4
Sual 1. Azərbaycanda dinlərin tarixi
Əlverişli iqlimə, münbit torpaqlara və gözəl təbiətə
malik Azərbaycan bütün
dövrlərdə cəlbedici və diqqət mərkəzində olub. Şübhəsiz ki,
Azərbaycan ərazilərində
müxtəlif tarixi dövrlərdə çoxsaylı etnik və dini qrupların məskunlaşmasında bu amil böyük
rol oynayıb. Amma inkaredilməz faktdır ki, bu məsələdə coğrafi şərait yeganə amil deyil.
Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi
bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş
tolerantlıq xüsusiyyətidir. Bu,
elə bir sərvətdir ki, min illər boyu heç bir qüvvə onu
Azərbaycan xalqından
ala bilməyib, əksinə, əsrlər keçdikcə daha da zənginləşib və
möhkəmlənib.
Səmavi dinlərə qədər Azərbaycan ərazilərində bütpərəstlik hökm sürmüşdür. Amma
bu dövrdə bəzi inanclara, xüsusilə, oda, suya, ağaca və səma cisimlərinə inam daha
güclü
olmuşdur. Min illərin keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların yaddaşında
qalmış və bu gün də onların həyat tərzində özünü büruzə verir. Məsələn, ilk insandan üzü
bəri oda bütün dövrlərdə qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər
cür çirkinliyi yox etdiyinə və insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir.
Ümumiyyətlə, həyatın mövcudluğunu şərtləndirən əsas komponentlər kimi od, su, torpaq və
hava İslamın yayılmasına qədər Azərbaycan ərazilərində yaşayan insanların etiqadında
önəmli yer tutmuşdur. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana
çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin
böyük bir qismi odu
müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.
Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda
atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Azərbaycan ərazisində Atropatenanın dini
mərkəzi Qazakada, Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur.
Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə
xidmət üçün XVIII əsrdə
tikilmişdir.
Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə məruz qalsa da,
mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın Azərbaycana
gəlişi ilə atəşpərəstlik
tədricən əhəmiyyətini itirmiş və aradan qalxmışdır.
Dostları ilə paylaş: