15
ibarət idi. Yeddi kitabın hamısının əlyazmalarında Xeyirlə Şərin, İşıqla Qaranlığın
mübarizəsi mövzusuna həsr olunmuş çoxlu gözəl illüstrasiya var. Öz dinini 40 il təbliğ edən
Mani dualizm prinsipi– Nur və zülmətin mübarizəsini ön plana çıxarmışdır. Nur ruhu,
zülmət isə Bədəni (materiyanı) təmsil edir. Dünya inkişafı prosesinin məqsədi qəlbində yer
tapmış nur ünsürlərini materiyanın (bədənin) hakimiyyətindən azad etməkdir. Maniyə görə,
allah dünyada şəri yaratmamışdır və deməli, dünyanı da o yaratmamışdır, çünki dünya
(materiya şərdir, zülmətdir)– materiya allahdan asılı olmayaraq mövcuddur, insan isə
materiya ilə nurun qarışığıdır. Nurun hissəciklərinin materiyadan (bədəndən) azad olmasına
yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür. Manilik xristianlığın bir sıra
prinsiplərini rədd etmişdir. Maniheyçilik heyvan əti yeməyi qadağan edir, mütiliyi təbliğ
edirdi, asayiş və rahatlığı qorumağı üstün tuturdu. Uyğur türklərinin döyüşkən ruhuna
uyğun olmasa belə onlar maniliyi qəbul etmişdilər. İslam dini və buddizm yayılana qədər
uyğurlar arasında manilik geniş yayılmışdı.
Mani hələ özü sağ ikən onun təlimi Şərqdə sürətlə yayılmışdı. Bu dinin
yayılmasının başlanğıcında onu xeyirxahcasına qəbul edən Sasanilər sarayının yuxarı
təbəqəsi onun kütlələrə sürətlə artan təsirini gördükdə öz siyasətini kəskin olaraq dəyişir.
Maninin yoldaşlarını (tərəfdarlarını, əshabələrini), ardıcıllarını izləməyə başlayırlar. İrandan
qaçmağa məcbur olan Mani özü uzun illər sərgərdan həyat keçirdikdən sonra ora qayıda
bilir. Sasanilər sülaləsinin IV hökmdarı Bəhramın hakimiyyəti (273-276) zamanı Mani
həbsxanaya salınır və işgəncələrdən ölür.
Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-
fəlsəfi və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq, həm Atropatenada, həm
də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, pavlikianların,
albiqoyçuların, katarların və b.-nın ideoloji təlimlərində geniş yer tapmışdı. Maniliyin İşıq
Allahını Əqllə birləşdirməsi (beş təzahürdən dördünün bilavasitə Əqllə bağlılığı) və Şərin
əbədiliyini qəbul etməsi sonrakı təlimlərdə rasionalizm və dialektikanın inkişafı üçün geniş
imkanlar yaratmışdır
Dostları ilə paylaş: