Азярбайъан милли елмляр академийасы


İBRAHİM SALЕH VƏ AYMƏN ŞABANİ İLƏ MÜSAHİBƏ



Yüklə 4,55 Mb.
səhifə4/50
tarix02.01.2022
ölçüsü4,55 Mb.
#2782
1   2   3   4   5   6   7   8   9   ...   50
SURİYA TÜRKMANLARININ TARİXİNƏ

QISA BİR BAXIŞ
Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvad­­rat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəl­man Ərəb ölkəsi kimi tanınır. Ölkə Doğudan İraq, Batıdan Ağ dəniz, Güneydən İordaniya və Quzeydən Türkiyə ilə sərhəd-dir. İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpə­liklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vila­yətə - quberniyaya (muhafazaya) bölünür. Ölkənin baş-kəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damas-cus de­dikləri Dəməşq şəhəridir.

Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xris­tianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıra­dan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nu­sayrilərə (ya da Ərəb Ələvilərinə)1, Şiələrə, Sünnilərə, Dur­zilərə2, Xristianlara bölünən ölkə əhalisinin 7 faizini Nusa­yri­lər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 fai­zə yaxınını Sünnilər təşkil etsə də, hakimiyyətdə Nu­say­ri­lər­dir (Maden Fahri, 2014:21). Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Surya­ni­lərə, Marinlilərə və b. ayrılırlar (Kılınçkaya Derviş, 2014:27).

Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb, Humus, Hama ve Lazkiyədir.

Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bö-lgə 18-ci yüzillikdən çökməyə başlamışdır.

Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və tex­nikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya öl­kələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öy­rənməyə, daha çox da onları yamsılamağa çalışdılar.

Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdı­rıcı­lar düşünürdülər ki, sivilizasiyanın beşiyi Yunan mədəniy­yəti­dir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədə­niyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədə­niy­yət nümunələri də insan oğlunun Roma və Yunan mədəniy­yə­tin­dən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşa­ma­sı, ya­zıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitab­lar ya­ratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumer­lərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Sa­muel N.Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı.

Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərə­yin­cə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qaf­qaz­da, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məs­kun­­­laşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı.

Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşım­lar üzərində dayanmadan Colan Türkmanlarının durumuna ay­dınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türk­lərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq.

Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yarat­dığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevri­lən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Də­məşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xi­lafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır (ASE, 1986:83).


Yüklə 4,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin