Азярбайъан милли елмляр академийасы



Yüklə 4,55 Mb.
səhifə14/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   ...   10   11   12   13   14   15   16   17   ...   50
Adı və Soyadı

Doğulduğu kənd

Şəhid olduğu il

Yusuf Mehmet Kamze

Hafer

1920

Ahmet Hamis Sallan

Hafer

1920

Ahmet Cuma Cabir

Hafer

1920

Hüseyin Ahmet Çalış

Hafer

1920

Mustafa Mahmut Halife

Kadiriyye

1948

Ahmet İsa Mustafa

Kefer Naffah

1948

Cuma Musa Abbas

Kefer Naffah

1948

Mehmet Hasan Mustafa

Kadiriyye

1949

Ahmet Salih Hinno

Hafer

1967

Ahmet Mehmet Nasif

Hafer

1967

Yusuf Mehmet Nasif

Hafer

1967

Musa Cuma Körcü

Hafer

1967

Arafat Mehmet Şdid

Hafer

1967

Cuma İsa Cabir

Hafer

1967

Hızır Şühade Sallan

Hafer

1967

Mehmet Akkaş Sallan

Hafer

1967

Bekir Hüseyin Esat

Hafer

1967

Kemal Şühade Sallan

Hafer

1967

Elife Halil Şdid

Hafer

1967

Meryem Ali Hudi

Hafer

1967

Ahmet İsa Celo

Ahmediye

1967

Hüseyin Mehmet Eyyüp

Razaniye

1967

Hayil Ali Abdun

Muğayyir

1967

Halit Mustafa Cuma

Sindiyane

1967

Musa Ahmet Ali

Sindiyane

1967

Aziz Mustafa

Sindiyane

1967

Safer Cuma Mustafa

Kadiriyye

1967

Mehmet Hasan Matar

Kefer Naffah

1968

Sadık Arafat Matar

Kefer Naffah

1968

Mehmet Hayir Düaybis

Razaniye

1972

İdris Abdo Mutlak

Dabya

1973

Münir Akkaş Mşut

Ahmediye

1973

Mehmet Avaz Mahmut

Razaniye

1973

Eyyüp Ali Ahmet

Sindiyane

1973

Kasim Şabani

Ciba

1973

Mutlak Ali Mutlak

Dabya

1974

Mir'i Hasan Zahir

Muğayyir

1978

Recep Durmuş Mahmut

Ayni-Zivan

1978

Hamit Yasin Avvat

Sindiyane

1979

Mehmet Arafat Matar

Kefer Naffah

1982

İsrail savaş günlərində colanlıların mal-mulkünü əlindən alıb, özlərini ata-baba yurdlarından qovmaqla qalmadı. On­la­rın bir çox kəndlərini də dağıdaraq izlərini bu torpardan sil­mə­yə çalışdı (http://www.dunyabulteni.net/index.php?aType=haber& ArticleID=41890). Sonra da burada 33 Yəhudi yaşayış məskəni yaradıb dünyanın müxtəlif guşələrindən gətirilmiş, fərqli irqlər­dən olan, fərqli dillərdə danışan 15 min nəfər yerləşdirərək on­ları yəhudiləşdirməyə başladı. Qaynaqların verdiyi bilgiyə görə, İsrail-Suriya savaşınadək bölgənin 147 kəndində 120 min Dürzi yaşayırdısa, indi onların sayı bölgədə 18 minə enib. Qalanları isə qaçqındır (http://www.zaman.com.tr/ dunya_golan-tepeleri-nicin-onemli_431441.html).



SURİYADAKI TÜRKMANLARIN SAYI VƏ

ONLARIN YAŞADIQLARI BÖLGƏLƏR
Osmanlı vergi məmurlarının tərtib etdiyi müfəssəl icmal dəftərinə, yəni vergi dəftərlətinə görə 1906-cı ildə Hələb şə­hərində yaşayan 116148 nəfərin 80113-ü Müsəlman imiş. Mü­səlmanların da yarıya qədərini Türkmanlar təşkil еdirmiş. Həmin dəftərdə Türkcə məhəllələrin adları da sadalanır. Hə­ləbdən kənarda da 350 Türkman kəndi оlduğu göstərilir. Bе­ləliklə, indiki Hələb şəhərində və ətrafında 200000, Laz­kiyе bölgəsində 150000, Tеlkеlе ətrafında 50000, Kunеytra böl­gəsində 100000, başqa bölgələrdə isə 300000 Türkmanın ya­şadığı göstərilir. Bu da indiki Suriya ərazisində XX yüzilin əvvəllərində bir milyоna yaхın Türkün yaşadığı dеməkdir (Börklü Meşkure Yılmаz, www.bilginet.com.).

Ali Öztürkman yazır ki, Suriyada yaşayan Türkmanların çoxu Bəydili (Qədirli, Ərəpli, Begmişli, Ulaşlı, Qaraşıxlı, Gü­neçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsa­lı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Bu­dak, Qarxın, Qaraman, Salur, İsabəğli, Qarakeçili, Musa­bəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qa­raqoyunlu, Sincar tayfa və tirələrindəndir (Öztürk­men Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article &id=23630&up­date­from=530&from=0).

20-ci yüzildən zaman-zaman bölgənin Türkman əhalisi ya köçürülmüş, ya da qırğınlara və təqiblərə uğramışdır, bu­nun sоnucunda da onların sayı azalmışdır.

Suriyada yaşayan Türkmanlar haqqında araşdırıcılar ara­­­sında fikir birliyi yoxdur. Bunun da səbəbi ölkədə yaşayan Türkmanların dövlət tərəfindən dəqiq qeydiyyatının çap olun­mamasıdır. Onlar Müsəlman adı altında tanınırlar ki, bu da xalqın milli kimliyini deyil, dini inancını göstərir.

Ölkədə yaşayan Türkmanları adətən üç qrupa ayırırlar. Birinci qrupa milli kimliyini tam qoruyub saxlayanları, ana di­lində danışanları daxil edirlər. Onların sayı 1,5 milyon nə­fər­dir. İkinci qrupa soykökünün Türkman olduğunu qəbul edən, ana dilində danışılanı başa düşsə də, danışa bilmə­yən­lə­ri daxil edirlər. Onların sayı 2 milyona yaxındır. Üçüncü qru­pa da ərəbləşmiş Türkmanları daxil edirlər ki, onların da sa­yı­nın 2,5 milyon olduğu göstərilir (Özdağ Ümid, 2012, http://www. yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm).

Hişam Şabani isə Suriyada yaşayan Türkmanların sa­yından bəhs edərkən yazır: “Suriye'de yaşayan Türkmenler'in nüfusu hakkında verilen rakamlardan 500.000 tahmini bu gün artık eskimiştir. Yakın zamanlarda verilen tahminler ise 2.000.000 - 2.5 milyon gibi söylense de, bunlar gerçek rakam­lardan daha azdır, gerçek rakamlar 3 milyon civarında tahmin edilir. Bunlara da araplaşmış Türkmenleri eklersek sayı yaklaşık olarak ikiye katlanır” (Fadi İsa və Şabani Hişam, “Suriye Türkmenleri'ninGüney bölümü Golan türkmenleri” kitabından alınmışdır.)

Ali Öztürkmen isə “Suriya Türkləri” məqaləsində yazır: “Suriyede yaşayan Türkmenler'in nüfusu 2010 yılın verilerine göre 3.500.000 olup ve nüfusun 1.5 milyonu anadili olan Türk­çeyi rahatça kullanmaktadır. 2 milyon ise araplaşmış du­rumdadır ve çoğunlukla büyük şehirlerde (Şam, Halep, Hu­mus, Hama) yaşamaktadırlar” (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id=23630&update­from=530&from=0).

Suriya Türkmanlanları haqqında son araşdırmaların müəl­lifi Turhan Çətin yazır: “Günümüzdə Suriyada nə qədər Türkman yaşadığı rəsmi rəqəm olaraq bilinmir”(Çetin Tur­han, 2014:36).

Suriyada 523 kənddə (şəhərlərdəki məhəllələr bura daxil deyildir) Türkmanlar yaşayır. Suriya hökuməti son illərdə Türkman mənşəli yer adlarını Ərəbcəyə çevirir. İsabəylini-İse­viye, Kabamazı-Belutiye, Tırıncanı-Ümitüyur, Karıncanı-Behlüliye, Merhanı (Balva)-Salvah, Havahöyükü-Beliz Nabg­ha, Dashlihöyükü-Talhajr etmişdir (Türkmen oğlu Deniz, http://halapturkmen.blogcu.com/suriye-oguz-turkmenleri /5436639).

Ali Öztürkmen internet saytında yerləşdirdiyi “Suriya Türkləri” məqaləsində dəyişdirilmiş Türkman kənd adlarının bö­yük bir siyahısını verdiyindən biz bu mövzunun ayrın­tıla­rına varmadıq.

Məmlük Qıpçaqlarının və Oğuz Türkmanlarının soyun­dan gələn Suriya Türkmanları ölkənin hər yerində yaşasalar da, topluca yaşadıqları bölgələrin adları ilə adlandırılırlar.

Suriyadakı Türkmanların lideri Kal Muhammed Mus­ta­fa Paşa idi. Sonra oğlu Haj Nassan Mustafa Paşa lider ol­muş­dur. Son illərdə Suriyadakı Türkmanların rəhbəri olan Faruk Mustafa Paşa, Merhan (Belva), Salva Kırdı Haj Ali tayfa­sındandır. Bu tayfa yüzillər boyu Suriyadakı Türkmanları bir araya toplamışdır.

Suriyada Türkmanların ana dilində məktəbləri olmadığı kimi, onları bir arada tutan hər hansi bir təşkilatları da yoxdur. Kənd və qəsəbələrdə yaşayan Türkmanlar öz aralarında ana dilində danışırlar. Şəhərlərdə yerləşən Türkmanların övladları isə getdikcə ana dillərini unudurlar.

Ölkədə ali təhsilli Türkmanların sayı başqa xalqlarla müqayisədə azdır. Suriyada Türkmanların sayının çox olma­sına baxmayaraq, burada onların ana dilində kitabları, qəzet və jurnalları nəşr olunmur, radio və televiziyaları yoxdur. Suriyada sürgündə olan Türkiyəli Refik Halitin təşəbbüsü ilə 1922- 1937-ci illərdə “Doğru yol” və “Vəhdət” qəzetləri nəşr edilmişdir.

Araşdırıcıların yazdığına görə, Hələb bölgəsində yaşa­yan Türkmanların dilləri Hatay bölgəsində yaşayan Türklərin dialekti ilə eynidir. Hama, Humus və Colan bölgələrində ya­şa­yan Türkmanlarının şivəsi isə Azərbaycan və İraq Türk­manlarının danışığına daha yaxındır.

Suriyada yaşayan Türkmanların ictimai-siyasi fəallığını artırmak, güzəranlarını yaxşılaşdırmaq, adət-ənənələrini, dil­lə­rini qoruyub saxlamaq, bir sözlə, cəmiyyətdə baş verənlərə birgə münasibət bildirmələrini təmin etmək üçün 2005-ci ildə Türkman yazıçısı və ictimai xadimi Muhammed Hayır Bayra­mağanın rəhbərliyi altında “Nurettin Zerki Derneği” qurul­ma­sına təşəbbüs göstərilmişdir. Suriyada yaşayan Ermənilərə ana dilində məktəb açmağa, dərnək qurmağa icazə verən Bə­şər Əsəd hökuməti Türkmanlara dərnək qurmağa icazə ver­mə­mişdir.

Türkmanlar Suriyanın bütün vilayətlərində yaşasalar da, Hələb, Lazkiyə, Humus, Hama və Colan nahiyyələrində toplu halda yaşayır və çoxluq təşkil edirdilər.


Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin