Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   2   3   4   5   6   7   8   9   ...   22
307 multikulturalizm m N3pdf

Xristianlıq. Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa 
Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə 
Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. 
Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk 
xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari 
dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin 
şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yakovun xeyir-duası ilə yeni dini 
təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə 
Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir.
313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı 
götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən 
Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. 
Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı 
yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül 
tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. 
Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə 
tərcümə edilirdi.
Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid 
deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə 
xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. 
Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin müxtəlif qolları - pravoslavlıq, 
katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yayılıb və yaşamaq hüququ 
qazanıb.
Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə fərqli dini 
mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın işğalından sonra 


8
xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali 
Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi 
xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı 
nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli 
artdığından əhalinin dini tərkibi daha da zənginləşdi. Bunu həmin dövrdə Bakının dini 
xəritəsi də təsdiqləyir. 1913-cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 
yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb 
və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və 
sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik, lüteran və bir 
sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki, tarixən çox konfessiyalı 
ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olub və 
təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum bəhrələniblər.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin