Азярбайъан милли елмляр академийасы



Yüklə 4,55 Mb.
səhifə7/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   2   3   4   5   6   7   8   9   10   ...   50
SURİYA OSMANLILAR DÖNƏMİNDƏ
1516-cı ildə Yavuz Sultan Səlim Mercidabıkda Məm­lük­ləri məğlub edərək bugünkü Suriya torpaqlarını Osmanlı dövlətinə birləşdirir. Osmanlı dövlətinin Suriyanı tutması böl­gədə yaşayan xalqların 400 ilə yaxın savaşsız, dinc və sakit həyat sürməsinə səbəb olmuşdur. Osmanlı hökuməti bölgəni idarə etmək üçün Şam əyaləti yaratmış, Qüds, Qəzzə, Nablus isə əyalətin sancaqları olmuşdur (Türkmen oğlu Deniz, http://halapturkmen.blog­cu.com/suriye-oguz-turkmenleri/ 5436639).

Avropa dövlətlərinin Osmanlı imperiyasını tarix səhnə­sindən silmə və Müsəlmanların bir mərkəzdə birləşməsini təmin edən xəlifəliyi ləğv etmə planlarının bir hissəsi də Balkanlarda, Misirdə, Suriyada hökumətin gücünü zəiflətmək idi. 1799-cu ildə Napоlеоn Misir səfərində Yafaya qədər Fə­ləstinin (Heyаti Ülkü, 1979) bir hissəsini işğal еtsə də, оrada duruş gətirə bilmədi. Əhməd Paşa kоmandanlığındakı Оs­man­lı оrdusu Akka önlərində Napоlеоnun оrdusunu gеri оturt­du. Savaş yоlu ilə qalib gələ bilmədiklərini görən Avrоpa stratеqləri başqa planlar hazırladılar.

Böyük Britaniya imperiyası da Оrta Dоğunun zəngin­liklərindən faydalanmaq və dünya hakimiyyətini davam еtdir­mək üçün 19-cu yüzilin başlarından еtibarən Оsmanlı dövlə­tini yıхmaq və İslam ölkələrini bölmək üçün Fələstində bir Yəhudi dövləti qurmağı planlamışdı. 1822-ci ildə baş verən böyük zəlzələ və onun ardınca başlayan yoluxucu xəstəliklər bölgənin iqtisadi və əsgəri gücünü zəiflətmişdi (Nur Ayşe, 2014, http://www.radi­kal.com.tr/yazar­lar/ayse_hur/megerse_ suri­yede _turkmenler_yasarmis-1169309).

Böyük Britaniya, Fransa vb. Avropa dövlətlərinin təh­riki ilə Osmanlı dövlətinin Misirdəki valisinin oğlu İbrahim Paşa ölkənin Güneyini işğal etmək, hətta gücü çatarsa, İstan­bulu da fəth edərək sultanlıq taxtını ələ keçirmək fikrinə dü­şür. Bu məqsədlə də o, 1831-ci ildə Suriyaya hücum edir. Hə­min illərdə Osmanlı əsgəri birliklərində bir yenilənmə hərə­katı başladığından üsyançı ordu birləşmələri məhv edilə bil­mir. Onlar 1832-ci ildə Konyaya qədər gəlib çıxırlar. Vəziy­yətin ağır odluğunu görən Sultan II Mahmud İngiltərə və Fransadan yardım istəyir. Misir valisini Sultan II Mah­muda qarşı üsyana həvəsləndirən hər iki dövlətin rəhbərləri bu mü­raciətə cavab vermirlər. Çarəsiz qalan Sultan II Mah­mud iki il öncə savaşdığı, torpaqlarının bir qismini verməyə məcbur olduğu Rusiya hökmdarı I Nikolaya yardım üçün müraciət etməli olur. Rus donanması İstanbula gəlir.

Bundan Böyük Britaniya hökuməti narahat olur və Kü­tahyaya qədər gəlmiş Misir ordusu komandanları ilə Osman­lı sultanı arasında vasitəçilik edir. Kütahyada bağlanmış andlaş­maya əsasən Suriya, Fələstin vb. bölgələrin idarəsi 1833-cü ildən Osmanlı tabeliyində olan Misıir valisi Mehmet Ali Paşanın sülaləsinə verilir.

Bu hadisədə uduzan Osmanlı dövləti olsa da, Misir va­lisi ilə yanaşı, çar Rusiyası da, Böyük Britaniya da qazanır. (Zeyrek Yunus, 2013:10, sayı 32).

Avropalıların apardıqları pozuculuq işi öz təsirini gös­tərir. Osmanlı vətəndaşı olan ərəblərin içərisində Osmanlı əley­h­­darlarının sayı ildən-ilə artır. Osmanlı əlehdarı olan Ərəb­­lərin böyük bir qismi yüksək hökumət vəzifələrində də ça­lışır, orduda zabit kimi xidmət edir, general rütbəsinədək yük­səlirdi.

Türkiyənin məşhur generallarından, Milli Mücadilə qəhrəmanı Kazım Karabkir paşa “İttihat ve Terakki Ce­mi­ye­ti” adlı əsərində Osmanlı əleyhdarı olan Ərəblərdən söz açar­kən yazır ki, bizimlə hərbi məktəbdə oxuyan, sonra da Os­manlı ordusunda zabit olan Mısırlı Aziz Kahireyi Ərəb birliyi üçün çalışdığını açıq-aşkar söyləməkdən çəkinmirdi. O, Türk­lərin məhv olacağını, fəkət Ərəblərın birlik yaparak yaşaya­cağını, dünyanın qüdrətli dövlətini quracağını qürurla söylə­yirdi. (Kazım Karabekir, İttihat ve Terakki Cemiyeti, İstan­bul, 1993 seh. 186 – Qaynaq üçün bax: Yunus Zeyrek, Kazım Karabekiri okurken-I, “Bizim Ahıska” dergisi, Üç aylık kültür dergisi, 2013, Sonbahar, sayı 32, yıl 10, seh.12.)




Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin