Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   2   3   4   5   6   7   8   9   ...   22
307 multikulturalizm m N3pdf

Yəhudilik .Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min illər ərzində 
ondan faydalanan xalqlardan biri də yəhudilərdir. Azərbaycanda məskunlaşmalarının tarixi 
2600 il öncəyə gedib çıxan yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar 
tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç bir fakt yoxdur.
Yəhudilər Azərbaycana gəlməmişdən əvvəl bu ərazilərdə müxtəlif dinlər və inanclar 
olub, lakin onların heç biri kənardan gəlməyib, burada formalaşıb. Bu baxımdan, 
Azərbaycana kənardan gəlmiş ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk səmavi 
dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri bizim eradan əvvəl VI 
əsrdə Yerusəlimdə birinci xram adlanan məbədin sökülməsi nəticəsində vətənlərini tərk 
etmiş qədim yəhudi qəbilələrinin nəslindəndirlər. 
Azərbaycanda üç yəhudi icması - dağ, əşkinazi və gürcü yəhudiləri icmaları 
mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı təxminən 16.000-dir. Bunlardan 11.000-i 
dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə digər 
şəhərlərdə yaşayır. Dağ yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq 
təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda 
yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir. Onların ölkəmizə gəlişi əsasən XIX əsrin 
sonuna, sənaye bumu dövrünə təsadüf edir.
Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri mənşəcə bir vaxtlar 
Assuriya və Babil şahları tərəfindən Fələstindən çıxarılmış və Midiyada məskunlaşdırılmış 
İsrail oğulları nəslindəndirlər. Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş, 
Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi 
təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar. Elə Midiyada 
ikən onlar tatlarla qaynayıb qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin 
qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar. 
Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov 
I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, 
şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri 
yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır. 
Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin siyasəti ilə bağlı 
olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə 
sərhəd məntəqələrində yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-


7
ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar. Dağ yəhudiləri əqidə 
məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha ortodoksaldırlar.
Hazırda Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət 
göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin 
kompakt yaşadıqları yeganə yerdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da 
fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini 
məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını və qəzetlərini yaratmışlar. 
2003-cü il martın 9-da Bakıda Avropada ən böyük yəhudi sinaqoq açılmışdır.
Yəhudi dininə mənsub insanlar təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində 
yaşayırlar və məlum məsələdir ki, onlara münasibət hər yerdə eyni deyil. Amma 
Azərbaycanda bu dinin mənsublarına bütün tarixi dövrlərdə münasibət birmənalı olub, 
hansısa yəhudi nə vaxtsa özünü «ögey övlad» kimi hiss etməyib, əksinə, böyük bir ailənin 
bərabərhüquqlu üzvü kimi həmişə onun rifahı və inkişafı üçün çalışıb. Ümumiyyətlə, 
yəhudilərə göstərilən münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə oluna bilər. Bu 
fikir təkcə azərbaycanlıların və bu ölkədə yaşayan yəhudilərin yox, həm də başqa 
dövlətlərin, o cümlədən İsrail vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir. 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin