Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 480,44 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix16.12.2022
ölçüsü480,44 Kb.
#75752
1   2   3   4   5
61 3

 
 
 
 


19 
Sual 3. 
Maliyyə nəzarətinin prinsipi və metodları. 
Maliyyə nəzarəti çox geniş iqtisadi əhəmiyyət kəsb etməklə, 
iqtisadiyyatın bütün sahələrində öz funksiyalarını yerinə yetirir. Bu funksiyaları 
yerinə yetirərkən maliyyə nəzarəti aşağıdakı prisiplərə əsaslanır. 
1.
Maliyyə nəzarətinin tam aşkarlıq şəraitində həyata keçirilməsi. 
prinsipi 
Bazar 
münasibətləri müəssisələrə və biznesə tam müstəqillik verdiyi və 
dövlət tərəfindən nəzarətin həyata keçirilməsi xeyli çətinləşdiyi üçün bu prinsip 
müəssisələrin fəaliyyətinə nəzarətin həyata keçirilməsinə kömək edir. Bu 
zaman kommersiya 
sirrlərinin qorunması çox vacibdir. 
2.
Gələcəkdə baş verə biləcək hadisələrin (və ya hüquq pozuntusunun) 
qarşısının alınması tədbirlərinin nəzərə alınması prinsipi. İqtisadi müstəqillik 
şəraitində müəssisələr hər zaman gözənilməz hadisələrlə qarşılaşa bilərlər. 
Ona 
görə də maliyyə nəzarəti həyata keçirilərkən müəssisələrin belə 
hadisələrdən müdafiə tədbirləri hökmən nəzərə alınmalıdır. 
3. 
Nəzarətin hərtərəfliliyi prinsipi. 
Bildiyimiz kimi 
maliyyə nəzarəti müəssisələrin, təşkilatların həmçinin, 
dövlət və yerli özünüidarəçilik orqanlarının təsərrüfat–maliyyə fəaliyyətinin 
izlənilməsi formasında həyata keçirilir. Təftiş zamanı əsasən fəaliyyətin 
nəticələri yoxlanılır və təhlil edilir. Buna görə də təftiş maliyyə nəzarəti 
obyektinin 
bütün tərəflərinin və bütün nəticələrinin ciddi qaydada 
yoxlanılmasını təmin edir. 
4. 
Nəzarətin demokratik əsaslarla həyata keçirilməsi pinsipi. 
Maliyyə nəzarətinin həyata keçirilməsində demokratik prinsiplərin 
qorunması dedikdə, nəzarətin tam qanunuvericilik əsasında reallaşdırılması 
başa düşülməlidir. 
Maliyyə nəzarətinin təşkili və həyata keçirilməsində bir sıra metodlardan 
istifadə olunur. Ümumiyyətlə, maliyyə nəzarətinin həyata keçirilmə metodu 
dedikdə-maliyyə nəzarətinin həyata keçirilməsinin üsulları və vasitələrinin 
məcmusu başa düşülməlidir. Məsələn, balans yoxlamaları, tematik yoxlama, 
iqtisadi 
təhlili, məruzələrin dinlənilməsi, vəzifəli şəxslərdən məlumat alınması, 


20 
maliyyə-təsərrüfat fəaliyyəti haqqında maliyyə planlarının layihəsinə 
baxılması və s. 
Hər hansı bir metodun seçilməsi aşağıdakı amillərdən asılıdır: 

nəzarəti həyata keçirən orqanının hüquqi vəziyyətindən və fəaliyyət 
formasından; 
-
nəzarətin obyektindən; 
-
nəzarətin məqsədindən; 
-
nəzarət hüqüq münasibətlərinin yaranma əsaslarından və s.
Maliyyə nəzarətinin ən vacib metodlarından biri təftişdiir. 
Təftiş müəssisələrin və təşkilatların hesabat dövrünə uyğun olaraq, 
maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını əhatə edir. Bazar iqtisadiyyatı 
şəraitində xüsusi maliyyə nəzarətinin təşkilində təftiş yaxud audit (ingilis 
dilində təftiş etmək, yoxlamaq deməkdir) ən geniş istifadə olunan nəzarət 
metodur. 
Təftiş-idarənin, müəssisənin təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin 
qanunauyğunluğunu tamamilə və dərindən tədqiq edib yoxamadır. 
Təftiş əsasən maliyyə nəzarət orqanları tərəfindən aparılır. Lakin. 
Dövlət idarəçilik orqanları da öz tabeliklərində olan idarələrdə bü məqsədlə 
təftiş apara bilər. 
Yoxlama 
subyektindən asılı olaraq təftişin aşağıdakı növləri vardır: 
1) 
sənədli təftiş; 
2) faktiki 
təftiş; 
3) tam 
təftiş; 
4) 
seçmə təftiş. 
Təşkilati əlamətlərinə görə isə təftişin üç növü vardır: 
1) plan 
üzrə nəzərdə tutulmuş təftiş (müvafiq orqanın iş planında 
nəzərdə tutulur). 
2) planda 
nəzərdə tutulmamış təftiş (yəni daxil olunmuş siqnallar, 
vətəndaşların ərizə və şikayətləri, yoxlama aparılmasını zəruri etdikdə). 
3) kompleks 
təftiş eyni zamanda bir neçə nəzarət orqanı tərəfindən 
birgə aparılır. 


21 
Sənədli təftiş zamanı təkcə hesabatlar, smeta və sair deyil, maliyyə –
təsərrüfat əməliyyatlarını əks etdirən sənədlər, xüsusilə ilkin sənədlər 
(hesabatlar, 
əmək haqqı cədvəlləri, qəbzlər, orderlər və s.) yoxlanılır. 
Faktiki 
təftiş zamanı sənədlərlə bərabər maddi qiymətli şeylər və nəqd 
pul 
yoxlanılır. 
Tam 
təftiş zamanı müəssisənin, idarələrin və ya təşkilatın müəyyən bir 
dövr ərzindəki bütün fəaliyyəti yoxlanılır. 
Seçmə təftiş zamanı müəssisənin, təşkilatın maliyyə təsərrüfat 
f
əaliyyətinin konkret olaraq hansısa bir sahəsi (tərəfi) seçilir və yoxlanılır 
(
məsələn, ezamiyyə xərclərinin yoxlanılması, vergi və sığorta haqlarının 
qəbulu və s. yoxlanılması). 
Təftişin keçirilmə müddəti 30 gündən artıq olmamalıdır. 
Maliyyə nəzarətinin təsir səviyyəsi onun təşkilindən çox asılıdır. Dövlət 
orqanları tərəfindən həyata keçirilən maliyyə nəzarəti adətən əvvəlcədən 
təsdiq olunmuş plan əsasında, xüsusi audit nəzarəti isə sifarişlər əsasında 
həyata keçirilir. Dövlət orqanları tərəfindn keçirilən maliyyə nəzarəti zamanı 
müfəttişin adına vəsiqə yazılmalı, müfəttiş həmin vəsiqəni şəxsiyyətini təsdiq 
edən sənədlə birlikdə yoxlanacaq müəssisənin rəhbərliyinə təqdim edir. 
Rəhbərlik yoxlamanın keçirilməsi haqqında qərar çıxarır və müəssisənin baş 
mühasibi və ya digər vəzifəli şəxslərin iştirakı ilə yoxlama başlanır 
Audit 
nəzarəti zamanı şifarişçı auditora və ya onun daxil olduğu təşkilata 
müraciət edir, onunula müqavilə bağlayır və lazımi vəsait köçürdükdən sonra 
yoxlama 
başlanır. Hər iki halda yoxlamanın nəticələri ümumiləşdirilmiş aktla 
rəsmiləşdirilir. Akt adətən üç hissədən ibarət olur. Aktın birinci hissəsində 
yoxlamanını xarakteri, vaxtı, yoxlamanı aparan şəxsin kimliyi, istifadə olunan 
metod 
göstərilir. 
Aktın ikinci hissəsində aşkar olunmuş pozuntular, nöqsanlar qeyd 
olunur. 
Ümumiyyətlə, yoxlama zamanı bütün faktlar, (pis və yaxşı cəhətdən) 
aktda 
əks olunmalıdır. 
Aktın üçüncü hissəsində yoxlamanı keçirən şəxslərin (müfəttişin, 
auditorun) 
aşkar olunmuş nöqsanların aradan qaldırılması və ümumiyyətlə 
müəssisənin işinin yaxşılaşdırılması barədə təklifləri əks olunur. 


22 
Tərtib olunmuş akt təftiş qrupunun rəhbəri, yoxlanılan təşkilatın 
rəhbəri və baş mühasibi tərəfindən imzalanır və möhürlənir. Yoxlanılan 
təşkilatın rəhbəri və baş mühasibi öz etirazlarını və iradlarını əsaslandırılmış 
şəkildə ayrıca arayışda göstərməklə imzalayırlar və akta əlavə edirlər. 
Təftiş edilmiş müəssisənin rəhbərliyi, yoxlamadan çıxarılmış qərarların 
həyata keçirilməsini təşkil etməyə borcludur. Bu qərarlar aşağıdakı məzmunda 
ola b
ilər.
-
aşkar olunmuş maliyyə intizamının pozulması faktının aradan 
qaldırılması, dəymiş maddi zərərin ödənilməsi və s. 
Təftişin aparılması prosesində işdə cinayət tərkibi olduğu müəyyən 
olunarsa 
təftiş keçirən şəxslər akt (ara aktı) tərtib edirlər, təftiş materialları 
hüquq mühafizə orqanlarına göndərilir. Lakin, eyni zamanda təftiş davam 
etdirilərək sona çatdırılır. 

Yüklə 480,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin