İSRAİL-ƏRƏB SAVAŞLARI VƏ
COLAN TÜRKLƏRİ
Yüz illər boyu bölgədə rahat yaşayan və Ərəblərlə, Dürzilərlə xoş münasibətdə olan Colan Türkmanlarının faciəsi 20-ci yüzillikdən başladı. I Dünya Savaşı illərində İngilis əsgəri birliklərinin və xaricilərin dəstəklədiyi Ərəb silahlılarının təzyiqi və təqibi altında qalan Colan Türkmanları Fransa mandatlığı illərində də çox zülmlər görmüşdür.
BMT Baş Məclisinin 1947-ci ilin noyabrın 29-da qəbul etdiyi qərarla Fələstin üzərində Böyük Britaniyanın mandatlığı ləğv edildi və Fələstin torpaqlarında iki dövlət – Fələstin və İsrail dövlətinin yaradılması planlaşdırıldı. Xarici dövlətlərin yardımı ilə 1948-ci il mayın 14-də İsrail dövləti yaradıldığı elan edildi. Həmin dövrdə bu dövlətin ərazisində 498 min Yəhudi, 497 min Ərəb vardı.
İsrail dövləti yarandığı ilk gündən BMT Baş Məclisinin qərarı ilə Fələstin ərazisində onun üçün ayrılmış 14,1 min kvadrat kilometr sahə ilə razılaşmayaraq, Fələstinin və qonşu Ərəb dövlətlərinin ərazilərini işğal etməyə başladı. Bu da Ərəb-İsrail savaşı ilə nəticələndi.
Savaş İsrail dövləti elan ediləndən cəmi bir neçə saat sonra, yəni 1948-ci ilin mayın 14-dən 15-ə keçən gecə İsrail əsgərlərinin hücumu ilə başladı. 1948-1949-cu illərdə fasilələrlə davam edən bu savaşa Suriya, Misir, İordaniya, İraq, Livan, Səduyyə Ərəbistanı, Yəmən kimi Ərəb dövlətlərinin də qatılmasına baxmayaraq, ABŞ və Böyük Britaniyadan dəstək aldığına görə İsrail qısa müddətdə Fələstin Ərəb dövləti üçün ayrılmış ərazinin əksər hissəsini, yəni 6,7 min kvadrat kilometrlik bir sahəni və Qüdsün Batısını işğal edərək 1,2 milyon Ərəbi ata-baba yurdundan qovdu. 1949-cu ilin fevral-iyul aylarında İsrail ilə Misir, Livan, İordaniya və Suriya arasında andlaşma imzalandı. Lakin bu andlaşma İsrailin işğalına son qoymadığından müvəqqəti xarakter daşıdı. İsrail nəinki qonşu Ərəb ölkələri ilə bağladığı andlaşma şərtlərinə əməl etmədi, hətta BMT qətnaməsini də saya salmayaraq 1950-ci ildə Qüdsü ölkənin paytaxtı elan etdi.
ABŞ və başqa dövlətlər Ərəb ölkələrini təsir altında saxlamaq və onların təbii sərvətlərinə sahib olmaq üçün İsrail dövlətindən bir vasitə kimi istifadə edirdilər. 1956-cı ilin oktyabr-noyabr aylarında Böyük Britaniya və Fransa Misirə hücum edəndə İsrail də savaşa qatıldı, 1957-ci ilin mayında isə Eyzenhauer doktrinasına qoşuldu. 1958-ci ildə də ABŞ və Böyük Britaniyanın Livan və İordaniyaya müdaxiləsinə yardım etdi.
Suriya İsrail basqınlarından və xarici müdaxilədən qorunmaq üçün 1958-ci ilin fevralında Misirlə vahid dövlət - Birləşmiş Ərəb Respublikası yaratmaq haqqında andlaşma imzaladı. Lakin bu birləşmənin ömrü uzun olmadı. Suriyada 1961-ci ilin sentiyabrında baş verən dövlət çevrilişi andlaşma şərtlərini pozdu. 1963-cü ilin martında Ərəb Sosialist Dirçəliş Partiyası hakimiyyəti ələ alsa da, 1966-cı ilin fevralın 23-dək hakimiyyət daxilində ziddiyyətlər davam etdi. Bütün bunlar da Suriyadakı Türkmanların ana dilində təhsil almasını, qəzet, jurnal, kitab nəşr etməsini, öz mədəniyyətinə sahib çıxmasını əngəllədi.
Bundan sonra da imperialist dövlətlərin təzyiqi altında İsrail hökuməti dəfələrlə qonşu müsəlman ölkələrinə basqınlar edərək onların ərazilərini tutdu və yerli əhalini qaçqına çevirdi.
Colanda yaşayan Türkmanlar da müsəlman olduqlarına görə İsrailin bölgədə yaratdığı qorxu uçBatından vətəni tərk etmək zorunda qaldılar.
Vaхtilə bölgənin ən abad məskənlərindən оlan Kunеytra ölü şəhərə çеvrildi. Burada sоydaşlarımızla yanaşı, Ərəblər, Çərkəzlər, Dürzilər və başqaları da yaşayırdılar.
Cihan Sönməz “Cоlan Türkmеnlеri dе barış bеkliyоr” məqaləsində yazır: “Savaşı хatırlayanlar “Bir cеkеtimizi bilе çıkartamadıq” dеyə anladırlar о günü. İsrail əsgərləri еvlərini bоşaldarkən sərt davranmamış оnlarla, lakin bir Türkman gəncini öldürmüşlər.
Öz ifadələrinə görə, sayı 15 civarında оlan Türkman kəndləri Cоlanın ən vеrimli əraziləri üzərində yerləşirmiş. İndi isə sоluklarını tutmuş ölkələr ilə İsrail arasındakı barış görüşmələrini izləyirlər. Ümidlə barışın imzalanmasını, Cоlanın Suriyaya gеri vеrilməsini gözləyirlər. Cоlandakı yurtlarına dönmək ən böyük arzuları. Içərilərində isə bir qorxu var: Cоlan Suriyaya vеrilsə bеlə, tоrpaqlarının özlərinə iadə еdilməməsindən qоrхurlar. İsrail tərəfindən işğal еdilən Türkman kəndlərini bеlə sıralayır yaşlı bir Cоlan Türkmanı: Kefer Naffah, Ayn əl Ayn, əl Sümsüm, Bоbya, Qadiriyyə, Əhmədiyyə, Qaziniyyə, Qafar, Ayn Qurra, Muğayyur, Ayn Ayişе, Cеvizе. Bunlardan başqa, Türkmanların və Çərkəzlərin qarışıq yaşadıqları kəndlər də var idi” (Sönməz Cihаn, 2001:271).
Professor Ümid Özdağ “Suriya Türkləri” məqaləsində yazır ki, Colan Türkləri, Suriya Türklerinin ən şanssızları arasındadır. 1967-ci il Ərəb-İsrail Savaşının önemli bir bölümü Colan təpələrinin Türk köyləri bölümündə olmuşdur. Köylərini və evlərini kaybedən Colan Türkləri – ki sayıları 50 minə yaxındır, Şamın ucqarlarında yaşamaqdadır. Colanlıların milli bilinçləri yüksəkdir (Özdağ Ümid, 2012, http://www. yenicaggazetesi. com.tr/suriye-turkleri-22058yy.htm).
Dostları ilə paylaş: |