Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   14   15   16   17   18   19   20   21   22
307 multikulturalizm m N3pdf

Azərbaycanda tolerantlıq. Müasir dövrdə dünya dövlətlərinin və beynəlxalq 
təşkilatların qarşısında duran ən başlıca vəzifələrdən biri insanlar arasında dini 
dözümlülüyün gücləndirilməsinin, müxtəlif din və mədəniyyətlərə mənsub 
insanların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsidır. Müasir 
dövrdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələr mədəniyyətlərin 
müxtəlifliyini qəbul etməyən, digər din və mədəniyyətlərin nümayəndələrinin adət -
ənənələrinə, həyat tərzinə, əqidə və düşüncəsinə hörmətlə yanaşı lmayan 
cəmiyyətlərdə davamlı sabitliyə və inkişafa nail olmağın qeyri-mümkün olduğunu 
göstərir. Bu səpkidə qarşıdurma və münaqişələrin baş verməməsi üçün insanlarda 
digər din və mədəniyyətlərə qarşı dözümlülük və hörmət xüsusiyyətləri 
gücləndirilməlidir. Bu ənənənin gücləndirilməsi və qorunması məqsədilə 
Azərbaycanda bir çox əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.
Əsrlər boyu Azərbaycanda islam, xristian və yəhudi dinlərinin nümayəndələri 
qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Milli və dini etnik qruplar arasında ədavət və 
qarşıdurma halları müşahidə olunmamışdır. Müxtəlif din və mədəniyyətlərə mənsub 
insanlar əsrlər boyu Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında mühüm rol 
oynamış, özlərinin etnik xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlayaraq 
bu günümüzədək yaşatmışlar. Müasir dövrdə də ölkəmizdə həmin dinlərin tarixi, mədəni 
abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunub saxlanılır.
Müasir dövrdə dünyanın bir çox ölkələrində insanların məskunlaşmasında 
onların dini və milli mənsubiyyəti əsas meyar kimi götürülür, yəhudi, xristian və 
müsəlmanlar bir çox dövlətlərdə ayrı-ayrı məhəllələrdə yaşadığı halda bu gün 
ölkəmizdə müxtəlif din və təriqətlərə mənsub insanlar bir küçədə, bir həyətdə, hətta 
bir evdə sərbəst yaşayır və bir-birilərinin bayramlarında, dini ayin və 
mərasimlərində bir ailə kimi yaxından iştirak edirlər. Onlar nəinki özlərini 
Azərbaycanda yad hiss etmir, hətta yerli əhali ilə qaynayıb -qarışaraq qohumluq 
əlaqəsi qururlar.
Azərbaycanda tolerantlıq ənənəsinin formalaşmasına və dini qruplar arasında 
möhkəm birliyin yaranmasına, sülh və barışın hakim olmasına, ölkə ərazisinin tez -
tez xarici dövlətlərin işğalına məruz qalması və asılı vəziyyətə düşməsi böyük təsir 


33
göstərmişdir. Azərbaycanın zəngin yerüstü və yeraltı təbii sərvətləri, mühüm 
geostrateji ərazisi daim xarici ölkələrdə maraq doğurmuş, qüdrətli dövlətlər zəngin 
təbii sərvətləri talan etmək, yerləşdiyi mühüm geostrateji mövqelərə sahib çıxmaq 
məqsədilə mütəmadi olaraq bu ölkəyə hücumlar etmişlər. Bölgədə yaşayan əhali 
dini baxışlarındakı fərqlərə baxmayaraq bu qüvvələrə qarşı daim birgə mübarizə 
aparmışdır. 
Hazırda Azərbaycan xalqının və dövlətinin qarşısında duran əsas vəzifələrdən biri bu 
zəngin irsin və mədəniyyətin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılmasıdır. 
Müasir dövrdə tolerantlıq Azərbaycanın əvəzsiz, dünyanın bir çox ölkələrinin həsəd 
apardığı milli-mənəvi sərvətinə çevrilmişdir. Bu ənənənin zəiflədilməsinə yönələn bütün 
cəhdlərin qarşısı dövlət tərəfindən davamlı olaraq alınır. Bu işdə dövlət qurumları ilə yanaşı 
ictimai təşkilatlar da aktiv iştirak etməlidirlər.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin