2. Hələb Türkmanlarının yaşadığı kənd
və məhəllələr
Osmanlıların hakimiyyəti illərində Suriya Türkmanlarının mərkəzi Hələb sayılırdı. 100 ilə yaxın burada assimilyasiya – əritmə siyasəti yeridilməsinə baxmayaraq, küçələrdə, bazarda Türkmanca danışılırdı. Burada Türkmança danışanların hamısı Türkman deyildi. Rəsmi dövlət dili Ərəb dili olsa da, hər xalq öz aralarında və ailələrində öz ana dilində danışır, küçədə, bazarda isə ünsiyyət vasitəsi kimi Türkman dilindən istifadə edirdilər.
Köhnə Hələbə, Hələb qalasına qalxarkən sağda İmadəddin Nəsiminin türbəsi görünür. Türbə ətrafında yaşayanlar özlərinin Nəsimi nəslindən gəldiklərini, onunla qürur duyduqlarını söyləyirlər.
2008-ci il martın 25-30-da Türk Dil Kurumu və Harran Universiteti Şanlıurfada “Türkiye Türkçesi ağız arastırmaları çalıstayı” təşkil etmişdi. Bu elmi toplantıda mən də “Çifte sözlerin yaranmasında Oğuz, Kıpçak ve Karluk ağızlarının rolü” mövzusunda məruzə etdim. Simpoziuma Hələb Universitetindən də çoxlu alim gəlmişdi. Sonuncu gün bizi Hələb şəhərinə gəzməyə apardılar. Mən İmadəddin Nəsiminin türbəsini ziyarət edərkən orada özlərinin Nəsimi nəslindən olduqlarını söyləyənlərlə də görüşdüm. Lakin onlarla tərcüməçisiz danışmaq istəyimiz baş tutmadı. Nəsimi nəslindən olduqlarını, Nəsiminin də Türkman olduğunu söyləsələr belə, bildirdilər ki, özlərini ərəb sayır və ərəblikləri ilə də qürur duyurlar.
Bələdçimiz Hələb şəhərində 400 min nəfərə yaxın Türkman və Türkman kökənli insan yaşadığını söylədi. Onların böyük əksəriyyəti şəhərin mərkəzi məhəllələrində yaşayırlar. Mərkəz məhəllələrdə yaşayan Türkmanların çoxu ərəbləşmişlər. Şəhər kənarı məhəllələrdə yaşayan Türkmanların böyük əksəriyyəti isə ana dilində danışır. Bu da onların son onilliklərdə Hələbə köçməsindəndir.
Hələb şəhərindəki Hüllük (böyük bir Türkman məhəlləsi), Bustan Paşa, Kadi Əskər, Haydəriyyə və Əşrəfiyyə, Şeh Xidir, Inzarat, Baidin, Şeh Fares Türkmanların yaşadıqları məhəllələrdir. “Şehir merkezinde bulunan mahallelerden ilaveten, Kurdağı, Azez, Bab, Münbiç, Çarabulus kazalarında olmak üzre Halep bölgesinde toplam 145 Türkmen köyü var” (Çetin Turhan, 2014:35).
Malik Karadirek isə Hələb və çevrəsindəki kəndlərdə, qəsəbələrdə 800 min Türkman yaşadığını yazır (Karadirek Malik, 2014:41).
Hələb şəhər mərkəzində Türkman əsilli ailələr, Şahbəndər, Ataşoğlu, Mudərris, Veso, Basmaçı, Kətxuda, Kahya, Ağa, Mustafa Paşa, Salur, Çelebi, Zikirt, Garkinavi, Türkmani, Utri, Delati, Kərküklü, Hebbu, Bazarbaşi, Dellalbaşi, İzmirli, Kerzün, Elbeli, Kevakibi, Mahli, Barak, Deymuk, Rəşit, Aebo, Əsvəd, Şekşuk, Milla, Yeğən, Əltürk, Sayisli, Kör, Sari, Sarigüzəl, Bölükbaşi, Eşki, Nesimi, Haydar, Biriçikli, Dişşo, Bəydilli, Tokuz, Mərtdilli, Maraşli, Sasilə, Xoça, Hazuri, Kəmalmaz, Altinçi, Katirçi, Kilisli, Dərdə, Dudik, Bəkir, Neyyal Deli Osman, Kel Muhammed, Çavuş, Kargin, Deda, Osman.
əl Əsvat, Yozgatli, Kayyali vb. nəsillər Türkcə danışa bilməsələr də, Türk kökənli olduqlarını bilirlər.
Hələb nahiyəsində Qurt dağına kimi uzanan bölgədəki, yəni Cebeli Semanın Doğusunda nahiyə mərkəzi ilə birlikdə 16 kənddə, Kilisin Güneyində Azez qəzasının Afrin Suyu tərəfində 17 kənddə, Azezin Doğusunda 29 kənddə, Azezin Güneyində 3 kənddə (bu kəndlər inzibati cəhətdən Azez qəzasına deyil, Hələb şəhərinə daxildir), Çobanbəydən Mümbiç qəzasına doğru 54 kənddə, eyni qəzanın Güneyində 15 kənddə, Baraklı oymağından Çerablus nahiyəsinə tabe olan 26 kənddə, Sacır suyunun Güneyindəki 23 kənddə, Urfa sərhəd nahiyəsi Mürşid Pınarı və Akçaqala qəzasının Güneyində yerləşən və Belih çayına qədər uzanan sahədə 59 kənddə Türkmanlar toplu yaşamaqdadır.
Bölgə üzrə Türkmanlar yaşayan bəzi kəndlərin adlarını aşağıda veririk: Ağdaş, Aiyaşa, Alıçı, Amerne, Anbarlı, Arabazi, Arabçurduk, Avşar, Aşnenın xarabası, Ayyaşa, Azaz, Bablimun, Bahvarta, Balalı köy, Balban, Bandarlık, Barak Atlı, Turkmen Barıh, Paşalar, Başköy, Merhan Belva ( Mehrıban Merhan), Belverən, Beş Bəlli, Beş Çurın, Bəyliz, Birelli, Bizaah, Boğaz, Boz Hüyük, Boz Qeyikli, Buyan, Buzluça, Çamusverən, Çarıs, Çubbun, Çubbul Arus, Çubbul Qədər, Çurun, Çeleme, Çemil, Çəkə, Çoban bəy, Çörten, Dabis, Dadlı, Dabık, Daş Atan, Daşqapo, Debis, Delha, Dendel Oğlu, Toyuran, Duraklı, Dügünük, Edebet, Eşşəkli, Əmərnə, Ərəb Əziz, Əskərin xarabası, İğdə, İral, Haçı Hasanlı, Haçı Köse, Haçı Vəli, Harçala, Hammem Saqır, Xalsa, Hava Hüyük, Haydar Paşa, Hayye Saqır, Hayye Kəbir, Hedebet, Hums, Kadılar, Kalkum, Kantara, Kersenli, Kefer ghan, Kərpiçli, Kndra, Kurt, Küllü, Qavureli, Qanlı quyu, Qarabaş, Qara Köprü, Qara köy, Qara Mazraa, Qaraquz, Qarsanle, Qarataş, Qarayakub, Qidriş, Kındıra, Qocalı, Qöbek Heyyele, Görük, Qurucu Höyük, Lilvə, Mamal, Mazıçı, Mirza, Salvah, Məməli, Muqira, Miqidin, Mulla Yakup, Munbiç, Nabğa, Okuf, Öküz öldüren, Saqqalveran, Səkizlər, Samandra, Sande, Sinəkli, Şidar, Şüvirin, Paltaçık, Telayşa, Taşatan, Taşlı Hüyük, Taş Qapı, Taflı, Tat Hums, Tat Yusuf, Telilə, Tel Şeir, Tiral, Xarab Usbağılar, Xəlil oğlu, Üvilin, Yağmacı, Yazlı Bağ, Yeni Yapan, Yusuf Paşa, Yusuf Bey, Ziyarat, Zuqara, Zülüf, Haç alo koyu, Açar koy, Silsela, Ihtimlat .
Dostları ilə paylaş: |