Азярбайъан милли елмляр академийасы


TÜRKMANLARIN TOPLU YAŞADIQLARI YERLƏRİN ADLARI



Yüklə 4,55 Mb.
səhifə15/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   ...   11   12   13   14   15   16   17   18   ...   50
TÜRKMANLARIN TOPLU YAŞADIQLARI YERLƏRİN ADLARI
Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ay­rırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak Türk­man­ları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türk­man­ları, Ha­ma və Humus bölgəsində yaşayanlara Hama və Hu­mus Türk­manları, Şam bölgəsində yaşayanlara Şam Türk­man­ları, Colan təpələrində yaşayanlara isə Colan Türkman­ları deyirlər. Malik Karadirek isə Suriyada yaşayan Türkman­ları yaşadıqları bölgə adları ilə 10 yerə – Hələb Türkmanları, Hu­mus Türkmanları, Lazkiyə Türkmanları (Bayır-Bucaq Türk­manları), Hama Türk­manları, Rakka Türkmanları, Golan Türk­manları (Kuneytra), Şam Türkmanları, Tartus Türkman­ları, İdlip Türkmanları, Dera Türkmanları qruplarına ayırır. Bölgünü belə aparsa da, İdlip Türkmanlarından söz açarkən “Bunlar Reyhaniyedəki Türkman­ların uzantısıdır. Bunlar da­ha çok Cisir Şugur ve şehir semtinde yaşamaktadırlar. Bilinen bezi köylerinin adları Sukkeriye, Hey­tedir. Tarım ve hay­vançılıkla uğraşmakdadırlar. Sayları 30 bin civarındadır” ya­zır (Karadirek Malik, 2014:41).

Biz də çoxluğun qəbul etdiyi beş bölgü əsasında yaşayış məskənləri haqqında bilgi verəcəyik (Bölgədəki Türkmanlar ya­şayan kənd, qəsəbə və məhəllələrin adları Hişam Şabaninin mə­nə göndərdiyi material və Ali Öztürkmenin, Ümid Özda­ğın, Dr.Muhtar Türkmen oğlunun, Deniz Türkmen oğlunun məqa­lə­ləri əsasında hazırlanmışdır).



Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin