Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту


Wolf  (isim)  canavar, qurd                               acgöz, qarınqulu; xain, paxıl           Wolf (fel



Yüklə 3,95 Mb.
Pdf görüntüsü
səhifə21/45
tarix05.05.2017
ölçüsü3,95 Mb.
#16789
1   ...   17   18   19   20   21   22   23   24   ...   45

Wolf  (isim)  canavar, qurd                               acgöz, qarınqulu; xain, paxıl          

Wolf (fel) yemək                                               acgözlüklə yemək  

Wolfish canavar, qurd(canavara aid olan)        qəddar, zalım, yırtıcı, vəhşi 

Fox (isim) tülkü                                                 bic, hiyləgər 

Fox (fel) _____                                                  hiyləgərlik etmək 

Tiger  pələng                                                     dalaşqan, qəddar insan 

Foxy  tülküyə aid olan                                       hiyləgər, bic 

Lion (isim)   şir, aslan                                       1)cəsur; 2) şöhrət, məşhurluq     

Lion-hearted  _____                                         cəsur, mərd və alicənab 

Bear    ayı                                                          ağırtərpənən, ləng insan 

Monster    div, əjdaha                                       eybəcər, kifir, çirkin, əcaib 

Cat   pişik                                                          şallag 

Leech   zəli                                                       qansoran, soyğunçu 

Beast       heyvan, vəhşi                                    kobud, qanmaz, əclaf 

Çox maraqlı haldır ki, İngilis dilində “donuz” sözünün həm isim, həm də fel 

kimi bir çox mənası vardır ki, bunların da əksəriyyəti məcazda işlədilir. Sözün mə-

nalarına fikir verək: 



Pig n. 

1)

 



Donuz, çoşka, donuz potası, donuz balası; 

2)

 



Iri çoşka; roast ~ qızardılmış çoşka 

3)

 



D.d. donuz, sırtıq, utanmaz, nacins, nankor, həyasız, ədəbaz (adam) 

4)

 



Pinti, natəmiz (adam) 

5)

 



Amer, əxlaqsız, pozğun qadın 

6)

 



Dəmir parçası, külçə 

7)

 



D.d. xoşagəlməz situasiya; pis vəziyyət 

8)

 



Tex. Külçə, qəlib 

9)

 



Sl. Polis...(4, 665) 

Pig II (V)  

1)

 



Çoşkalanmaq, balalamaq (donuz haq.) 

2)

 



Donuz kimi çirk içində yaşamaq 

3)

 



~ te d.d. daldalanmaq, sığınmaq, sıx və darısqallqda yaşamaq  ( 4, 665)  

“cat” sözü də həmçinin bu cür xüsusiyyətə malikdir: 

 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



190

Cat (n)  

1)

 



Erkək pişik, dişi pişik 

2)

 



Pişikkimilər fəsiləsi 

3)

 



D.d intriqaçı, aravuruşduran qadın 

4)

 



Şallaq, qamçı, tatarı, gövdə (sürünən və ya qıvrılan bitkilərin uzun gövdəsi) 

5)

 



Ket (yelkənli gəmi) (4, 132) 

B) quş adlarının insanlar üzərində yönəldilən sözlər: 



Bill (v) ~ and coo 

1)

 



Quruldamaq (göyərçin haqqında) 

2)

 



Şirin-şirin söhbət etmək 

Coo (n) 

1)

 



Quruldama (göyərçinlərdə) 

2)

 



Şirin söhbət 

Coo (v)  

1)

 



Quruldamaq (göyərçin haqqında) 

2)

 



Şirin-şirin söhbət etmək 

Brood I (n) 

1)

 



Anadan ayrılmış balalar (quş, heyvan haqqında) 

2)

 



Çoxlu, bir yığın 

Brood II (v) 

1)

 



Kürt yatıb bala çıxartmaq 

2)

 



Götür-qoy eləmək, fikirləşmək 

Brooder (n)  

1)

 



Inkubator 

2)

 



Fikrə getmiş adam 

Broody (a)  

1)

 



Kürt yatıb bala çıxardan (qırt toyuq haqqında) 

2)

 



Fikirli, kədərli, məyus 

Duck  

1)

 



Ördək 

2)

 



əzizim, əziz, gözəlim, quzum; cəmdə parusindən tikilmiş şalvar 

Yuxarıda göstərilən misalların mənaları məcazda işlədilmişdir. 

Nümunələrdən göründüyü kimi, bəzi sözlərin məcazi mənası Azərbaycan 

dilində işlədilən mənalarla həmahəngdir. 

3)

 

Ayrı-ayrı sözlərin canlılar üzərində məcazlaşması: 



Alloy (cilovlamaq, qəmləndirmək),  alms-house (tənbəlxana),  bay (çıxılmaz 

vəziyyət), blight (adamı  məyus etmək, planları alt-üst etmək), blot (təhqir etmək, 

rüsvay etmək, ləkələmək),  breathe (yaşamaq, mövcud olmaq), flag (ruhdan düş-

mək), fringe (ifratçılıq), glaring (kobud, diqqətli baxış), glory (xoşbəxtlik, səadət), 



gulf (acgöz, gözüdoymaz), hurry (səbirsizlik), implant (beyninə yeritmək), indica-

te (fikir vermək),  inhale (nəfəs almaq), lasyh (tənqid etmək),  duck  (yaltaqlıq et-

mək) və s... 

4)

 

Sözlərin müxtəlif mənalar üzərində məcazlaşması: 



Broach (burğu ilə deşik açmaq), buskin (fəlakət),  cancel (ləğv etmək, poz-

maq), cap (bütün sərhədləri aşmaq, bitirmək, bitmək), channel (1. Mənbə, ötürücü 

vasitə; 2.müəyyən bir məcraya yönəltmək),  country (vilayət, bilik sahəsi),  decoy 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



191

(aldatmaq, səhv etmək, dolamaq),  dilute (cuzi, çox kiçik, mənfur), downhill (uc, 

qurub, batma), feast (ləzzət, həzz, zövq), flame (parıltı), frare (partlayış, gözlənil-

məz səs, qabarıq yer), flavour (maraq oyatmaq), flaw (zədə, nöqsan), fog (qarışıq-

lıq), flush (rəng, çiçəklənmə),  grasp (hakimiyyət),  helm (sükan), hoof  (sıxmaq, 

sıxışdırmaq, piyada getmək), hoot (səs çıxartmaq (bayquş)), hurt (əziyyət, iztirab), 



imprint (ştamp, basma), loft (yüksəliş, tərəqqi, inkişaf) və s. 

Ingilis dilində bu cür metaforalardan çox yazmaq olar. Lakin bu, geniş bir 

tədqiqat işi tələb edir. 

Onu qeyd edə bilərik ki, bədii ədəbiyyatda işlədilən metaforalar bir çox üslubi 

xüsusiyyətlərə malikdir. Belə ki, metafora obrazları  səciyyələndirir, inandırıcı 

təsəvvür  yaradır; hər bir personajın dilini obrazlı edir, onda həyəcan və hiss yara-

dır; nəvaziş və s. bu kimi funksiyalardan istifadə edilir. 

 

Ədəbiyyat 



 

1.

 



Б.Меулах    «Метафора  как  элемент  художественной  системы» «Вопросы 

литературы» Л. 1959 

2.

 

Ə. Dəmirçizadə “Azərbaycan dilinin üslubiyyətı”. Bakı, 1962. 



3.

 

“Azərbaycan dilinin izahlı lüğəti” (3 cildlik) 1ci ciold. Bakı, 1997 



4.

 

“ İngiliscə- Azərbaycanca lüğət”. Bakı, KM, 2012 



 

S.Bagirova 

The words with qa figurative meaning in the Azerbaijan language 

Summary 


 

The article deals with the words with figurative meaning and its ways of 

expressions are shown here. The words with figuratve meanings appear in the 

multiciphered process and a lot of examples are given in the article. At the same 

time the ways of formation the words with figurative meanings are expressed here. 

The figurative meaning of every word are reflected in this article. 

 

С.Багирова 



Слова метафорическим значением на английском языке 

Резюме 


 

В  статье  рассказывается  о  словах  метафорическим  значением,  исползо-

ванные  на английском языке и указывается их средства выражения на азер-

байджанском  языке.  Здесь  подробно  говорится  о  форморивании  метафора, 

главном образом в  процесс многозначении слова, приводятся примеры. Так-

же  в  статье  нашло  свое  отражение  пути  появления  метафор  на  английском 

языке.  Даны  метафорические  значении  каждого  слова  на  азербайджанском 

языке.   

 

Rəyçi:                Rəfiq  Cəfərov 



               filologiya üzrə fəlsəfə  doktoru 

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



192

ŞƏLALƏ QULİYEVA 

BDU-nun “Televiziya və radio 

jurnalistikası” kafedrasının dissertantı 

selale_meh@mail.ru 

 

“RADİO DİLİ”  “AUDİONİTQ” MƏDƏNİYYƏTİNİN ƏSASIDIR 

 

Açar sözlər : radio dili, audionitq, canlı danışıq,  dil üslubları, radiojurnalistikanın 

xüsusiyyətləri. 

Ключевые слова:  язык радио, аудиоречь, живой голос, языковой жанр, 

отличительные черты  радиожурналистики. 



Key words:  radio language, audio speech, live conversation, language styles, the 

structures of radio journalism. 

 

Radio kütləvi kommunikasiya vasitəsi olduğu üçün onun dili mənsub olduğu 



sahənin bütün tələblərini özündə ehtiva edir. Lakin həm yazılı, həm də şifahi nitq 

mədəniyyətinin bütün çalarları ilə zənginləşən radio cəmiyyətin hər bir üzvünün eşi-

dilən səsi olduğundan, səslər aləminin  rəngarəng portretini yaratmağa müvəffəq 

olub. Professor A.A. Şerel deyir ki, “müasir gənclər radionu  əyləncə  və  aralarında 

musiqili ünsiyyət məkanı sayırsa, yaşlı nəsil bu barədə tamamilə fərqli düşünür, ra-

dio danışığını ali nitq mədəniyyətinin bir nümunəsi, ədəbi dilin mühafizəçisi hesab 

edirdi...” (9.s.4).   

Vaxtilə dil normalarına ciddi riayət edən radio əməkdaşları sözə və danışığa xü-

susi fikir verir və tələb olunan səviyyədə efir materialları  hazırlayırdılar. Müasir dövrdə 

isə kommunikasiya vasitələrinin çoxalması, audiopublisistikanın  müxtəlif məkanlardan 

eşidilməsi nəticəsində,  əvvəlki  ənənələrin qorunub-saxlanması istiqamətində köklü 

problemlər yaşanır. Yeni radioların  və internetdə bu sahənin fəaliyyətini izləyəndə 

açıq-aşkar hiss olunur ki, efir sərbəstliyindən, demokratik dəyərlərin geniş meydan 

açdığı bu mühitdən düzgün yararlanmamaq dilə xüsusi təsir göstərir.  

90 ilə yaxındır ki, Azərbaycan Radiosu daima ədəbi dilin keşiyindədir. Şərqin 

ilk efiri olan bu sənət dünyasında əvvəldən bugünə kimi dil məsələsinə xüsusi in-

cəliklə yanaşılır. Ancaq nəzərə alsaq ki, radiojurnalistikada işlənən üslublar rənga-

rəngdir və tematik baxımdan müxtəlif mövzulara müraciət olunursa, deməli, onda, 

verilişlərin dili də bir-birindən xeyli dərəcədə fərqlənməlidir. 

Radioda səslənən verilişlərin hər birinin öz dili var. Ona görə də alimlər radio 

dilinin konkret tərifini verməkdə, vahid bir nəzəriyyəsini yaratmaqda, araşdırmala-

rın sonunda hansısa qənaətə gələ bilmirlər.  Radionun yeni fəaliyyət dövründə təd-

qiqatçılar onun qəzet və kitab dilindən fərqli olaraq danışıq dili olduğunu söyləyir-

dilər. Sonralar bu fikirlər özünü doğrultmadı. Nitq mədəniyyətinin bir nümunəsi ki-

mi radio dilinin spesifik xüsusiyyətlərini araşdırmağa başladılar. Radioda çalışan 

insanların sənətkarlıq məsələlərini araşdıran mütəxəssislərin diqqətini radio dilinin 

özünəməxsus prinsipləri cəlb etdi. Ötən əsrin sonlarında radio  dili haqqında ilk nə-

zəri fikirlər üzə  çıxdı. Rus tədqiqatçısı M. Zarva “Slova v efire” kitabında yazır: 

“Radioda ədəbi dilin müxtəlif sahələri, o cümlədən həm kitab dili, həm də danışıq 

dili özünü göstərir. Lakin radio dilini bütövlükdə danışıq dili hesab etmək doğru de-

yil.” (10.s.41-42). 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



193

Professor Nizami Xudiyev yazır: “Radioda səslənən dil ədəbi tələffüz norma-

larına əməl olunmaqla işlədilən mədəni dilidr. Lakin bu dil nə tamamilə rəsmi, nə 

də bir o qədər bədii dildir. Bu dil canlı danışıqla, ümumxalq dili ilə  zənginləşmiş 

ədəbi dilin dolğun bir formasıdır.” (4.s.92) 

Radio, televiziya üzrə tədqiqatçı alim Tofiq Rüstəmov əsaslandırır ki, “qəzet 

və jurnallarda publisistik üslub, mətbuat üslubu üstünlük təşkil edirsə, televiziya və 

radioda bu üslublarla yanaşı, canlı danışığa güclü meyl hiss olunur” (8.s.7) 

Bu dilin müəllifləri radiojurnalistikanın bütün janrlarında çalışan redaktorlar, 

aparıcılar, diktorlardır. Söhbət dildən gedirsə, efirdə  eşidilən səslər deyəndə, ilk 

məqamda burada çalışanların zəhməti başa düşülür. Bu dil bir qrup yaradıcı heyətin 

timsalında formalaşır.  

Verilişlərin hər biri öz məzmununa uyğun olaraq, üslubuna görə bir-birindən 

seçilir. “Xəbərlər”in dili rəsmi hesab edilirsə, uşaq verilişlərində balacaların anladı-

ğı və başa düşdüyü danışıq üslubu əsas götürülür, şərhçi otağında mövzuya aid xü-

susi sahəni əks etdirən dil terminləri önə çəkilir.  

Bədii verilişlərin özündə də xeyli dil fərqləri var. “Bulaq” verilişinin dili ilə  

ədəbi proqramların  dili təbii ki, eyni ola bilməz. Ədəbi dilə radiotamaşalarda daha 

özəlliklə yanaşılır. Professor Qulu Məhərrəmlinin fikirncə “radio dilinin özünəməx-

susluğu və bu dilin geniş funksional imkanları məhz radiodramaturgiya dilində özü-

nü büruzə verir” (6.s. 190) 

Ayrı-ayrı proqramların özəl dil üslubu olsa da, ümumilikdə radio dili sistem-

ləşmiş bütöv bir məfhum deyil. Tədqiqatçı alim Qulu Məhərrəmlinin gəldiyi qənaət 

belədir: “Radio dilinn özünəməxsusluğunu iki amil şərtləndirir. Birincisi, radionun 

spesifik təbiətindən irəli gələn, onu digər kommunikasiya vasitələrindən fərqləndi-

rən ümumi  cəhətlər, ikncisi, konkret janrlarda (xəbər, müsahibə reportaj və s.) özü-

nü büruzə verən spesifik dil və nitq hadisələri.” (7.279)  

Radio jurnalisti çalışdığı  məkanın özəlliyini anlamalı, dilinə  məhəbbətlə ya-

naşmalı, nitq mədəniyyətinə sahib olmalıdır. Jurnalistikanın tələblərindən biri də 

natiqlik sənətinə yiyələnməkdir. Tanınmış  qəzet jurnalisti Flora Xəlilzadə  yazı 

əhlindən natiqlik vərdişlərinə yiyələnməyi ona görə tövsiyyə edir ki, “söz sarıdan 

yükünü necə tutasan ki, ətrafını bezdirməyəsən. Bunun üçün mütaliən geniş olmalı-

dır, müzakirəyə çəkilən hər hansı mövzu haqqında dərin biliyə malik olmalısan. Bu 

mənada  əvvəlcədən çıxışa hazır olmalısan. Doğrudur, qəflətən də  səni hansısa bir 

mövzu barədə danışmağa dəvət edə bilərlər. Buna görə də sözünü, cümləni elə qur-

malısan ki, gülüş  hədəfi olmayasan, istehza ilə qarşılanmayasan.  Əslində, «natiq» 

sözü Azərbaycan dilinin izahlı lüğətində «nitq, çıxış edən» mənasında verilir. Özü-

nün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə et-

məyi bacaran adam əsl natiqdir. Natiqin də silahı canlı sözdür.” (5.s.11) 

Radionun da silahı sözdür. Doğru, yerində  işlədilən söz və bir də savadlı, 

məntiqli danışıq. Deməli bu mənada radiojurnalistika ilə  məşğul olan insanların 

yükü daha çoxdur. Əgər jurnalist hansısa toplantıda bir qrup insan tərəfindən qiymət 

alırsa, efirdə  milyonların diqqətində olur. Daha böyük kütlə qarşısında söz deyir. 

Təkrarçılıq, mənasız çıxış onu mikrafondan məhrum edə bilər. Verilişinin hər dəfə 

orijinal alınması üçün söz yükünü zənginləşdirməli, daima mütaliəyə maraqlı ol-

malıdır. 



 

Filologiya  məsələləri – №7, 2013

 

 



194

Radiojurnalistikanın fərqli cəhəti odur ki, görünməz olan  bir məlumatın din-

ləyici auditoriyasına təqdimatında seçilən söz təsir gücü ilə qarşı  tərəfin diqqətini 

cəlb etməlidir. Bütün verilişlər sözün, səsin və musiqinin gücü ilə dinləyici yaddaşı-

na sirayət olunur. Ancaq əsasən söz, deyilən fikir daha önəmlidir ki, beyinlərə həkk 

edisin. Yunan  filosofu Aristotel deyir ki, “sözün ən gözəli, söyləyənin doğru 

olaraq  söylədiyi, dinləyənin də yararlandığı sözdür”. Bəzən dinləyici təsadüfən, ya-

xud bilərəkdən məlumat almaq, musiqiyə,  əyləncəyə qulaq asmaq məqsədi ilə ra-

dionu dinləmək fikrinə düşür. Elə ilk andaca usanarsa, həmin dəqiqə dalğanı rahat-

lıqla dəyişə bilir. Efirlərin bolluğu, raqabətdə olan radioların kollektivləri dinləyici 

auditoriyası  uğrunda gərgin mübarizə aparırlar. Bəs dinləyicini cəlb etmək  üçün 

nəyə cəhd olunmalı, hansı meyarlar əsas götürülməlidir? Radionun dili necə olmalı,  

hansı üslublar radiojurnalistikada daha çox işlənməlidir?...

 

Səlis danışıq, fikrin aydın şəkildə deyilməsi, mövzuya uyğun musiqilərin seçi-



mi, söhbətlərin qısa və  mənalı  olması radiojurnalistikada vacib hesab edilir. Müa-

sir dövrdə dünya radio yayımına  əsasən efir “xəbər üstəgəl musiqi” üzərində 

köklənib. Operativ xəbərlər və gün boyu musiqi səslənir. Özəl radioların daha çox 

müraciət etdiyi bu formatdan fərqli olaraq, keçmiş radiolar ənənəvi qaydada çalışır 

və yaradıcılıq mühitinin saflaşmasından lazımi qaydada faydalanaraq yeni-yeni  

fəaliyyət istiqaməti seçirlər.

 

Radio jurnalisti danışığında ali nitq mədəniyyətinə yiyələnməlidir. Çünki, 



mətnlərin hazırlanması prosesi məhz onun üzərinə düşür. Tək aparıcılar yox, redak-

torlar da gözəl və rəvan danışmağı bacarmalıdırlar. İstənilən anda redaktorun efirə 

çıxmaq, dinləyiciyə söz demək fürsəti yaranır. Dinləyici onu müsahibələrdə, şərhçi 

otağında, müəllif proqramlarında və s. verilişlərdə  eşidir, nitqindən  tanıyır. Qarşı 

tərəf isə müxtəlif peşə sahibləridir. Jurnalist müsahibindən düzgün, ədəbi dil qayda-

larına uyğun danışıq tələb edə bilməz və istəsə də buna nail olmaq mümkün deyil. 

Çünki ədəbi dil məişətdə işlənən dillə çox kəskin şəkildə fərqlənir. Radioda danışıq 

dili əsas sayıldığı üçün mikrafon önündə dayanan şəxs də, adi həyatdakı kimi danış-

malı, sərbəst şəkildə fikrini bildirməlidir. Məhz buna görə də radio jurnalistləri yax-

şı danışan bir müsahiblə rastlaşanda həddindən çox sevinir, həmin insanla vaxtaşırı 

əlaqə saxlayaraq yeri gələn anlarda onunla söhbətləşmək qərarına gəlir. Bunun bir 

sıra  səbəbləri var.

 

Birinci səbəb odur ki, hər iki tərəfin ifadəli danışığı, efirin tələb etdyi meyar-



lara uyğun gəlir. Bu zaman ədəbi dilin normaları qorunur.

 

İkincisi, səviyyəli danışan, nitqi savadlı olan şəxs həm də düzgün mühakimə 



yürüdə bilir. Sualın konkret açıqlanmasına, jurnalistin dolğun cavab almasına kö-

mək etmiş olur.

 

Üçüncüsü, müsahib daha da irəliyə gedərək yeni-yeni sualların yaranmasına 



şərait yaradır, maraqlı söhbəti  ilə jurnalistin məlumatını bir az da  zənginləşdirir və 

soruşulan mövzunu şaxələndirərək, onun maraq dairəsini genişləndirir.

 

Jurnalist üçün maraqlı olan məsələ düzgün və dolğun şəkildə araşdırılırsa, on-



da auditoriyanın diqqətini çəkə bilər. Məhz buna görə radiojurnalistikada da mövzu 

axtarışı daima gündəmdədir. Yeniliklər axtaran radio əməkdaşı bütün mətbuatı hər 

gün izləyir ki, özü bildiyini və  eşitdiyini başqalarından tez kütləyə  təqdim etsin. 

Buradan da belə aydın olur ki, radio jurnalisti gündəlik informasiya bolluğundan 

məlumatlanmalı, mövzu seçimində də bu faktordan istifadə etməlidir.

 


 

Filologiya  məsələləri – №7, 2013

 

 



195

Radio verilişlərində  mətnlərin yazılması birinci dərəcəli məsələdirsə, onun 

efirdə düzgün səslənməsi də mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. 

Professor Nəsir  Əhmədli yazır: “Radio verilişinin məzmununu auditoriya-

ya  çatdırmalı olan adam (diktor, aparıcı) mətnlə əvvəlcədən yaxından tanış olmalı, 

pis səslənən sözləri və söz qovuşuqlarını onların daha uğurlu sinonimləri ilə əvəz et-

məli, sintaqmları (cümlədə birnəfəsə deyilməli olan söz qruplarını) xüsusi işarə ilə 

qeyd etməlidir ki, mikrafon qarşısında çıxılmaz vəziyyətdə qalmasın.”(3.s.115) Bu 

məsələ canlı efir öncəsi diktordan tələb olunan peşə məsuliyyətidir.

 

Aparıcı ilə diktor arasında fərq var. Müəllif verilişini özü aparır. Onun ssenari 



ilə nəinki tanışlığı var, hətta hər bir sözü, cümləni özü yazdığı üçün əzbər bilir və 

mikrafon önündə söhbətinə bir az da rəng qataraq, əlavə söz demək, fikrini geniş-

ləndirmək məharətindən də yararlanır. Diktor isə hazır mətnləri obrazlandırır. Ra-

dioda diktorlar  ən çox “Xəbərlər”i oxuyurlar.

 

“Xəbərlər” redaksiyasında müəyyən sayda redaktor, əməkdaş,  ştatdankənar 



müxbirlər gün ərzində xəbər toplamaq və balaca mətnlərin radio dilinə hazırlamaq 

missiyasını həyata keçirirlər və sonda hazır bülleten diktora təqdim olunur. Bir neçə 

peşəkarın redaktəsi ilə işlənən xəbər bülletenini  diktor qısa zaman kəsiyində (xəbər 

operativ olduğundan efirə bir neçə saniyə qalmış yenilənə bilər) olsa da nəzərdən 

keçirməli, mətnlə tanış olmalıdır ki, dilini dolaşdıran ifadələr varsa, ona efirdə prob-

lemlər yaratmasın.  

Məsələn, televiziya və radio, hər ikisi kommunikasiya vasitəsi olsa da bunlar 

arasındakı fərq təkcə televiziyanın görüntülü, radionun isə eşidilən olması deyil. İfa-

də vasitələrinə görə televiziyada xəbərin təqdimatında bir sıra amillər (hadisənin 

görüntüsü, xəbərin daha da diqqət çəkməsi üçün seçilmiş kadrlar və  s)  yardımçı 

olur. Radioda isə xəbər ancaq sözlü səslə verilir və qısa musiqi ilə müşayiət olunur. 

Xəbər mətnində  yığcam, sadə cümlələrdən istifadə edilməlidir. Professor Qulu 

Məhərrəmlinin sözləri ilə desək, “deməli informasiya verilişlərini təkmilləşdirmək 

üçün sadəcə olaraq diktorların nitq hazırlıqlarını artırmaq yox, həm də radioda oxu-

maq üçün diktora verilən yazılı  mətnin tərtibinin yeni və daha müasir qaydalarını 

hazırlamaq lazımdır”. (7.s.279) 

Televiziya ilə radio xəbəri arasında fərqə baxaq. 

APARICI: Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələdə təşkil  olunan 5 

-ci Beynəlxalq Musiqi Festivalı davam edir. Böyük Musiqi bayramı adlandırılan 

tədbirin növbəti günündə festival iştirakçıları 2 konsert proqramını maraqla 

izləyiblər.  



VİDEO: Azərbaycanın milli musiqi mədəniyyəti tarixində yeni ənənənin 

təməli hesab olunan Qəbələ 5-ci Beynəlxalq Musiqi Festivalının növbəti günü də 

musiqi rəngarəngliyi baxımından zəngin keçdi. İldən-ilə böyüyən festival bu dəfə 

də tamaşaçı auditoriyası  və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti çəkdi. Musiqi 

sevərlərə ilk olaraq kamera musiqisi axşamı təqdim olundu. Orta əsr və yeni dövr 

Avropa klassik musiqisinin həvəskarları  səhnəyə  çıxan  gənc solistlərin  ifalarını  

maraqla dinlədilər. Piano, vokal, violin və violançel alətlərində peşəkar ifalar 

nümayiş etdirən gənc musiqiçilərin çıxışları   həm yerli və əcnəbi tamaşaçılar, həm 

də gənc  musiqiçilərin özləri  üçün yaddaqalan oldu. İNTERŞUM...   


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin