3. Hama və Humus Türkmanlarının yaşadığı
kənd və məhəllələr
Suriyada belə bir deyim var: "Humusda kim dersə mən Türkman deyiləm, o, əslində humuslu deyil". Suriya tarixçisi Süheyl Zakkar əski Ərəb qaynaqlarına dayanaraq göstərir ki, 11-ci yüzildə baş vermiş güclü zəlzələ Humusu tamam dağıtmışdı. Şəhəri yenidən Türkmanlar (Zingilər və Səlçuqlular) bərpa etmişlər. Nurəddin Mahmut bin Zingi Humusu əvvəlkindən də abad etmişdir. Bu gün də şəhərin mərkəzi məhəlləsi Haratul-Türkman (Türkman məhəlləsi) və əski şəhər qapılarından birisi Babu-Türkman (Türkman qapısı) adlansa da, orada yaşayan Atası, Hüseyni, Vafai, əl Rəyis, Türkmani, Cansız, Delati, Şişekli, Küvetli, Osman, Eşekli, Bayırlı, Şehirli, əl Sufi, Ataai, Tuzuklı, Delati, əl Şimali, Kiriai, Assaf, Kundakçı, əl Satlı, əl Türk, əl Şereflı, Şemsi Paşa, əl Amin, Bali, Kahya, Kihya, Nekdeli, Mamiş, Mahli, Haznadar, Kyşi, əl Terzi, Ramdun, Hamiş, Bazarbaşi, Dendeşi, Belhus, Dükkancı, Abulleben, Sallur, Kassap, Barak, Açoğlan, Nebo, Abduldeyim, Xoça, Küvetli, Amran, Kehi, Deli Osman, Sevadiye, Küçük, Huvçük, əl Umar, Sufi, Bekir, Hazzüri, Eço, Mıhı, Uyun əl Sud, Torun, Osman, Garut, Mahmut, Kaddi, Torun, əl Bakrasi, əl Emin, Balli Sufi, Hamiş, Çuxadar, Çelebi, Hüsemi, Atmaz, Sivaslı, Ahras, əl Hulu, Sıriea, Mılla, Bayazıt, Bayrakdar, Satli tayfasından olan Türkmanlar tamamən ərəbləşmişlər.
Dostları ilə paylaş: |