Азярбайъан милли елмляр академийасы



Yüklə 4,55 Mb.
səhifə6/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   2   3   4   5   6   7   8   9   ...   50
SURİYA SƏLCUQLULAR DÖVLƏTİ
Oğuzların Qınıq boyundan olan Səlcuqlular hələ Tür­küs­tanda yaşadıqları dövrdə, yəni miladi təqvimi ilə 10-cu yüzillikdə İslam dinini qəbul etdilər. 11-ci yüzillikdə isə Oğuz və digər Türk tayfalarının hərbi-siyasi birliyini yaradaraq Toğ­rul bəyin başçılığı ilə nəhəng bir imperiya qurdular. Bu imperiyanın sərhədləri Doğuda Türküstana, Batıda Ağ dənizə, qüzeydə Qafqaz dağlarına, Güneydə isə Kəngər (Fars, Bəsrə) körfəzinə dayanırdı.

1040-cı ildəki Dəndənəkan savaşında Qəznəviləri yen­dikdən sonra Xorasanı, Nişapuru, Reyi, İsfahanı, Həmədanı ələ keçirərək Ağ dənizədək irəliləyən Səlcuqlular sonralar, 1055-ci ildə Abbasilər xilafətini özlərindən asılı vəziyyətə salıb yüzilliyin ən qüdrətli dövlətini yaradırlar. Onların həyata keçirdiyi sosial və iqtisadi islahatlar inkişafa güclü təkan verir.

Səlcuqluların hakimiyyəti illərində (1038-1157) Suriya­da Türklərin yerləşimi artır, bölgənin iqtisadi və hərbi qüdrəti yüksəlir.

1063-cü ildən Hələb, Lazikiyə, Trablusşam və Asi İr­mağı vadisi boyunca Hama, Humus və Şam bölgəsinə Türk­manların topluca yerləşməsi başlamışdır. 1069-1070-ci illərdə isə Kurlu və Atsız bəylərin rəhbərliyi altında olan əsgəri birliklər Güney Suriyanı tamamilə ələ geçirmişlər. Malazgirt (1071) Savaşından sonra Aşağı və Yuxarı Fərat boyunca Sal­tuklar, Mengücekler, Danişməndilər, Yınaloğulları, Artuklar kimi Türk bəylikləri qurulmuşdur.

1077-ci ildə Suriya Səlçuqlu məliyi olan Tutuş özünü sultan elan edərək Oğuzların Yıva boyu ilə Bayat, Əfşar, Bəy­dili, Dügər və Üçok tayfalarını Şam və Hələbdə yerləşdirdi. Suriya fatehi kimi tanınan Atsız öldükdə Tutuş daha öncə hakim olduğu Suriya şəhərlərini ələ geçirir (1079), sonra Qüdsü tütaraq Böyük Səlçuqlar dövlətinə bağlı olan Suriya Səlçuqlular dövlətini yaradır.

Tutuş 1095-ci ildə Sultan Börküyarıqla Rey yaxınlığın­dakı döyüşdə öldürülür. Oğullarından Rıdvan Hələbdə, Dokak isə Şamda hökumət qurduqlarını elan edirlər. Hələb hakimi Rıdvan səlibçilərlə savaşaraq bir ara ölkəsinin sərhədlərini Güney Anadoluya qədər genişləndirir. 1117-ci ildə hər iki bölgədə hakimiyyət Atabəylərin əlinə keçir. Suriya Səlçuq­lularının Şam qolunu Atabəy Tuğtəkin idarə edirdi. Onun oğlu Tacülmülk Böri atasının ölümündən sonra hakimiyyəti ələ alır. Çox da güçlü olmayan bu atabəylik Zəngi atabəyi Nurəddin Mahmud tərəfındən 1154-cü ildə ortadan qaldırıldı.

1127-ci ildə Məlikşahın Hələb valisi Ağ Sunqurun oğlu İmadəddin Zəngin Mosul valisi təyin edildi. Səlibçilərə qarşı savaşdan qalıb çıxan İmadəddin Zəngin Urfanı aldıqda av­ropalılar 1137-ci ildə II səlib yürüşü təşkil edirlər.

İmadəddin Zənginin ölümündən sonra atabəylik 1146-cı ildə Mosul və Hələb olmaq üzrə iki yerə ayrıldı. Hələbdə Nu­rəddin Mahmud nəinki səlibçiləri məğlubiyyətə uğratdı, hətta Börilərin hakimiyyəti altında olan Şamı da özünə tabe etdi və səlibçilərlə əməkdaşlıq edən Müsəlman Misir Fatimi­lər döv­lətini də 1171-ci ildə ortadan qaldırdı. 1174-ci ildə Nurəddin Mahmud öldükdə atabəylik Əyyubi ailəsinə keçir. Müsəl­man­lar Səlahəddin Əyyubinin ətrafında birləşərək böl­gə­ni səlib­çilərdən qorudular.

Səlahəddin Əyyubinin ölümündən sonra bölgədə bir baş­qa Türk dövləti olan Məmlüklər hakim oldu. Anadoluya hakim olan Səlçuqlu dövləti isə 1243-cü ildə Kösedağda Mo­ğollarla savaşı uduzduqda ağır Moğol basqısı altında qalır. Kayseri və Sivasda yaşayan Türkmanlar Məmlük Sultanı Bay­­bars dövründə bu basqı səbəbinə Suriya bölgəsinə köçür­lər. Suriyaya gəlib Şamda yerləşən Türkmanlar Elxanlı hökm­darı Əbu Said Bahadır xanın ölümündən sonra yaranan siyasi qarışıqlıqdan faydalanıb 1337-ci ildə Əlbistan ətrafında Zül­qədiroğulları bəyliyini qurdular (Türkmen oğlu Deniz, http://halap­turk­men.blog­cu.com/suriye-oguz-turkmenleri/ 5436639).

Səlcuqlular arasındakı hakimiyyət uğrunda vuruşlara, parcalanmalara, qarşıdurmalara baxmayaraq, onlar səlibçi­lə­rin 200 ilədək davam edən yürüşlərinin qarşısını igidliklə al­mışlar. Demək olar ki, Avropanın bütün Xristian dövlətlərinin birgə təşkil etdiyi bu yürüşlərdə o dövr üçün çox yüksək sə­viyyədə silahlandırılan və olduqca böyük sayılan 100 min­lik bir ordu iştirak etmişdir. Lakin onlar sayca özlərindən çox az olan, yüngül silahlanan Səlcuq ordularını məhv edə bilmə­mişlər. Səlcuq döyüşçülərini məğlub edə bilməyən səlibçilər bölgədə on minlərlə uşaq öldürmüşlər. Ona görə də, bu hadisə tarixə Uşaq yürüşü kimi daxil olmuşdur (ASE, 1986:372).

Səlibçilər güclü təbliğat aparmalarına, qəddarlıq göstər­mələrinə, bəzən savaşlarda kiçik uğurlar qazanmalarına, böl­gədə dövlətlər yaratmalarına baxmayaraq, Müsəlmanlar qarşı­sında uzunmüddətli duruş gətirə bilməmişlər. Doğunun Mü­səlmanlarından təşkil edilmiş ordu birlikləri səlibçiləri məğ­lubiyyətə uğradaraq geri çəkilməyə məcbur etmişdir. Bu uğur­­lu savaşlar Səlcuq Türkmanlarının Suriyada topluca ya­şa­masını şərtləndirmişdir.

Faruq Sümər “Oğuzlar” əsərində (Faruq Sümər, 1992) orta yüzilliklər boyunca Suriyada Türklərin hansı bölgələrdə yaşadıqları, tayfa və tirələri haqqında geniş bilgi verdiyindən bu haqda yazmağa ehtiyac duymadıq.

13-cü yüzilin ikinci yarısında Misir Məmlüklərinin Su­riyaya yürüşləri, 1260-cı ildə Tatar-Moğol hücumları, 14-cü yüzilin ikinci yarısındakı epidemiyalar on minlərlə Türkma­nın ölümünə səbəb olsa da, onların bölgəni tərk etməsi ilə nəticələnməmişdir.

Əməvi dövründən başlayaraq Türkmanların Türküstan­dan tək-tək, ya da ailə, tayfa şəkilində Şam bölgəsinə gəlmə­ləri 11-ci yüzildə – Səlçuqlular dövründə sürətlə artmışdır. Onların ikinci böyük köçü isə Moğol dövründə baş vermişdir. Səlçuqlular və Məmlüklər 1070-ci il tarixindən 1516-ci ilədək, yəni 446 ilə yaxın Şam bölgəsində hakim olmuşlar.



Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin