələləri – №7, 2013
205
inkar fellərinin yaranmasına xidmət edir. Bundan çıxış edən alimlər də məhz bu
cəhətdən qrammatik vasitələrin bəzilərinin məna baxımından implisit inkar ele-
mentləri fikrini irəli sürmüşlər.
Belə aydın olur ki, məs: verlieren implisit inkar elementinə aiddir ki, bu da
lieren kökünün müstəqil məna kəsb etməsinə gətirib çıxarır. Xaritanora belə implisit
inkarlıq elementi “Affirmatik inkarlıq” adı altında müqayisə edir və belə felləri 2
qrupa ayırır: birinci qrupa inkarın empirik leksik məna daşıyan fellər aiddir.
schweigen – nichts sagen, keine Antwort geben
lügen – die Unwahrheit sagen, die Wahrheit sagen
verschweigen – nicht erzählen
untersagen – nicht mitteilen
2-ci qrupa inkarın kateqorial komponentləri daxildir: aufhören, unterlassen,
versäumen, (sich) enthalten, sich abgewöhnen, sich weigern, ablehnen, bestreiten,
leugnen, aufgehen, hindern, abhalten, abraten, abstreiten, verhindern,verzichten
u.a;tərgitmək, etməmək,/əlindən buraxmaq, gecikmək/, bitərəf qalmaq, tərgit-
mək,/istəməmək, imtina etmək/,rədd etmək,etiraz etmək,/təkzib et-
mək,danmaq/,aralanmaq,/mane olmaq, çətinliyə salmaq/, məsləhət görməmək,inkar
etmək. Bu vasitələr xüsusi ifadə xarakterinə malik olmaqla ən’ənəvi qrammatik
inkarlıq vasitələrindən fərqlənir. İmplisit inkara malik olan fellərin hərtərəfli öyrə-
nilməsi mühüm əhəmiyyət kəsb edir,məs:
Eine monatliche Rente von 500 Euro bis zum 60. Lebensjahrbieten wir Ihnen
schon für einen geringen Beitrag-was wir uns leisten könen,weil wir auf Außen-
dienst, Geschäftsstellen und auch sonst alles verzichten, was eine Versicherung
teurer macht.
Xaritanova görə frei, schwer, anders, vorbei, angeschlagen, trotz – kimi ele-
mentləri də inkarlıq çalarlığına malikdir, məs:
1)
Die Gerichte sollen unabhängig und frei von jeder Einmischung arbeiten.
2)
Die Unternehmen werden anders als bisher selbstständig Arbeitkräfte einstellen
und entlassen können.
3)
Trotz des Vertrags mit USA wagt in China kaum jemand eine längerfristige
Prognose.
4)
Diese Epoche der proletarischen Eintönigkeit ist zumindest vorerst vorbei.
Bu nümunələrdən göründüyü kimi frei — “nicht gebunden”, anders — “nicht
(mehr) so”, trotz — “nicht beachtet”, vorbei — “nicht mehr da”, “angeschlagen” –
kimi ifadələr implisit leksikləşmiş inkarlıq elementləri kateqoriyasına daxil olur.
Funksional-semantik inkarlıq sahəsi daxilində əsasən bu ifadə vasitəsi xüsusi nəzərə
çarpır.
a)
morfoloji səviyyəli ifadə vasitəsləri (nicht, kein, weder – noch, ohne dass,
anstatt zu …)
b)
leksik səviyyəli ifadə vasitələri (nichts, niemand, nimmer, fehlen, nie, nirgends ...)
c)
sintaktik səviyyəli ifadə vasitələri (Du und Macht? Sie ist jung, für solch eine
Position ...)
İmplisit inkarın ümumi reallaşdırıcıları sırasında qeyri-inkar mühakimələrdə
onun leksik-qrammatik tərkibində inkar semanın göstəriciləri də mövcuddur. İmp-
lisit inkarın belə xüsusiyyətini müəyyən etmək üçün onların qeyri-inkar strukturlar-
Filologiya məsələləri – №7, 2013
206
da inkar şemanın ifadəsində mühüm əhəmiyyət daşıyan digər indikatorlarla qarşılıq-
lı əlaqə və fəaliyyətdə nəzərdən keçirmək daha uyğundur.
İmpilsit inkarlıqla Arnold İ. V., Dolinin K.A., Şendels E. İ. məşğul olmuşlar.
Böyük ensiklopedik lüğətlərdə implisit (ingiliscə: implisit) “söylənməmiş” kimi ifa-
də olunur. V. N. Yartseven redaktəsi olan linqvistik lüğətlərdə isə implisitlik feno-
meni “dilin gizli kateqoriyaları” – bu eksplisit morfoloji ifadə vasitəsi deyil söz və
söz birləşməsinin semantik və sintaktik xüsusiyyətidir. Admoniyə görə inkarlıq-
təsdiqin kateqoriyası – dildə əsas, bəzi linqvistlər isə təsdiqi (Bejahung) və inkarlıq
(Verneinung) bir predikativ cümlə strukturunun komponenti kimi təhlil edirlər. Ax-
manova inkarlığın müxtəlif növlərini müəyyən edib:
–
Mütləq inkarlıq
–
İkiqat inkarlıq
–
Məntiqi inkarlıq
–
Sadə inkarlıq
–
Təkrari inkarlıq
–
Sintaktik inakrlıq (ritorik sual şəklində leksik ifadə vasitələrilə olan in-
karlıq)
–
“Anngret,libe Anngret,lass deinen Berg von einemBullen auf mein
Kühchen springen”.Anngret steht auf der Wohnhaustreppe und schaut auf Sophie
Bummel und ihre Kleinkuh hinab.
–
“Ist sie gesund ,deineKuh?”Hat sie keinen Katarrh unter dem Schwanz
keine Tuberkleltierchen im Leib?”
–
Die abgehetzte Sophie wischt ihrer Kuh mit der Schwürze die Augen aus
–
“Meine Kuh frisst wie ein Raubtier.Wird sie da krank sein”?-
(Schrittmatter1988,s.10-11)
İmplisit inkarlıq alman dilində müxtəlif linqvistik dil elementləri ilə də ifadə
oluna bilər. Konyunktiv II şəklində olan nida cümlələri irreal arzunu ifadə edə bilər:
1.“Lieber Instetten! Wenn ich hätte die! (Eine Million Mark)”.
(Es tut mir leid, aber ich habe dieses Geld nicht)
2.“Jetzt brauchen wir einen Stanislaus”,sagte er.
“Ich hatte an einen Bodo gedacht”,sagte Lena.
“Bodo?Ein grosser Hund konnte zur Not Bodo heißen”
Müəyyən sintaktik mövgelərdə ayri-ayri sözlərin ekspresiv-kinayəli tərzdə
istifadə olunmasi da implisit inkarın yaranmasına səbəb olur.
“Bist du von der Sporthochschule?
1.“Sportstudent? Er lachte. Volksarmist auf Urlaub!” (Ich bin kein
Sportstudent).
“Sie sind ein Frühaufsteher,Herr Spinel”sagte Herrn Klöterjahns
Gattin.”Zufällig habe ich Sie nun schon zwei –oder dreimal um halb acht Uhr am
Morgen das Haus verlassen sehen“.
”Ein Fühaufsteher? Ach,sehr mit Unterschied,gnädige Frau.Die Sache ist
die,dass ich früh aufstehe,weil ich eigentlich ein Langschläfer bin”.(Eigentlich bin
ich kein Frühaufsteher?
Mətn daxilində nəzakətli implizit inkar forması ən çox üzürlü hesab edilməni
ifadə edir:təəsüflənmə,heyifsilənmə -“ Entschuldigen Sie”;”Verzeihen Sie”və forma
olaraq”böyük məmuniyyətlə ancaq bilmərəm”,”Gerne, aber ich kann nicht”.
Filologiya məsələləri – №7, 2013
207
İnkarlıq effektinin gücləndirilməsində təkrarın xüsusi yeri var. İnkarlıq məna-
sının nisbi dərəcəliliyi konkret ünsiyyət çalarlığı ,təkrarlanan hissələrin leksik –sin-
taktik tərkibində ritmik amillərdən asılı olur.
“Der Bock soll dir zu Ehren Ole heißen .”
“Nein-nennt ihn Casanova”
“Was hat Casanova geleistet?”
Eigentlich nichts.Nein ,nennt ihn Champion.”
“Champignon ist ein Pilz,Onkel Ole.”
“Er kann auch ein Siger auf der Rennbahn sein .Wer hat ein Taschenmes-
ser?”(Strittmatter 1988)
İnkarlıq anlayışı mətnlə sıx əlaqəlidir. Dildə inkarlıq müxtəlif növ cümlə-
lərdə özünü büruzə verə bilər: nəqli, sual, əmr, nida və s. Privativlik anladan
implisit inkarlıq vasitələrinin ifadə variantlığı, geniş mətin daxilində inkarlıq
komponentləri ilə əlaqə və təsir ümumən təsdiq və inkarın müxtəlif məna in-
cəliklərinin, məntiqi və emosianal –ekspressiv çalarlıqlarının fərqləndirilməsin-
də əhəmiyyətli rol oynayır. (S.Abdullayev,1998,s,204).
Dildə mövcud olan çoxsaylı sintaktik idiomlarda implisit inkarliğı tez-tez mü-
şahidə etmək olur. məs:mit seinem Latein am Ende sein-nicht mehr weiterwissen;
auf der Kippe stehen-noch nicht entschieden sein;das ist klar wie dicke Tinte-das ist
nicht klar.
Privativlik semantikasının implisit ifadəsi cümlə daxilində predikativ seman-
tik – sintaktik strukturu kommunikativ cəhətdən formalaşmasını tənzimləyir, se-
mantik inkarlığı daha çox olan alman dili üçün daha geniş potensial imkanlar yara-
nır. Beləliklə implisit inkarlıq canlı danışıq dilində müxtəlif üslub məna çalarlarınin
ifadəsində xüsusi rol oynayır.
Ədəbiyyat
1.S.Ə.Abdullayev. Müasir alman və Azərbaycan dillərində inkarliq kategoryasi.
Baki: Maarif 1998
2.Hartung W. Die Negation in der deutschen Gegenwartssprache,Daf/3,1966,Heft2
3.Riesel E.,Schendels E.Deutsche Stilistik,M,1975
4.Булах Н. А. Средства отрицания в немецком литературном языке. Ярасла-
вль,1962.
5.Schendels E. Deutsche Grammatik Morphologie .Syntax.Text.M.,1982
6.Бондаренко В. Отрицание как логико-грамматическая категория, М.,Наука,
1983.
7.Адмони В. Г. Введение в синтаксис современного немецкого языка. –М.
Изд. , лит.на иностр. Яз. 1955
Filologiya məsələləri – №7, 2013
208
С. Мамедова
Реализация имплицитных отрицаний в современом немецком языке
Резюме
Статья посвящена рассмотрению имплицитных отрицания в немецком
языке. Целью является исследование различных лексических, морфологичес-
ких и синтактических средств отрицания на всех лингвистических уровнях
для правилного понимания. Таким образом, косвенное и имплицитное отрица-
ние обнаруживающие как сходства,так и различия языкового и прагматичес-
кого характера,наполняют негативную реакцию говоряшегосамыми разнооб-
разными оттенками,истинный смысл которых контекстно обусловлен проя-
влять агрессию и грубость, предоставлять коммуниканту широкий спектр воз-
можностей реализовать отрицательную реакцию
S.Mammadova
The implementation of implicit negation in modern German language
Summary
The article is devoted to the implicit negation of the German language.It aims
to examine different lexsical,morphological,syntactical means of negation in all
lingual levels-for right understanding.Thus indirect and implicit negation,detect the
similarities ,the differences language and pragmatic character,fill a negative
reaction speaking in a variety of shades,the true meaning of wich are contextually
caused, purposely to show aggression and roughness,provides to communicant a
wide range of options to negative reaction.
Rəyçi: Sərxan Abdullayev
filologiya elmləri doktoru, professor
Filologiya məsələləri – №7, 2013
209
İRADƏ SEYİDOVA
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialı
SÖZ BÜTÖVLƏRİ VƏ CÜMLƏDƏ SÖZLƏR
Açar söz: Söz birləşmələri, sintaksis, marfalogiya, qramatika, söz bütövləri, leksika
Key words: word combinations, syntax, sintaksis, morphology, grammar
the whole, vocabulary.
Ключевые слова: Словосочетания, морфология, грамматика, словарь.
Məlumdur ki, sintaksisin əsas vahidlərinin söz birləşmələri, cümlə və sintaktik
bütövlər olduğu sintaktik bütöv cümlələrdən, cümlə sözlərdən və söz birləşmələrin-
dən, söz birləşmələri isə sözlərdən əmələ gəlir. Sintaktik bütövlərin necə yarandığı-
nı, cümlələrin bir-biri ilə necə və hansı vasitələrlə bağlandığını mətnin necə qurul-
duğunu sintatik araşdırmalar müasir dilçilik elminnin əsas istiqamətlərində söz
birləşməsi və cümlənin quruluş modellərini, sözlər arasında əlaqənin necə yaran-
dığnı aydınlaşdırmaq əsas şərtlərdən biridir.
Hər bir nitq vahidinin forma və məzmun vəhdəti əsasında qurulduğunu bilirik.
Bu xüsusiyyət eyni dərəcədə söz birləşməsinə, cümləyə və sintaktik bütövlərə də
aiddir. Sözlər də söz birləşməsi və cümlə daxilində bir-biri ilə iki cəhətdən bağlı
olur: məna (semantik) cəhətdən; qrammatik (sintaktik) cəhətdən. Başqa sözlə desək,
söz birləşməsini və cümləni təşkil edən sözlər arasında həm mənaca, həm də qram-
matik cəhətdən bağlılıq onların mövcudluq vasitəsidir.
Sözlər arasında məna əlaqəsi dedikdə, sözlərin əlaqəsi nəticəsində yaranan
leksik semantika deyil, ümumiləşmiş qrammatik semantika nəzərdə tutulur. Məna
əlaqəsi obyektiv aləmdəki əşya və hadisələrlə onların müxtəlif əlamət və xüsusiy-
yətləri arasındakı real əlaqələrdən doğur. İnsan yeriyir, şir nərildəyir, quş uçur lakin
əşya ilə hərəkətin n ə zaman baş verməsi və necə baş verməsi tez – tez anı – cümlə-
lərinin hər biri leksik semantikasına görə fərqli məna ifadə edir, lakin bunlar ümu-
miləşmiş qrammatik mənasına görə eyni cümlələrdir -hamısında əşya ilə onun
hərəkəti ifadə olunmuşdur. Doğrudan da birləşrnələrini hər biri fərdi semantikaya
malik olduğu halda, ümumiləşmiş qrammatik mənasına görə eyni olub, hərəkətlə
onun obyekti arasınmdakı əlaqəni bildirir. İndi suvarmaq, (maşını) bir qədər sonra
işə salmaq, bütün günü şumlamaq birləşmələrində hərəkətlə onun zamanı, tez-tez
suvarmaq, yavaş-yavaş işə salmaq, Məsələn insanın sürətlə qaçması sürətlə hərəkət-
lə onun tərzi arasındakı əlaqələr ifadə olunmuşdur və s. Söz birləşmələrini və cüm-
lələri təşkil edən sözlər arasında əlaqə hüdudsuz olduğu halda, ümumiləşmiş məna
əlaqələri məhduddur və cəmi dörd növə ayrılır:
1.
Predikativ əlaqə. Bu əlaqə əşya ilə onun hərəkəti arasındakı əlaqəni bildi-
rir; məs.: Külək əsir. Dəniz dalğalanır. Sən işləyirsən. Biz oxuyuruq və s. Bu əlaqə
söz birləşməsində özünü subyekt əlaqəsi kimi göstərir.
2.
Atributiv əlaqə. Bu əlaqə əşya ilə geniş mənada onun əlaməti (mad-
di-material əsası, keyfiyyəti, miqdarı, sırası və s.)
3.
arasındakı əlaqələri ifadə edir; məs.: daş divar, yaxşı adam, çürük meyvə,
həmin ev, xeyli kitab və s. Atributiv əlaqə özünü təyinlə təyinlənən arasında (təyin
+ mübtəda, təyin + tamamlıq, təyin+ zərflik, təyin + xəbər şəklində) göstərir, cüm-
Filologiya məsələləri – №7, 2013
210
ləyə Obyekt əlaqəsi. Bu əlaqə hərəkətlə onun obyekti arasındakı əlaqələri ifadə edir.
Obyekt dedikdə həm müstəqim (ismin təsirlik halı ilə ifadə olunan), həm də qeyri-
müstəqim (ismin yönlük, yerlik və çıxışlıq halları ilə ifadə olunan) obyektlər nəzər-
də tutulur; məs.: dənizi seyr etmək, kitabı oxumaq, səndən soruşmaq, ona
sual vermək. Dənizi seyr edirəm. Kitabı oxuyuram. Səndən soruşuram. Ona sual ve-
rirəm.
Obyekt əlaqəsi həm söz birləşmələrində, həm də cümlələrdə özünü göstərir.
Söz birləşməsində olduqda tərəflər birlikdə bir mürəkkəb üzv kimi götürülür, cüm-
lədə olduqda müstəqim obyekt bildirən sözlər yalnız təsirli feli xəbərlə, qeyri-müs-
təqim obyekt bildirən sözlər isə həm feli, həm də ismi xəbərlə əlaqələnir və cümlədə
tamamlıq vəzifəsində işlənir.
4. Relyativ (zərfi) əlaqə. Məna ismi birləşmə şəklində daxil olur, əlaqəsinin bu növü
hərəkətlə onun tərzi, dərəcəsi, zamanı, yeri kəmiyyəti, səbəbi, məqsədi, şərti və s.
arasındakı əlaqələri ifadə edir və çoxplanlılığı ilə seçilir; məqsədi asta yerimək, ar-
tıq dərəcədə sevinmək, səhərəcən gözləmək, kəndə yollanmaq, ağır danışmaq,
üzüntülü yaşamaq, bərkdən gülmək və s. Bunlardan cümlə şəklində də ifadə etmək
olar. Reliativ əlaqə özünü zərfliklə feli və ismi xəbər arasında göstərir. Söz bir-
ləşməsində olduqda tərəflər birlikdə mürəkkəb üzv kimi təhlil edilir.
Söz birləşməsi və cümlədə sözlər arasında əlaqələrin ikincisini qrammatik əla-
qələr təşkil edir. Dilin sintaktik quruluşundan bəhs edərkən qrammatik əlaqələr ön
plana keçir. Qrammatik əlaqə sözlərin morfoloji cəhətdən dəyişməsi, sintaktik yolla
birləşməsi nəticəsində əmələ gəlir. Əhməd araba tarla mindi sözlərinin cümlə şəkli-
nə düşməsi, nisbi bitkin fikir ifadə etməsi üçün maşın sözünün təsirlik, həyət sözü-
nün yönlük hal şəkilçisi, sürmək felinin zaman və şəxs şəkilçiləri qəbul edərək də-
yişməsi, beləliklə, araba tarla minmək sözü vasitəsilə idarə olunması, minməsi sö-
zünün Əhməd şözü ilə uzlaşması lazımdır: Əhməd tarlada arabaya mindi.
Birləşmə və cümlələrdə sözlər arasında formal əlaqəyə ona görə qrammatik
əlaqə deyilir kl, bu əlaqənin yaranması üçün həm morfoloji, həm də sintaktik kate-
qoriyaların fəaliyyəti, yəni sözlərin, morfloji cəhət dəyişmə sintaktik cəhətdən
birləşməsi əsas və Həll edicidir. Qrammatikada sözlərin dəyişməsi, müxtəlif şəkillə-
rə düşməsi, təsiri qaydaları marfalogiyanın, sözlərin bir-biri ilə bağlanma, əlaqə-
lənmə qaydaları sintaksisin payına düşür. Buna görə də qrammatik əlaqələrə
konkret olaraq "sintaktik əlaqələr" də deyilir.
Cümləni təşkil edən sözlər arasında formal-hüquqi əlaqələr tarixən
cəmiyyət üzvləri arasındakı əlaqələri xatırladır. İbtidai dövrlərdə cəmiyyət
üzvləri arasında bəsit hüquq bərabərliyi olduğu kimi, cümləni təşkil edən bəzi
sözlər arasında da tabesizlik, hüquq bərabərliyi olur. Cəmiyyətdə quldarlıq qu-
ruluşundan başlayaraq ağa - qul münasibətləri, hazırkı dövrdə rəhbər və ona ta-
be işçilər qrupu formalaşdığı kimi, sözlər arasında qrarmmatik əlaqələr də əsas
və, asılı tərəflərin əlaqəsinə əsaslanır. Əhmədi qəzəblə, nifrətlə rədd etdilər
cümləsində qəzəblə, nifrətlə bərabər hüquqlu sözlər olub tabesizlik yolu ilə əla-
qələnmişlər. Lakin bu sözlər başqa bir sözə - rədd edilir sözünə eyni dərəcədə
tabe olmur, yanaşma yolu ilə həmin sözdən asılı vəziyyətə düşmüşlər. Buna
görə də qrammatik (sintaktik) əlaqələr iki növə ayrılır: 1) tabesizlik əlaqəsi;
2) tabelilik əlaqəsi.
Filologiya məsələləri – №7, 2013
211
Tabesizlik əlaqəsi. Sintaktik əlaqənin bir növü olan tabesizlik əlaqəsində
tərəflər bərabərhüquqlu olur, ona görə də tərəflərdən biri digərini izah etmir,
aydınlaşdırmır. Tabesizlik əlaqəsi sadə cümlənin həmcins üzvləri və tabesiz
mürəkkəb cümlənin tərkib hissələri arasında özünü göstərir. Həmcins üzvlər
bir-biri ilə ya sadalama intonasiyası, ya da intonasiya və tabesizlik bağlayıcıları
ilə əlaqələnir.
Həmcins üzvlər cümlə strukturunda həlledici rola malik deyil və yalnız
əmiyyət dəyişikliyi ilə informasiyanın zənginləşməsinə səbəb olur.
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də eyni vasitələrlə (intona-
siya və tabesizlik bağlayıcıları ilə) əlaqələnir. Sadə cümlənin bərabərhüquqlu
(həmcins) üzvləri cümlə daxilində başqa bir sözə tabe olur, tabelilik əlaqəsi üz-
rə başqa bir sözlə bağlanır.
Tabelilik əlaqəsi. Qrammatik əlaqənin bu növünün - tabelilik əlaqsinin
dildə daha böyük rolu vardır. Cümlənin karkası tabelilik yolu ilə qurulur. Xə-
bər mübtəda ilə, tamamlıq və zərflik xəbərlə təyin təyinlənənlə tabelilik yolu ilə
əlaqələnir. Söz birləşmələrinin tərəfləri arasında tabelilik əlaqəsi olur. Tabeli
mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə tabelilik əsasında bağlanır. Ümu-
mən cümlənin strukturu tabelilik əlaqəsinə əsaslanır.
Tabelilik əlaqəsi iki tərəfi, iki komponenti birləşdirir. Tərəflərdən biri əsas,
digəri asılı tərəf adlanır.
Xəbər mübtədaya tabe olmuş, onunla uzlaşmışdır; tamamlıqlar (tüfəngini,
ağacdan) idarə yolu ilə xəbərə tabe olmuşdur; gənc sözü mübtədaya, yavaşca sözü
yanaşma yolu ilə xəbərə tabe olmuşdur.
Cümlədə sözlər bir-biri ilə birbaşa (bilavasitə) və ya dolayı yolla (bilvasitə)
əlaqələnir. Yuxarıdakı misalda xəbərlə mübtəda, tamamlıq və zərfliklə xəbər, təyin-
lə mübtəda arasında əlaqə birbaşadır. Təyin xəbərlə mübtəda vasitəsilə, tamamlıq və
zərflik mübtəda ilə xəbər vasitəsilə əlaqələnmişdir.
Sözlər tabelilik yolu ilə əlaqələnərək iki cür birləşmə əmələ gətirir predikativ
birləşmələr, qeyri-predikativ birləşmələr.
Predikativ birləşmələr xəbərin iştirakı ilə yaranan birləşmələrdir. Burada,
başlıca olaraq, cüttərkibli cümlənin mübtəda - xəbər əlaqəsi nəzərdə tutulur; məs.:
Sabah Bəşir öz qızını müəlimin yanına aparacaqdı - cümləsindəki Bəşir aparacaqdı
birləşməsi predikativ birləşmədir. Nitq prosesində məlum olandan yeniyə tiqamətin-
də bu cümlədəki sabah aparacaqdı, öz qızını aparacaqdı, müəllimənin yanına apa-
racaqdı birləşmələri də predikativ birləşmələrdir. Predikativ birləşmə başqa sözlə
"cümlə" deməkdir.
Qeyri-predikativbirləşmələr xəbərin iştirakı olmadan qurulan birləşmələrdir;
məs: Onlar qapını döyəndə usta Rəhim yuxuda idi (Mir Cəlal) - cümləsində on-
lar qapını döyən, usta Rəhim birləşmələri qeyri-predikativ birləşmələrdir.
Bunlar müasir söz birləşməsi təliminə uyğun birləşmələrdir və sintaksisdə
"söz birləşməsi" dedikdə bu cür birləşmələr nəzərdə tutulur.
Üç gün idi ki, yağış başlamışdı. Bütün göy üzü bulud idi. Amma o buludların
səddi-sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narın,
kor yağış kəsmək bilmirdi. Yayın quraqlığından çat-çat olub ayrılmış Muğan tor-
paqları sudan doymurdu. Su dənəvərlənmiş torpaqları elə isladırdı ki, yollar, çöllər
keçilməz olmuşdu. Yağış isə kəsmirdi ki, kəsmirdi. (F.Kərimzadə)
Filologiya məsələləri – №7, 2013
212
Bu sintaktik bütövdə əhatə olunan bütün hadisələr eyni vaxtda - mətnin əv-
vəlində qeyd edilən üç gün ərzində baş verir. Hətta üçüncü cümlədəki amma sözü
də ziddiyyət yarada bilmir: bütün göy üzü buluddursa, təbii ki, onun səddi-sərhəddi
bilinməz.
Bu cür mətnlər adətən statik xarakterdə olur.
b) Mətnin komponentləri zaman ardıcıllığı üzrə birləşir. Bu xüsusiyyət daha
çox dinamik mətnlərə aiddir. Dinamik mətnlər ardıcıllıq əlaqəsi üzrə qurulur və
oxucunu yeni-yeni hadisələrlə tanış edir. Məsələn:
Lələ atdan düşdü, çəkib həyətdəki dirəyə bağladı. Yuxudan hələ də oyanma-
mış İsmayılı örtüyə bürünmüş vəziyyətdə evə apardı, yerdəki döşəyin üstündə uza-
dıb üstünü örtəndən sonra qazı Əhməd əyilib işığı İsmayılın sifətinə tutan kimi onu
tanıdı. (F.Kərimzadə) Müşahidə olunan mə`na əlaqələrindən biri də s əbəb - nəticə
əlaqəsidir. Komponentlərin biri və ya bir qismi səbəbi, biri və ya bir qismi nəticəni
bildirir. Məsələn:
Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, hey-
vanlar, atlar otlamağa bir şey tapmırdı. (F.Kərimzadə)
Səbəb-nəticə əlaqəsinə yaxın məqamda bə`zən sintaktik bütövlərin kompo-
nentləri arasında aydınlaşdırma əlaqəsi müşahidə olunur. Bu cür mətnlərin əvvəlin-
də ümumiləşdirici bir cümlə işlənir, sonra gələn cümlələr onun aydınlaşdırılmasına,
təfərrüatına səbəb olur. Məsələn:
Anam heç vaxt evdən yaman günlüyü üzməzdi. Bizdən gizli, ərindən ötrü yağ
da saxlardı, ərik də. Doşab da qənaət edərdi, bal da. Qənd ehtiyatı da görərdi, xına
da. Odun da yandırardı, kömür də. (Ə.Vəliyev)
Bu misalda birinci cümlədən sonrakı nöqtəni qoşa nöqtə ilə, sonrakı nöqtələri
nöqtəli vergüllə əvəz etmək olar. Göründüyü kimi, aydınlaşdıran hissə sadalama
üsulu ilə qurulmuşdur.
Bəzən mikrotema ziddiyyətli və ya müqayisəli qarşılaşdırma üzərində qurulur.
Bu cür hallarda sintaktik bütöv adətən iki qütbə ayrılır. Məsələn:
Onların məndən iki-üç yaş böyük bir oğlu vardı, özü də ağıldan kəm idi.
Onunla oynamaq üçün mən tez-tez onlara qaçardım. Ancaq oğlan mənimlə oynama-
yıb, qıyıq gözlərilə eyzən boşluğa baxaraq öz-özünə anlaşılmaz sözlər danışardı.
(İ.Əfəndiyev)
Belə mətnlərdə müqayisəli və ya ziddiyyətli qarşılaşdırma qarışıq şəkildə ola
bilir. Məsələn:
Mina aparmış yerləri tikdilər. Ölməyib sağ qaldım. Evimə qayıtdım. Arvad öl-
düyümü zənn edib başqasına ərə getmişdi. Mən onu qınamadım. Ancaq üç dəfə üz-
üzə gəldik, halımı soruşmadı. Qoltuq ağacına dayanıb yeridiyimi gördüsə də, halı-
ma acımadı. (Ə.Vəliyev)
Mikromətnlərin bölüşdürmə əlaqəsi əasında qurulduğu hallar da çoxdur. Adə-
tən, bu cür mətnlər bağlayıcıların iştirakı ilə formalaşır.
- sözlərdən fərqli olaraq, birləşmələrin əsas və asılı tərəfləri olur; məs.: baharı
gözləmək, dağlardan uca, ən uzaq ulduz, günəş kimi parlaq və s. birləşmələrin birin-
ci tərəfi asılı, ikinci tərəfi əsas tərəfdir;
- söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır, buna görə də söz birləş-
mələrində asılı tərəf əsas tərəfi konkretləşdirmək və müəyyən cəhətdən dəqiqləşdir-
Filologiya məsələləri – №7, 2013
213
məklə bitkinliyin yaranması üçün dil materialını müəyyən mərhələyə qədər hərəkətə
gətirmiş olur.
Bütün bunlar göstərir ki, sözlərlə söz birləşmələrini fərqləndirmək o qədər də
çətin deyildir. Lakin sözlərin elə bir qrupu vardır ki, onlar söz birləşmələrinə daha
yaxındır. Həmin söz qrupu mürəkkəb sözlərdən ibarətdir. Söz birləşmələri ilə
mürəkkəb sözlər arasında yaxınlıq daha çoxdur:
- həm söz birləşmələri, həm də mürəkkəb sözlər ən azı iki müstəqil sözün
birləşməsi yolu ilə əmələ gəlir;
- söz birləşmələri və mürəkkəb sözlər eyni nitq hissələrindən formalaşır;
- söz birləşmələri və mürəkkəb sözlər eyni sintaktik əlaqələrlə formalaşır;
- və, nəhayət, hər ikisində söz sırası eyni olur.
Bu cür yaxınlığa səbəb söz birləşmələrinin mürəkkəb sözlər üçün baza rolunu
oynamasıdır, yə`ni mürəkkəb sözlər söz birləşmələrinin bə`zi quruluş modelləri
əsasında formalaşır.
Beləliklə, sintaksisin əsas vahidlərindən biri olan söz birləşmələri mahiyyət
e`tibarilə söz-formalara yaxın olub, sözlərin genişlənmə, dəqiqləşm ə modelidir.
Ədəbiyyat siyahısı
1.
Möhsün Nağısoylu «Azərbaycan dili», Bakı, 2005
2.
Zülfiyyə İsmayıllı “Azərbaycan dilində qeyri-təyini ismi birləşmələr”, Bakı,
2012.
3.
Bakı Slavyan Universitetinin elmi əsərləri. Dil və ədəbiyyat seriyası. - Bakı,
2010. - xüs.bur. - . S. 195-206
4.
Azərbaycan dilçilik tarixi - Fərhad Ağazadə : Kaspi. - Bakı, 2012.- 13-15
oktyabr
5.
Teymur Əhmədov, Dil ilahi qüdrətdir - Bakı, 2012.- 2 oktyabr
6.
Nəriman Seyidəliyev, «Dilimizi göz bəbəyi kimi qoruyaq», Bakı, 2012.- 2
avqust
7.
M. Hüseynzadə və Y.Seyidov. ”Müasir Azərbaycan dilində söz birləşmələri”
(1961)
Ирада Сейидова
Резюме на тему вопрос о связи между словами и словосочетаниями
в предложении
Резюме
Созданное на основе единства формы и содержания каждой единицы ре-
чи, вы знаете. Эта функция представляет собой сочетание одного и того же
слова, предложения и синтаксических проблем. Сочетание слов и фраз в пред-
ложении связаны друг с другом в двух отношениях: значение (семантическое)
точки зрения, грамматические (синтаксические) условиях. Другими словами,
фразы и предложения, но смысл слов и их грамматические отношения между
средствами существования.
Отношения между значением слова означают слова из области лексичес-
кой семантики не быть обобщены грамматическую семантику.
Filologiya məsələləri – №7, 2013
214
Irada Seyidova
On the question of the relationship between words and phrases in a sentence
Summary
Established on the basis of unity of form and content of each unit of speech,
you know. This feature is a combination of the same word, sentence, and the syn-
tactic concerns. The combination of words and phrases within a sentence are related
to each other in two respects: the meaning (semantic) point of view, the gram-
matical (syntactic) terms. In other words, phrase and sentence, but the meaning of
the words and their grammatical relationship between the means of existence.
Relationship between the meaning of the words mean, words from the lexical
semantics do not be generalized grammatical semantics.
Rəyçi: İsmayıl Qarayev
filologiya elmləri doktoru
Filologiya məsələləri – №7, 2013
215
Dostları ilə paylaş: |