14
öz şəxsiyyəti çoxcəhətli olmuşdur. Bəzi məlumatlara görə, onun yaşadığı dövr 216/217-ci
illərdən 274/276-cı illərədək olan fasilədə tərəddüd edir. Bu tarixi 240-274-cü illər olaraq
göstərməklə onun cəmi 34 il yaşadığını bildirən müəlliflər də vardır. Onu istedadlı rəssam,
filosof və mühəndis kimi tanıyırdılar. Onun istedadlı bir rəssam olduğu Firdovsinin (934-
1020/1030), Nizaminin (1141-1209), Hafizin (təqr. 1325-1389/1390) xatirələrində və ayrı-
ayrı əsərlərində öz əksini tapmışdır.
Maninin bir filosof olduğu haqqında geniş məlumatlar bizə ərəb alimi Əbdürrəhman
Cahizdən (775-868), xristian ilahiyyatçıları Avqustindən (IV-V əsrlər) və odessalı
Yefremdən (VI əsr), habelə XIX əsrin fransız rəssamı Qogendən (1848-1903) gəlib
çatmışdır. Mani iyirmi dörd yaşında özünü peyğəmbər elan edərək öz missioner fəaliyyətinə
Şərqdə (Həmədanda) başlamışdır. Onun atası əsilzadə nəsildən
olan Babil aramilərindən
(arameylərindən), anası isə iranlı qadın idi. Hələ gənc ikən o, Şərqi İranda və Hindistanda
olmuş, buddizmlə, brəhmənizmlə (brahmanizmlə) və Orta Asiyanın yerli dinləri ilə tanış
olmuşdur. Artıq 243-cü ildə I Şapur onu yeni bir «dünya dini»nin banisi kimi qəbul etmiş və
o, hökmdara özünün «Şapurakan» («Şapurun kitabı», «Şapurnamə») əsərini təqdim
etmişdir. Rəsmi olaraq tanınmış manilik təliminin tarixi də elə həmin zamandan başlayır.
Bundaqn başqa o “Sirlər kitabı”, “İki prinsip haqqında kitab”, “Praqmataya”
(“Nəsihətnamə”), “İncil” adlı əsərlərində də özünün yeni təlimini şərh etmişdir. Manilik
zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə, Xeyir və Şər (Nur və Zülmət)
hər
ikisi ilkindir
Mani öz dinini yeganə düzgün, hamı üçün ümumi, bütün mövcud dinləri əvəz edən
bir din sayırdı. Guya elə Mani özü də bu dünyaya məhz bu məqsədlə – bütün dinləri
birləşdirib bir din etməyə göndərilmişdir.
Bu din özündə müxtəlif dinlərin: zərdüştiliyin, xristianlığın, buddizmin kimi
dinlərin ünsürlərini birləşdirərək, sanki aşağı təbəqələrin ierarxiyanın (aşağıdan yuxarı
tabeçilik qaydasının) zinəti və sərvəti əleyhinə etirazını əks etdirirdi. Manilik kilsə
ayinlərinin sadələşdirilməsinə çalışır,
ümumi bərabərlik təbliğ edir, bu da öz növbəsində
insanları istismarın hər bir – istər dünyəvi olsun, istər ruhani – növünə qarşı mübarizəyə
yönəldirdi. Maninin təlimi də Zərdüştün təlimi kimi olduqca dualist bir təlim olub yalnız bir
şeydə ondan fərqlənirdi: o, pessimist (bədbin) səciyyə daşıyırdı, yəni bu təlimdə iki
başlanğıcın mübarizəsində Xeyrin (Yaxşılığın) qələbəsi inkar edilirdi.
Mani dünyaya şərin tam təcəssümü kimi baxırdı. O elə hesab edirdi ki, daha yaxşı
olar ki, insan dünya işlərindən imtina etsin, öz həyatını tərkidünyalıqla və ismətlə keçirtsin.
Belə olsa, insanın ruhu səmalara ucala bilər.
Maniliyin zərdüştiliyin həyatsevər prinsiplərindən bu köklü fərqi Maninin köhnə
dinə hörmətlə yanaşmasına maneçilik törətmirdi. Onun
düşüncəsində zərdüştilik də,
xristianlıq da, buddizm də bir düzgün dindirlər, yalnız insanlar bu dini başa
düşmədiklərindən təhrif etmişlər. Mani özü isə Yer üzünə göndərilmişdir ki, əsl dini bərpa
etsin. Bu münasibət islam dininin iudaizm və xristianlığa münasibəti ilə üst-üstə düşür. Bizə
gəlib çatmış mənbələrə görə, Maninin təlimi onun özünün tərtib etdiyi və ardıcıllarının
qoruyub saxladıqları yeddi kitaba daxil olmuşdur. Bunlardan birincisi «Böyük», yaxud
«canlı» («Diri») İncil adı ilə tanınır. O hər biri əlifbanın bir hərfi ilə başlayan 22 hissədən
15
ibarət idi. Yeddi kitabın hamısının əlyazmalarında Xeyirlə Şərin, İşıqla Qaranlığın
mübarizəsi mövzusuna həsr olunmuş çoxlu gözəl illüstrasiya var. Öz dinini 40 il təbliğ edən
Mani dualizm prinsipi– Nur və zülmətin mübarizəsini ön plana çıxarmışdır.
Nur ruhu,
zülmət isə Bədəni (materiyanı) təmsil edir. Dünya inkişafı prosesinin məqsədi qəlbində yer
tapmış nur ünsürlərini materiyanın (bədənin) hakimiyyətindən azad etməkdir. Maniyə görə,
allah dünyada şəri yaratmamışdır və deməli, dünyanı da o yaratmamışdır, çünki dünya
(materiya şərdir, zülmətdir)– materiya allahdan asılı olmayaraq mövcuddur, insan isə
materiya ilə nurun qarışığıdır. Nurun hissəciklərinin materiyadan (bədəndən) azad olmasına
yalnız qatı asketizm vasitəsilə nail olmaq mümkündür. Manilik xristianlığın bir sıra
prinsiplərini rədd etmişdir. Maniheyçilik heyvan əti yeməyi qadağan edir,
mütiliyi təbliğ
edirdi, asayiş və rahatlığı qorumağı üstün tuturdu. Uyğur türklərinin döyüşkən ruhuna
uyğun olmasa belə onlar maniliyi qəbul etmişdilər. İslam dini və buddizm yayılana qədər
uyğurlar arasında manilik geniş yayılmışdı.
Mani hələ özü sağ ikən onun təlimi Şərqdə sürətlə yayılmışdı. Bu dinin
yayılmasının başlanğıcında onu xeyirxahcasına qəbul edən Sasanilər sarayının yuxarı
təbəqəsi onun kütlələrə sürətlə artan təsirini gördükdə öz siyasətini kəskin olaraq dəyişir.
Maninin yoldaşlarını (tərəfdarlarını, əshabələrini), ardıcıllarını izləməyə başlayırlar. İrandan
qaçmağa məcbur olan Mani özü uzun illər sərgərdan həyat keçirdikdən sonra ora qayıda
bilir. Sasanilər sülaləsinin IV hökmdarı Bəhramın hakimiyyəti (273-276) zamanı Mani
həbsxanaya salınır və işgəncələrdən ölür.
Sosial təlimində insanların hüquq bərabərliyinə üstünlük verən maniliyin dini-
fəlsəfi və sosial ideyaları hakim qüvvələrin təqibinə baxmayaraq,
həm Atropatenada, həm
də Albaniyada, sonralar isə Şərqdə və Avropada məzdəkilərin, pavlikianların,
albiqoyçuların, katarların və b.-nın ideoloji təlimlərində geniş yer tapmışdı. Maniliyin İşıq
Allahını Əqllə birləşdirməsi (beş təzahürdən dördünün bilavasitə Əqllə bağlılığı) və Şərin
əbədiliyini qəbul etməsi sonrakı təlimlərdə rasionalizm və dialektikanın inkişafı üçün geniş
imkanlar yaratmışdır
Dostları ilə paylaş: