1. Bayır-Bucaq (Basit) Türkmanlarının (onlara Lazkiyə Türkmanları da deyirlər) yaşadıqları kənd və məhəllələr
Qaramanoğlu Türkmanlarının bir qolu Osmanlı dönəmində Ağ dəniz sahillərində, Lazkiyə şəhəri və ətrafındakı Basit, Bayır, Kessap nahiyyələrinin kəndlərində yerləşmişlər.
Bayır-Bucak Türkmanları öz adlarını bölgənin adından almışdır. Bölgənin inzibati və mədəni mərkəzi Lazkiyə şəhəridir. Türkmanlar burada milli azlıq sayılmır. Rəsmi satatistikada onlar Müsəlman kimi qeyd edilir. Ölkədə yaşayan bütün xalqların əksəriyyəti isə onları Türkman adlandırırlar. Əslində burada yaşayan, Türkman adlandırılan xalq Anadoluda yaşayan Türklərdən inançları, adət-ənənələri, folklorları, mədəniyyətləri, danışıqları ilə elə də seçilmirlər.
Bölgənin mərkəzi Lazkiyə şəhəri Suriyanın Ağ dəniz sahillərində yerləşir. Türkmanlar şəhər mərkəzi Hay Ali Çammal Harası (Türkman məhəlləsi) olmaq üzrə Basit, Bayır, Behlüliyə, Kessap nahiyyə mərkəzlərində və kəndlərində topluca yaşayırlar.
1950-ci ildən etibarən kəndlərdən Lazkiyəyə köçməyə başlayanlar daha çox şəhərin Quzey hissəsində yerləşmişlər. Bayır və Bucak nahiyyələrində 70-ə yaxın Türkman kəndi var. Kəndlilər öz aralarında və ailələrində ana dilində danışırlar. Lazkiyə vilayət mərkəzi və Kesap nahiyyəsində 6, Bucak bölgəsində sahil boyunca 84, Behlüliyə nahiyyəsində 12, Bayır nahiyyəsinə tabe Kebelinin Quzeyində 27, Doğusunda 8, Güneyinde 11, İncəsunun Batısından Güneyə doğru olan bölümünde 20, Doğusunda 17 kənddə Türkmanlar əhalinin əsasını təşkil edirlər.
Türkmanlarin yaşadığı Lazkiyə şəhərindəki bəzi məhəllə və ətraf kəndlərin adları belədir: Kara Mustafa, Böyükpınar, Köy Çiçekli yazı, Abanlı, Ablaklı, Akça Bayır, Almalı, Assamra, Al Ğassaniyeh, Al Yamamah, Aşağı Almalı, Aşağı Qaramanlı, Ayuşlu, Baldırlı, Bostançık, Badrussiyə, Burç İslam, Çamuslu, Çüb, Çüb Torus, Çüçük, Çümərən Yamadıya, Çalkamanlı, Çamurlu, Çanlı, Çardaklı, Çemeren, Çirit, Çovkaran, Çukurcak, Ğamam, Dervişen, Dağdağan, Əli, Haçranlı Hasançık Saray, Hamitli, Hayat, İsa Pinar, İsebeyli, Gökdağ, Gülçük, Kabaklı, Kalabah, Kastalmaaf, Kaymaz, Kepir, Keseçik, Keşiş, Qantara, Qarabacak, Qaraca, Qara Türkmanli, Qebelli, Qıbrıh, Qünyeli, Meydancık, Mollamahmutlu, Murutly, Nusabin, Rabia, Rihaniyye, Sağırt, Saldıran, Sılayip Türkmen, Sallor, Şeren, Turunç, Fakıhasan, Fakılı, Ubeydiyə, Um Tuyur, Zınzıf, Yukarı Almalı, Yukarı Qaramanlı, Yümüçak.
Dostları ilə paylaş: |