Ahmediyye, Kurra, Alak, Sümsüm, Ayşa, Dabya (Zabya), Sindiyane, Kadiriyye, Rezzaniyye, Kefer Naffah, Hafer, Hüseyniyye, Muğeyyir (Tılistan), Ülleyka.
Bunlardan başqa, Colan Türkmanları Xuşniyye, Zivan, Kahtaniye kimi bir sıra kəndlərdə də Çərkəzlərlə qarışıq yaşamışlar.
İsrail Colan təpələrini tutduqdan sonra ata-baba yurdlarını tərk edərək Dəməşq (Şam) şəhərinə köçmək məcburiyyətində qalanlar yaşadıqları məhəllədə özlərinə böyük bir məscid də tikmişlər. Məscidin imamı Aymən Şabanidir.
İsrailin Colanı işğal etməsindən 47 il keçsə də, colanlılar hələ də umudludular ki, beynəlxalq güclər İsrailə təzyiq göstərib onların ata-baba yurdlarına dönmələrini təmin edəcəklər. İsrail hökuməti isə heç də beynəlxalq qanunlarla hesablaşmaq fikrində deyil. Əksinə orada möhkəmlənmək üçün külək elektirik stansiyaları və başqa obyektlər tikir.
Colan təpələrindəki Türkman kəndlərində yaşayan nəsillər haqqında Hişam Şabaninin verdiyi bilgi belədir:
-
Sindiyane kəndi
Kuneytra şəhərinin Batı tərəfindədir. Kənddən şəhər mərkəzinə 13 kilometrdir. Vulkanik bir ərazidə salınmış kəndin Quzey tərəfində Ebu Hanzir təpəsi ucalır, Doğu tərəfində isə Delhemiyə dərəsi uzanır. Kəndin ərazisi Quzeydən Türkmanlar yaşayan Kefer Naffah kəndinin, Batıdan Türkmanlar yaşayan Kadiriyye kəndinin, Doğu tərəfdən Ərəblər yaşayan Delhemiye kəndinin, Güneydən isə Kurranın əkin sahələri ilə sərhəddir. Kənd inzibati cəhətdən Kuneytra nahiyyəsinə tabe idi.
Kənd camaatı əkinçilik və üzümçülüklə məşğul olur, dənli və paxlalı bitkilərin becərilməsindən əldə etdikləri gəlirlə güzaranlarını keçirirlərmiş.
Kənddə aşağıdakı nəsillər yaşamışdır:
-
Şabanilər nəsili. Oğuz Türklərinin Avşar tayfasındandır. Colandakı Türkmanların ən böyük nəsillərindən biridir. Onların tayfasından olan nəsillər Suriyanın Hələb, Humus və Lazkiyə bölgələrində də yaşayırlar.
Məşhur şəxsləri Məmlüklülər dövrundə Hələb bəyi olan Qorxmaz Şabani və Anadoludaki Türkman bəylikləri zamanı orduda komandirlik etmiş Teniz eş-Şabanidir.
2. Zınğır (Zınır) nəsli. Bu nəslin Oğuzların Salur (Salğur) tayfasından olduğu söylənilir.
3. Kreydi nəsli. Bu nəsilin nümayəndələri hansı tayfaya bağlı olduqlarını bilmirlər.
Dostları ilə paylaş: |