müharibə elan etmiş bir dinə çevrilmək üçün yetərli oldu» İslamın dini şüura verdiyi ən böyük töhfə onun təkallahlılığı (tövhidi) dəqiq və
qeyd-şərtsiz elan (ifadə) etməsindən ibarətdir: «Allah – Özündən başqa tanrı (məbud)
olmayan, [daima] diri və var (mövcud) olandır…» (2:255;). İnsanlar bu Allahı əvvəllər də
tanıyırdılar, ancaq çoxlu tanrılardan biri kimi. İndi onlara elan (bəyan) edilirdi ki, bu tək
tanrının adıdır, ümumiyyətlə, başqa tanrılar yoxdur. Kim başqa tanrılara inanır, düzgün
yoldan sapmışdır və ona buna görə cəza veriləcək. Bütün dünyanı – göyləri, yeri, ulduzları,
dağları, bitkiləri, insanı Allah yaratmışdır. Dünyada hər şey Allahın istəyi (iradəsi) ilə baş
verir. Odur ki, Quran xristianlığın İsanı ilahiləşdirməsini qəbul etmir. İsa İslamda bir insan
kimi qəbul olunur və ona həqiqi (haqq) peyğəmbər kimi ehtiram göstərilir. Bu zaman hətta
ona başqa peyğəmbərlərə verildiyindən daha yüksək yer (status) verilir. O – Məsihdir,
günahsız, məsum həyat keçirmişdir və mütləq yenidən Qiyamətdən qabaq bəşəriyyətin
xilası üçün dönəcəkdir. İstənilən başqa din kimi, İslam dini də öyrədir ki, hər bir insan öz
mənəvi həyatına görə özü cavabdehdir: «Hər kəs bir günah qazanarsa, mütləq o günahı
özünün zərərinə qazanmış olur» (4(qadınlar):111); «Doğru yolu tutan özünə savab, doğru
yoldan azan isə özünə günah qazanır.» (10 (Yunus):108). İnsanın ölümündən sonrakı taleyi
onun öz həyatını necə yaşamasından asılı olacaq. Deməli, onun ruhu cənnətə də düşə bilər,
cəhənnəmə də, cənnətdə çoxlu bol sulu dərin çaylar, şirəli (dadlı) meyvə-tərəvəz var,
cəhənnəm isə bunun əksinə olaraq, ərinmiş metalla, qaynayan maye (su) ilə dolu, hər şeyi
məhv edən alovlu od olan bir yer kimi təsvir edilir. İnsan öz həyatı üçün məsuliyyət daşıyır:
Allah insanı azad yaratmışdır. Beləliklə, dini inanc hər bir insanın azad seçimindən irəli
gəlməlidir, o özü bilər: Allaha inanmaq lazımdır, yoxsa yox. Quranda deyilir: «Dində
məcburiyyət (zorakılıq) yoxdur» (2(inək):256). Ancaq bu azadlıq o demək deyil ki, hər kəs
istədiyini edə bilər.
İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə
buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi
tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-
birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam
dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan
Quranda Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun"
surəsi, 6). Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman
qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152).
Allahın "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De:
"Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29)
sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir. Quran "Dində məcburiyyət
(zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini
formalaşdırıb.
İslamı insanlara çatdıran Hz.Muhəmməd (s) peyğəmbər bütün müsəlmanlara,
xüsusilə idarəçilərə belə buyurub: "Kim müsəlman olmayan əhalidən birinə zülm edərsə,
onların haqqını qiyamət günü mən müdafiə edəcəyəm", "Kim bir zimmiyə zülm edər, yaxud
ona daşımaqdan aciz olduğu bir yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan
19
bir şeyini alarsa, mən həmin adamın düşməniyəm"."Bir müsəlmana, yaxud zimmiyə qəsdən
zərər verən şəxs lənətlənib". Hz.Muhəmməd başqa bir hədisində də bunları bildirib: "Allah
qiyamət günündə insanlara əziyyət edənlərə əziyyət edəcəkdir". Budur Hz.Muhəmmədin
tolerantlığı.
Ortodoksal İslamın bütün ictimai şüur sahəsində inhisarını aradan qaldırmaq
istəyində və İslamın mötədil (yumşaq) rasionalist tənqidçiləri olan Mötəzililər (banisi Vasil
ibn Əta idi VIII əsrdə yaranmışdı) deyirdilər: «Qurana hər cür ehtiram göstərib onu mədh