SURİYA FRANSANIN MANDATLIĞI
ALTINDA
I Dünya Savaşı Antantanın qələbəsi ilə başa çatdı. 1918-ci ildə imperialist güçlər Suriyanın qüneyində Osmanlı dövləti əleyhinə Ərəblər silahlı dəstələrinin üsyanını təşkil edə bildilər. Hökumətin hər hansı bir silahlı dəstəni məhv edəcək gücü qalmamışdı. Ölkəni bir xaos, qarışıqlıq bürümüşdü. Buna görə də, xaricdən yardım alan bir qrup Ərəb silahlısı sentyabrın 30-da “Dəməşqi azad etdiklərini, Ərəblərin istiqlalına nail olduqlarını” elan etdilər. İngilis əsgərlərinin gücü ilə “azad edilmiş” Suriyanın müstəqilliyi o qədər də uzun sürmədi. 1916-cı ilin mayında imzalanmış gizli Sykеs Piçоt andlaşması 1919-cu ildə rəsmiləşdirilmiş oldu.
1920-ci il avqustun 10-da imzalanan Sevr andlaşmasıyla Suriya Osmanlı dövlətindən qoparılaraq Fransanın nəzarətinə verildi. Mondrоs andlaşmasına görə də Оsmanlı dövlətinin ərazilərinin böyük bir qismi İngilislərin və Fransızların nəzarəti altına kеçdi. İngiltərə və Fransa arasında 1920-ci il dеkabrın 23-də imzalanmış San Rеmо andlaşması ilə indiki Suriya və Fələstin ərazilərinə nəzarət Fransaya verildi. Mustəmləkəçilərin “Parçala, hökm sür!” şüarına sadıq olan Fransa indiki Suriya ərazisində etnik kökənə dayanan üç dövlət: Quzeydə bir Ələvi dövləti, mərkəzdə bir Sünnü dövləti, Güneydə isə bir Dürzi dövləti qurmağı planlamışdı (Okur, 2009:138). Ancaq bu plan müxtəlif səbəblərdən baş tutmadı. Əvəzində Dürzi bölgəsi, Hələb, Lazkiyə, Şam və İskəndərun bölgələrindən ibarət beş muxtar bölgə quruldu (Bax: http://www.academia.edu/4593946/ Suriyenin_Rotasi_ve_Turkmenler).
Min ilə yaxın Türklərin hakimiyyəti altında olan Bilad əl-Şam və ya Şam məmləkətində (Ərəblərdə qüzey anlamını verir-Ə.Ş.) bugünkü Suriya, Fələstin, İsrail, Livan və İordaniya dövlətləri yaradıldı.
İstər I Dünya Savaşı illərində, istərsə də ondan sonrakı illərdə İngilis, Fransız əsgərləri, bölgədə xarici güclərin silahlandırdığı Xristian və Müsəlman Ərəb quldur dəstələri Türk kəndlərinə basqınlar etməklə, əhalini talamaqla, var-yoxunu əlindən almaqla kifayətlənmir, onları təhqir edir və alçaldırdılar.
Türklər soydaşlarının çıxılmaz vəziyyətə salınmasına biganə qalmır. Təzyiqlər nəticəsində Fransız mandası Türkiyə ilə 1921-ci ilin oktyabrın 20-də Ankarada müqavilə bağlamalı olur. Andlaşmanın 7-ci maddəsində “Suriyadakı Türkmənlərin rəsmi dillərinin Türkcə olması və bütün mədəni, sosial haqlarının qorunması” vəd edilir (Çetin Turhan, 2014:35). Lakin nə Fransa mandası, nə də ondan sonra hakimiyyətə gətirilənlər müqavilə şərtlərinin Türkmanlara aid olan bəndlərində razılaşılmışları yerinə yetirmədilər.
Mondros andlaşmasından sonra bölgə Fransanın nəzarətinə verildi. 1923-cü ildə Millətlər Cəmiyyəti Şurası Suriyanın Fransanın mandatlığı altına keçməsini təsdiqlədi. Lakin bölgədə yaşayan istər Ərəb, istər Kürd, istər Türklərin etirazlarına əhəmiyyət verən olmadı. Əslində 20 ilə yaxın Fransızlarla yanaşı, Xiristian Ermənilər və Nusayrilər də hakim olmuşlar. Onlar da ölkədə qayda-qanun yaratmaq istəməmişlər. Bu qarışıq illərdə on minlərlə insan öldürüldü və ya xəstəlikdən, aclıqdan məhv oldu. Bu da ümumxalq etirazı ilə qarşılandı (Öztürkmen Ali, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id= 23630&updatefrom=530&from=0).
1920-ci illərin ortalarında ölkədə azadlıq hərəkatı yeni mərhələyə qədəm qoydu. 1925-1927-ci illərdə üsyan bütövlükdə Suriyanı bürüdü. Fransız əsgəri birlikləri və onlara xidmət edən Ərəb silahlı dəstələri üsyanı qəddarlıqla yatırtdılar.
Bölgədə yaşayan Türkmanların vəziyyəti daha da ağırlaşdı. Onlar Surya daxilində adalar kimi bir-birindən ayrı düşmüş oldu. Ana dillərində məktəb aça, qəzet, jurnal, kitab nəşr edə bilmədilər. Beləcə, Ərəblərlə qarışıq yaşanan bölgələrdə Türkmanların assimilyasiyası sürətləndi. Bu da Türkmanların öndərlərini bərk rahatsız edirdi. Onlar işğalçılara müqavimət göstərmək, Türkman kəndlərini Erməni, Nusayri silahlılarından qorumaq üçün gizli silahlı qruplaşmalar yaratmışdılar. Bu qruplaşmalara Hələbdə Nüveyran Oğuz və Kargen Tirken Polat Dişşo, Lazkiyəde isə Sohta Ağa rəhbərlik edirdi. Onların cəsurluğunu və mübarizəsini Gazi Mustafa Kamal Atatürk də bəyənmişdi (Öztürkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/index.php?page=article&id=23630&updatefrom= 530&from=0).
Müqavimətin güclənməsi səbəbinə Fransa formal da olsa, 1936-cı ildə Viоnеt andlaşması ilə Suriyaya müstəqillik vеrdiyini və orada respublika qurulduğunu bildirdi.
Faşist Almaniyası ilə Komminist Rusiyası arasında 1937-ci ildə gizli bağlanan, daha çox Molotov-Ribbentrop paktı kimi xatırlanan andlaşmadan sonra hər iki dövlət dünyanı yenidən bölməyə çalışdı. Öncə Polşa Almaniya ilə SSRİ arasında bölündü, ondan sonra Alman orduları qısa müddətdə Fransanı işğal etdi. Beləcə, Suriya da Fıransa mandatlığından Almaniya və İtaliyanın təsir dairəsinə düşdü. Lakin bu çox da uzun sürmədi. Ölkədə faşizmə və Vişi hökumətinə qarşı müqavimət hərəkatı başladı. 1941-ci ilin iyun-iyul aylarında İngiltərə və “Azad Fransa” əsgəri birliklərinin köməyi ilə faşistlər Suriyadan qovuldu. Fransız ordusunun komandanı general Jorj Katru (Georges Catroux) 1941-ci il sentiyabrın 27-də formal da olsa, Suriya istiqlaliyyətinin elan edilməsinə şərait yaratdı (Maden Fahri, 2014:20). Lakin Fransanın mandatlığı 1943-cü ilin dekabrında ləğv olundu.
Bütün Ərəblərin bir millət olduğu şüarı ilə siyasət meydanına atılan Ərəb millətçilərinin yaratdığı Baas Partiyası ölkədə aparıcı siyasi güçə çevrildi. 1945-də isə Suriya formal da olsa, Almaniya və Yaponiyaya savaş elan etdi. Həmin il seçimlərində Şükrü Əl-Küvvətli prezident oldu (Maden Fahri, 2014:20).
II Dünya Savaşından sonra da yadelli əsgərlər ölkəni tərk etmədilər. BMT-nin diplomatik təzyiqi, SSRİ-nin etirazları sayəsində 1946-cı ilin aprelin 17-də sonuncu yadelli əsgərlər ölkəni tərk etdi. Həmin gün Suriyada Milli Bayram günü kimi qeyd edilməyə başlandı (ASE, 1986:84).
II Dünya Savaşından sonra Fransızların getməsilə müstəqillik əldə edən Suriya uzun sürən daxili münaqişələr və iqtidar uğrunda mübarizə ilə üzləşdi.
1949-cu ildə iqtidara gələn Hüsnü Zaim Türkiyə ilə dost bir munasibət qurmağa çalışdı. Lakin Türkiyə hökumətinin başında duranlar Hüsnü Zaimin yardım və işbirliyi çağırışlarını xoş qarşılamadılar. Bu da Hüsnü Zaimin hökumətinin hərbi çevrilişlə iqtidardan uzaqlaşdırılmasına səbəb olmaqla yanaşı, Suriyanın Türkiyəyə qarşı heç də dost olmayan bir siyasət yeritməsinin əsasını qoydu. 1966-ci ilə qədər 15 çevrilişlə üzləşən Suriya Kürd siyasətinin dayağına çevrildi (Özdağ Ümid, 2012, http://www.yenicaggazetesi.com.tr/suriye-turkleri-22058yy.htm). Nusayri kökənli Hafız Əsədin 1970-ci ildə hərbi çevrilişlə hakimiyyətə gəlməsi də Suriyada Türkmanların vəziyyətini ağırlaşdırdı. Türkiyə ilə münasibətlərin gərginləşməsi, az qala savaş həddinə çatması, sərhədlərin bağlanması, ölkədə yaşayan Türkmanlara bölücü, Türkiyə casusu kimi baxılması vəziyyəti getdikcə gərginləşdirdi. 1982-ci ildə baş verən Hama soyqırımı dünyanın demokratik gücləri tərəfindən pislənsə də, bu hadisə Hafiz Əsəd hakimiyyətinin möhkəmlənməsinə səbəb olmuşdur. 2000-ci ildə Hafiz Əsəd öldükdən sonra hakimiyyətə gələn oğlu Bəşər Əsəd Türkiyə ilə dostluq münasibətləri qurulmasına imkan yaratmışdır. Beləliklə, sərhədlərdə sadələşdirilmiş keçid tətbiq edilmiş, bir-birindən illərlə ayrı düşmüş ailələr görüşmüş, iqtisadi əlaqələr yaradılmış, əhalinin güzəranı yaxşılaşmağa başlamış, abadlıq işləri artmışdır (Maden Fahri, 2014:20).
Malik Karadirek yazır: “1970 yıllardan başlayan 30 yıl boyunca Suriye Hafız Esad tarafından yöneltildi. Suriya Türkmenleri o yıllarda Türkiyeden kopuk yaşamaları, Suriya hökuməti baskısı altında kalmaları ve örgütlenmemiş olmaları nedeniyle asimle olmaya başlamışlardır. Bu gün çox sayda Türkmen Suriyada dilini ve kimliğini unutmuş durumdadır. Atalarının Türk olduğunu hatırlayan, ama Türk olarak yaşamayan çok Suriyalıya rastlamak mümkündür” (Karadirek Malik, 2014:40)
Dostları ilə paylaş: |