5
Çıraqlıda qədim tarixə malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə
gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq inanclarına aid nümunələr
tapmaq mümkündür.
Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında
təmsil olunmuşdur, yəni
inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş,
bir-birini tamamlayaraq
bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim
Azərbaycan ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın, palıd və s.),
müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş güclü olmuşdur. Tanrı xan adı ilə
tanınan palıd ağacına da pərəstiş edilir, at qurban kəsilirdi. Musa Kalankatlı
Alban
hökmdarlarının xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri kəsib
atmaları barədə məlumat vermişdir.
Dostları ilə paylaş: