18
Hülakülər dövlətinin baş əmiri Çobanın ölümündən (1328) sonra onun
oğlanları və nəvələri Rumda, Qarahisar qalasında möhkəmlənmişdilər.
Əmir Çobanın tarixdə "Kiçik Həsən" kimi tanınan nəvəsi Şeyx Həsən
Çobani 1338-ci ildə mərkəzi hakimiyyətə qarşı çıxdı. O öz ətrafında
hərbi
qüvvələr topladı və Təbrizə tərəf irəlilədi. Məhəmməd xan və Şeyx Həsən
Cəlairi (tarixdə "Böyük Həsən" kimi tanınır) məğlubiyyətə uğradılar. Şeyx
Həsən Çobani Sultan Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu
(1339-
1340) padşah elan etdi və öz fəaliyyətini onun adı ilə qanuniləşdirdi.
1338-
ci ilin payızında bağlanmış sülh müqaviləsinə əsasən Şeyx Həsən
Cəlairi Qəzvinə, oradan isə Bağdada getdi və Cahan Teymur xanı padşah
elan etdi. Çobanilər və Satıbəy xatun Azərbaycana sahib oldular.
Çobanilərin nüfuz dairəsinə Azərbaycan, İraq-i Əcəm, Həmədan, Qum,
Kaşan, Rey, Vəramin, Fuqan, Gürcüstan vilayətləri və Ermənistanın böyük
bir qismi daxil idi.
Azərbaycanda və qonşu ölkələrdə hakimiyyət Şeyx Həsən Çobaninin
əlində cəmlənmişdi. Satıbəy xatunun hərəkətlərindən narazı qalan Şeyx
Həsən (Kiçik) onu 1340-cı ildə Süleyman xanla (1340-1344) əvəz etdi.
Şeyx Həsən Çobani 1343-cü ilin axırlarında öldürüldü. Azərbaycanda
siyasi vəziyyət kəskinləşdi. Süleyman xan dövləti idarə etmək iqtidarında
deyi
ldi. O, Çobani əmiri Məlik Əşrəfi qardaşının əvəzinə baş əmirliyə dəvət
etdi. Lakin Süleyman xan tezliklə gördüyü işdən peşman oldu.
Feodal
çəkişmələrində qələbə qazanmış Əşrəf Hülakü şahzadəsi Ənuşirəvanı
(1344-
1355) padşah elan etdi və ona "Adil" adı verdi. Ənuşirəvani Adilin
səltənətdə yalnız adı vardı. Dövlətin bütün müqəddəratı qəddar və zalım
şəxs olan Məlik Əşrəfin ixtiyarında idi.
Məlik Əşrəf 1347-ci ildə Bağdada yürüş etdi. Çobanilər bir müddət
şəhəri mühasirədə saxladılar, lakin geri çəkilməyə məcbur oldular. 1350-ci
ildə İsfahana yürüş təşkil olundu və bu vilayət tabe edildi. 1352-ci ildə Məlik
Əşrəfin zülmünə qarşı Qarabağda Dəli Bayazidin başçılığı ilə qalxmış
üsyan çətinliklə yatırıldı. Məlik Əşrəf bundan sonra tərkidünyalığa, ruh
düşkünlüyünə qapıldı və dövlət işləri ilə fəal məşğul olmadı. Azərbaycanda
yaranmış vəziyyətdən istifadə edən Qızıl Orda xanı Canı bəy 1357-ci ildə
buraya gələrək yerli feodalların müşayiəti ilə Təbrizə daxil oldu və Məlik
Əşrəfi edam etdirdi. Çobani feodalları 1338-1357-ci illərdəki fəaliyyətləri
dövründə Azərbaycanda və onların nüfuz
dairələrində olan ərazidə
Hülakülərin təsirindən azad, müstəqil dövlət təsis etmədilər. Onlar bütün
fəaliyyətləri dövründə Hülakülər dövlətinin müdafiəsi bayrağı altında
mübarizə apardılar və dövləti Hülakü şahzadələrinin (Satıbəy xatunun,
Süleyman xanın, Ənuşirəvani Adilin və Həsən xanın) adından idarə etdilər.
19
Çobanilər dövründə orta əsrlərdə şərq dövlətlərində səltənət rəmzi hesab
olunan sikkə zərbi və xütbə oxunuşu mərasimi onların adından deyil,
Hülakü şahzadələrinin adından həyata keçirilirdi, fərmanlar da Hülakülərin
adından verilirdi. Çobanilər əməli olaraq hakimiyyəti ələ aldılar, lakin onlar
qonşu dövlətlər tərəfindən müstəqil, tamhüquqlu dövlətin hökmdarları kimi
tanınmadılar. Məlik Əşrəfin öldürülməsi ilə Çobanilərin Azərbaycanda
Hülakülər dövlətinin mühafizəsi uğrundakı mübarizəsi də başa çatdı və
Hülakülər dövləti 1357-ci ildə süqut etdi.
Azərbaycanda hakimiyyəti ələ almış Canı
bəy oğlu Bərdi bəyi
Təbrizdə taxta oturtdu və geri döndü. Bərdi bəy cəmi iki ay hakimiyyətdə
qaldı və atasının xəstələndiyini eşidib Qızıl Orda dövlətinə qayıtdı. Təbrizin
sahibsiz qaldığını görən Çobani əmiri Əxicuq buraya gəldi, şəhərə sahib
oldu və bir ilə qədər hökmranlıq etdi. Əxicuq Azərbaycan ərazisini Çobani
əmirləri arasında bölüşdürdü. Daxili və xarici vəziyyətin gərginləşdiyindən
istifadə edən Cəlairi sultanı Şeyx Üveys Azərbaycana yürüş etdi. Əxicuq
ona qarşı çıxdı və rəqib dəstələr Sina dağı ətrafında üzləşdilər.
Tərəflər
arasında gedən sülh danışıqları müsbət nəticə vermədi. 1358-ci ilin oktyabr
ayında şiddətli vuruşma baş verdi. Şeyx Üveys qələbə çaldı və Təbrizə
tərəf irəlilədi. Çobani əmirləri şəhəri qarət edib Naxçıvana tərəf çəkildilər.
Şeyx Üveys Azərbaycanda hakimiyyəti ələ keçirdi.
Dostları ilə paylaş: