TÜRKMANLARIN TOPLU YAŞADIQLARI YERLƏRİN ADLARI
Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ayrırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak Türkmanları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türkmanları, Hama və Humus bölgəsində yaşayanlara Hama və Humus Türkmanları, Şam bölgəsində yaşayanlara Şam Türkmanları, Colan təpələrində yaşayanlara isə Colan Türkmanları deyirlər. Malik Karadirek isə Suriyada yaşayan Türkmanları yaşadıqları bölgə adları ilə 10 yerə – Hələb Türkmanları, Humus Türkmanları, Lazkiyə Türkmanları (Bayır-Bucaq Türkmanları), Hama Türkmanları, Rakka Türkmanları, Golan Türkmanları (Kuneytra), Şam Türkmanları, Tartus Türkmanları, İdlip Türkmanları, Dera Türkmanları qruplarına ayırır. Bölgünü belə aparsa da, İdlip Türkmanlarından söz açarkən “Bunlar Reyhaniyedəki Türkmanların uzantısıdır. Bunlar daha çok Cisir Şugur ve şehir semtinde yaşamaktadırlar. Bilinen bezi köylerinin adları Sukkeriye, Heytedir. Tarım ve hayvançılıkla uğraşmakdadırlar. Sayları 30 bin civarındadır” yazır (Karadirek Malik, 2014:41).
Biz də çoxluğun qəbul etdiyi beş bölgü əsasında yaşayış məskənləri haqqında bilgi verəcəyik (Bölgədəki Türkmanlar yaşayan kənd, qəsəbə və məhəllələrin adları Hişam Şabaninin mənə göndərdiyi material və Ali Öztürkmenin, Ümid Özdağın, Dr.Muhtar Türkmen oğlunun, Deniz Türkmen oğlunun məqalələri əsasında hazırlanmışdır).
Dostları ilə paylaş: |