Азярбайъан милли елмляр академийасы


Colan Türklərinin yaşadığı kənd və məhəllələr



Yüklə 4,55 Mb.
səhifə25/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   ...   21   22   23   24   25   26   27   28   ...   50
5. Colan Türklərinin yaşadığı kənd və məhəllələr
Fələstinlə sərhəddə yerləşən Colan təpəliklərində Ərəb­lər və Türkmanlar yüzillər boyu mehriban qonşuluq şərai­tində yaşa­mışdılar. Rusiya Güneyə doğru sərhədlərini genişləndir­mək, I Pyotrun vəsiyyətlərinə əməl edərək Konstantinopolu (İstanbulu) ələ keçirib “dünya dövlətinə”, yəni dünyaya ha­kim dövlətə çevrilmək üçün 100 ildən çox idi Osmanlı dövləti ilə savaş apa­rırdı. Rusiyanın işğal etdiyi xalqlar isə çıxış yolunu Osmanlı dövləti ərazilərinə köçməkdə görürdülər.

1878-ci ildə Qafqazdan gələn Qaraçay-Malkarlar, Çər­kəz­­lər, Çeçenlər, Avarlar, Avşarlar və başqa Dağıstan xalq­larının, Kalmıkların bir qismi də bu bölgədə yerləşdi­ril­miş­dilər. Bu böl­gədə yaşayan Türkmanların arasında Avşar, Pe­çeneq vb. tay­falardan olanlar da vardı.

Fransız əsgəri birliklərinə qarşı döyüşlərdə hünər gös­tərən colanlılar 1948-ci ildə Türkman atlılarından ibarət sü­va­ri dəstə yaradırlar. Türkman süvariləri Ərəb kəndlərini işğal­çıların hüçumundan qorumaq üçün qanlarını axıtmaqdan çə­kin­məmiş, qadınlar, yeniyetmələr, qocalar israillilərə qarşı savaşan Ərəb əsgərləri üçün qışın şaxtasında səngər qazmış, yaralıların yara­sını sarımış, evlərinə gətirib sağalanadək müa­licə etmiş, ye­dirdib-içirtmişlər.

1967-ci ildə İsrail Ərəb ölkələrinə hücum edəndə strateji əhəmiyyəti olan Colan təpələrini də işğal edir. Colan Türk­man­ları evlərini, mal-mülklərini qoyub ata-baba yurdlarından çıx­malı olurlar. Qaçqınların böyük qismi Dəməşq (Şam) şəhərində Seyyide Zeynep, Hacaresvet və Kadem yoxsul məhəllələrində yaşamaqdadırlar. Suriya Türkləri ilə bağlı bir sıra dəyərli mə­qalələr müəllifi olan vəkil-araşdırmaçı Ali Öztürkmenə görə, onların sayı yetmiş minə yaxındır (Öz­türkmen Ali, 2011, http://www.bizturkmeniz.com/tr/in­dex. php?page=article&id=23630&updatefrom=530&from=0).

Gazi Unversitetindən Doç. Dr. Turhan Çetin isə 1999-cu ilin qaynaqlarına dayanaraq yazır: “1999 tarihinde yapılan nüfuz sayımına göre, bölgenin nüfuzu 400 bin kişidir. Bu tarihde Türkmanların sayı 100 bin civarındadır. Yanı Türk­manlar Go­lan nüfuzunun yüzde 25 faizini oluşturmaktaydı. Golanda top­lam 20 Türkman köyü bulunmaktaydı”.

Turhan Çetin yazır: “Hale Suriyada Golandan çıkarıl­ma­mış 40 bin civarında Türkman yaşamaktadır. Bu toplu­luğun bir kısmı Şam merkezine ve bir kısmı da Humus, Halep il­lerine yerleşmişdir”(Çetin Turhan, 2014:37).

Yalnız əyinlərində olan paltarlarla evlərindən çıxmaq məcburiyyətində qalan colanlılara nə beynəlxalq təşkilatlar, nə də Suriya hökuməti elə bir ciddi yardım etmir. Olduqca iş­güzar olan colanlılar özlərinə ev-eşik tikmək, ailələrini do­landırmaq üçün iş yeri qura bilirlər.

“Modern Türklük Araştırmaları dergisi”nin 2009-cu il Ara­lık ayında çap olunan 6-cı cildinin 4-cü sayına Hülya Arslan Erolun “Suriye Colan (Golan) Türkmenlerı ağızı” mə­qaləsində də orada yaşayan Türkmanların taleindən söz açılır.

Colan Türkmanları yaşamlarını təmin etsələr də, ana di­lində təhsil almalarını, milli mədəniyyətlərini, dillərini yaşada bil­mirlər. Onların üçüncü qurşaqdan olan övladları ana dilini unudur, ərəbləşir.

Çərkəz, Ərəb, Dürzi və Türkmanların yaşadığı Kuneytra şə­­həri colanlıların mərkəzi sayılırdı. Bir zamanlar gur və abad şəhər olan, ticarət mərkəzi sayılan nahiyyə mərkəzi də işğal al­tın­da olan kəndlər kimi xarabazarlığa çevrilib. İndi bura yal­nız ildə bir dəfə ata-babalarının qəbrini ziyarətə gələnlərin üzünə açılır.

Savaşdan öncə Türkmanlar Colan təpələrinin adları aşa­ğıda qeyd edilən kəndlərində yaşamışlar:


Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin