Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 3. Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
307 multikulturalizm m N3pdf

Sual 3. Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri 
Sovet hakimiyyəti illərində Azərbaycanda dövlət və din münasibətləri. 1920-ci ilin 
aprel işğalı Şimali Azərbaycanda yaradılmış dövlət müstəqilliyinə son qoymaqla müstəqil 
dövlətin bütün dövlət təsisatlarını de-fakto ləğv etmişdi. Lakin ilk illərdə formal olaraq 
dövlətin bir neçə strukturu saxlanılmışdı. Ümumiyyətlə, bütün dinlərə, xüsusən də İslam 
dininə düşmən olan bolşevik-kommunist ideologiyası əhalinin milli-dini dəyərlərinə düşmən 
kəsilmişdi. Sovet hakimiyyətinin dinə münasibətinin başlıca prinsipi onun dövlətdən 
ayrılması idi. Lakin buna baxmayaraq, Sovet dövlətinin ilk illərində yeni quruluşun 
ideoloqları İslam dininin özünəməxsusluqlarını və dindarların milli heysiyyətlərini nəzərə 
almaq məcburiyyətində idilər. 
1920-ci ilin may ayında Azərbaycan İnqilab Komitəsinin “Vicdan azadlığı” haqqında 
dekretinə görə, Xalq Maarif Komissarlığının (XMK) tabeliyindəki bütün dövlət 
məktəblərində dini təlimlərin tədrisi və hər hansı dini mərasimin keçirilməsi qadağan 
olunmuş, Dini İşlər üzrə Nazirlik ləğv edilmişdi. XMK-nın xüsusi əmri ilə tədris 
müəssisələrinin və məktəb şuralarının sədri vəzifəsini tutan dini dərəcəli şəxslər 
vəzifələrindən azad edilmişdilər. Dini İşlər üzrə Nazirlıyin ləğv edilməsi ilə bağlı dekret 
əslində hər vətəndaşa istənilən dinı etiqadı seçmək və ya heç bir dinə etiqad etməmək 
hüququ, eyni zamanda dinin lehinə və ya əleyhinə təbliğat aparmaq azadlığı vermişdi. Dinə 
etiqadı ayrılıqda hər şəxsin vicdan işi hesab edən dövlət dinə münasibətdə bitərəf qalaraq 
heç bir dini cərəyanın tərəfində durmur, onlardan heç birini maddi və mənəvi cəhətdən 
müdafiə etmirdi. Sovet dövləti böyüməkdə olan nəslin təhsil və tərbiyə işini XMK-nın 
sərəncamına vermiş, bütün dövlət və qeyri-dövlət məktəblərində hər hansı dini mərasimin 
keçirilməsi qadağan olunmuşdu. 
Sovet hakimiyyətinin ilk illərində hökumət dindarları ələ almaq məqsədi ilə müxtəlif 
siyasi aksiyalar həyata keçirirdi. Məsələn, Qurban və Ramazan bayramları dövlət 
səviyyəsində qeyd edilir, Novruz bayramı günlərində məktəblərdə tətillər başlanır, 
küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil 
edilirdi. Hətta 1921-ci ilin avqust ayının 30-da Nəriman Nərimanovun göstərişi ilə 
Məhərrəmlik günlərində Təzəpir və Bibiheybət məscidlərində dindarlara ərzaq paylanmışdı. 
20 sentyabr 1920-ci ildə isə Azərbaycan İnqilab Komitəsinin dekreti əsasında Bakıda 
Azərbaycana məxsus qızıl, gümüş, platin, brilyant və mirvaridən ibarət qiymətli əşyaların 
mərkəzləşmiş şəkildə saxlanılmasını təmin etmək üçün Dövlət Mühafizə İdarəsi təsis 
olunmuşdu. Lakin dekretdə xüsusi olaraq göstərilirdi ki, qiymətli sərvətlərin təhvil verilməsi 
dini icmaların ixtiyarındakı sitayiş əşyalarına aid edilmir. 
1922-ci ilin noyabr ayında Təzəpir məscidinin axundu Ağa Əlizadənin imzası ilə 
Azərbaycan Kommunist Partiyasının Rəyasət Heyətinə ərizə daxil olmuşdu. Axund 
hökumətdən Kərbəla ziyarətinə gedənlərə yardım göstərilməsini xahiş etmişdi. Mərkəzi 
Komitənin Rəyasət Heyəti Kərbəlaya ziyarətə gedən vətəndaşlar haqqında məsələni müsbət 


22
həll edərək, zəvvarlara o vaxt üçün böyük məbləğ olan üç yüz manatadək qızıl pul 
ayrılmasına qərar vermişdi. 
1922-ci illərdə Volqaboyu, Ukrayna, Krım və Qafqazı aclıq bürümüşdü. 90 milyon 
əhalisi olan 40 quberniya aclıq içində idi. Əhaliyə yardım məqsədi ilə 1922-ci ilin may 
ayının 23-də Təzəpir məscidində Azərbaycan SSR dindarlarının başçıları - Axund Ağa 
Əlizadə, qazı Əbdülrəhim Hacızadə və b. ruhanilər aclıqla əlaqədar bütün dünya 
müsəlmanlarına müraciət edərək kömək istəmişdilər. Müraciətdə deyilirdi: “Müsəlman 
qardaşlar! Siz yaxşı bilirsiniz ki, Islam dininin əsaslarından biri əziyyət çəkənlərə, ilk 
növbədə aclara və yoxsullara yardım etməkdən ibarətdir. Krımdan, Volqaboyundan və 
başqa vilayətlərdən gələn ürək dağlayan fəryadı eşidin”. Təzəpir məscidinə toplaşan 
Azərbaycan üləmaları İran, Türkistan (Orta Asiyadakı türk-müsəlman coğrafiyası nəzərdə 
tutulur), Türkiyə, Hindistan və Əfqanıstan ruhanilərinə müraciət edərək onları aclara fəal 
kömək göstərməyə çağırırdı.
Nəriman Nərimanovun Təzəpir məscidində maraqlı çıxışlarından biri 1920-ci ilin iyun 
ayında Azərbaycan SSR-nin qadınları qarşısında olmuşdur. O, İslam dininin ən humanist 
addımlarından biri olan qadın-kişi bərabərliyi üzərində xüsusi dayanmış, qadınların məscidə 
gəlib onu dinləməsini yüksək qiymətləndirmişdi. N.Nərimanov çıxışında Təzəpir 
məscidinin şəhərin siyasi həyatında oynadığı rola da aydınlıq gətirmişdi. 
1920-ci ilin əvvəllərində mətbuatda, partiya dairələrində müxtəlif dini ayin, bayramlar, 
Məhərrəmlik günlərində müsəlmanların matəm mərasimi və onların qadağan edilməsi 
haqqında məsələlər də müzakirə edilirdi. N.Nərimanov bu dövrdə bütün təzyiqlərə 
baxmayaraq, həmin meyllərin artmasına kəskin müqavimət göstərmişdir. Hətta o, 1922-ci 
ilin avqust ayında Məhərrəmlik təziyyəsinin qadağan edilməsinə qarşı çıxmışdı. Bu 
münasibətlə Təzəpir məscidinə gələn N.Nərimanov dindarlara müraciətində demişdi: 
“Peyğəmbərin ən sevimli nəvəsi İmam Hüseyn (ə) öz gücsüzlüyünü bilərək, Həzrət 
Məhəmmədin (s) qanunlarım pozan, hamını və hər şeyi qızılla ələ almaq istəyən Yezidə 
qarşı mərdi-mərdanə çıxış etməklə böyük qəhrəmanlıq göstərmişdir. İmam Hüseyn tabe 
olsun və öz vicdanım qızıla satsın deyə, Yezid böyük bir vilayətin idarə olunmasını ona 
təklif etdi. O, bunu qəbul etmədi, həlak oldu”. 
O, fikirləri ilə İmam Hüseynin (ə) şəhidlik məktəbinin həqiqi fəlsəfəsini dəqiq 
xarakterizə edir, İmamın İslam dininin müdafiəsi uğrunda canını fəda etməsini milli-mənəvi 
dəyərlərin xilası kimi qiymətləndirir, milli-mənəvi dəyərlərin, bütün maddiyyatdan üstün 
olduğunu vurğulayır, hər kəsin bu dəyərlərə sadiq qalmasının vacibliyinə işarə edirdi. 
1923-cü ilin avqust ayında AK(b)P-nin Bakı Komitəsinin Rəyasət Heyəti bütün rayon 
partiya komitələrinə və məsul işçilərinə Məhərrəmlik mərasimləri əleyhinə kampaniya 
aparmamaq barədə göstəriş vermişdi. 1925-ci ilin aprel ayında xüsusi qərarda inqilabi 
bayramlarla yanaşı, altı xüsusi dini bayramın da qeyd olunması nəzərdə tutulmuşdu. 
Keçən əsrin iyirminci illərinin sonu-otuzuncu illərinin əvvəllərində SSR-nin başqa 
respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də İslam dininə hücumlar başlanmışdı. 
Bu işə, əsasən, yuxarı sinif şagirdləri, tələbələr, ədəbiyyat və incəsənət xadimləri cəlb 
edilmişdilər. Dövlət dini işlərdə bitərəflik, vətəndaşın vicdan azadlığı barədə özünün elan 
etdiyi prinsiplərindən uzaqlaşmağa başlamışdı. Dindarlara münasibətdə inzibatçılıq tətbiq 


23
olunurdu. Məhz elə buna görə 1924-cü ildə Bakıda yaradılan “Allahsızlar cəmiyyəti” 
zəhmətkeşlərin geniş dairəsini öz tərəfinə cəlb edə bilməmişdi. 
İllər keçdikcə dinlə mübarizə daha geniş vüsət almış, məscidlərin müsadirəsi 
irimiqyaslı kampaniya formatına keçmişdir. 1928-ci ilin dekabr ayında AK(b)P Mərkəzi 
Komitəsinin Rəyasət Heyətinin iclasında “Kəndlilərə mədəni ehtiyacları üçün verilmiş 
məscidlər haqqında” məsələyə baxılmış, nəticədə bir sıra məscidlər mədəni-maarif 
müəssisələrinə çevrilmişdi. Müxtəlif idarələrə məscidlərdən minbərləri çıxartmaq, dini 
lövhələrin üstünü ağartmaq və məscidlərin hissə-hissə boşaldılması üçün əmrlər verilmişdi. 
SSRİ-nin başqa müttəfiq respublikalarında olduğu kimi, Azərbaycan SSR-də də məscidlərin 
və mədrəsələrin bağlanmasına, din xadimlərinin təqib olunmasına göstərişlər gəlmişdi. 
Quran zərərli bir kitab kimi qadağan edilmişdi. Azərbaycan SSR qəzalarında məscidlər 
dağıdılmış, ya da anbar, kitabxana və yaxud da muzeyə çevrilmişdi. Təkcə Quba qəzasında 
iyirmi iki gün ərzində 18 məscid mədəni-maarif binalarına çevrilmişdi. Lənkəran qəzasında 
isə yüzlərlə məscid dağıdılaraq, tikinti materialları kimi inzibati binaların inşasında istifadə 
olunmuşdur. Azərbaycan SSR-də 1929-cu ildə VII Ümumazərbaycan Sovetlər qurultayı ilə 
bağlı keçirilən seçki kampaniyası dövründə 400 məscid bağlanmışdı. Hələ AK(b)P-nin II 
qurultayında N.Nərimanov öz çıxışında qeyd etmişdi ki, «bizdə elə kommunist müsəlmanlar 
var ki, kəndə girən kimi adamları məsciddən qovur və əmr edir ki, məscidləri bağlayın. 
Kommunistlər fəxr edirlər ki, guya böyük iş görürlər. Onlar güman edirlər ki, bizim 
inqilabımızı genişləndirir və möhkəmləndirirlər. Mən belələrini əksinqilabçı adlandırıram, 
çünki bunlar bizim işlərimizi korlayırlar». 
Məscidlərin bağlanması və onların məktəb üçün uyğunlaşdırılması əksər hallarda yerli 
partiya təşkilatlarının rəhbərliyi altında aparılır, onların bəziləri daha çox məscid bağlamaq 
üçün sosializm yarışı metodlarından istifadə edirdilər. Bir sıra qəzalarda məscidləri inzibati 
qaydada mədəniyyət müəssisələrinə çevirirdilər. Bu sahədə inzibati amirlik o dərəcəyə 
çatmışdı ki, “kollektivləşmə” ilə eyni zamanda ictimai-siyasi vəziyyətin kəskinləşdiyini 
nəzərə alan AK(b)P-nin VII qurultayı (1929-cu ilin aprel ayı) bu işdə əyintilərə yol 
verildiyini göstərmiş və belə məsələləri könüllülük əsasında həll etmək barəsində 
xəbərdarlıq etmişdi. Bu xəbərdarlığa baxmayaraq, yenə də dinə qarşı münasibətdə ciddi 
təhriflər, yolverilməz hadisələr baş verirdi: zor işlədilməsi
;
komsomolçuların mollalara 
hücum etməsi, hətta, onları döyməsi, məscidlərə basqın olunması, məscid xadimlərinin 
təhqiri və s. bu kimi hadisələr adi hal almışdı. 
Kommunist Partiyası rəhbərliyi ateist mövqeyə sadiq qalaraq, dinin rol və 
əhəmiyyətini ictimaiyyətin gözündən salmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. 
Bakıda dinin tarixini öyrənmək, tədqiq etmək əsasında onun əleyhinə təbliğat kampaniyası 
aparmaq, “mürtəce” rolunu göstərən materiallarla onu geniş xalq kütləsi qarşısında ifşa 
etmək “elmi-praktik” kampaniyaya çevrilmişdi. 
1929-1937-ci illərdə respublikada bağlanmış məscidlərin əksəriyyətindən məktəb, klub 
və ya anbar kimi istifadə edilirdi. Otuzuncu illərin sonlarında Azərbaycan SSR-də ancaq 20 
məscid formal olaraq fəaliyyət göstərirdi, onların bəziləri müharibədən sonrakı illərdə də 
açıq idi. Bu illərdə Bakıda Bibiheybət məscidi 1934-cü ilin sentyabr ayında partladılmış, 


24
Əmircanda Murtuza Muxtarov məscidi, Əjdər- bəy məscidi, İçərişəhərdə Cümə məscidi 
bağlanmış, Suraxanı Atəşgah məbədi isə tam baxımsız vəziyyətə salınmışdı. 
1934-1938-ci illərdə Azərbaycan SSR-də 27458 nəfər repressiyaya məruz qalmışdır ki
;
onların da arasında din xadimləri az deyildi. Repressiyaya məruz qalan və güllələnənlər 
arasında Nargin adasında qətlə yetirilən Qurani-Kərimi Azərbaycan dilinə ilk tərcümə 
edənlərdən biri 83 yaşlı Bakı qazısı Mir Məhəmməd Kərimağa da var idi. 
Azərbaycan Respublikası Dövlət Arxivində Təzəpir məscidi ilə bağlı saxlanılan 
maraqlı bir sənəd diqqəti cəlb edir. Sənəddə 1934-cü ilin sonlarınadək Bakıda və 
Azərbaycan SSR-in qəzalarında müsadirə olunan, mədəni-maarif müəssisələrinə çevrilən və 
məhv edilən məscid və kilsələrin sayı haqqında Moskvaya - mərkəzi hökumətə məlumat 
verilmişdir. Bibiheybət məscidi, Aleksandr Nevski kilsəsi və onlarla başqa dini məbədlərin 
“zəhmətkeş əhalinin xahişi ilə” məhv edilməsi əsaslandırıldıqdan sonra Təzəpir məscidinin, 
Müqəddəs Məryəmin Miladı baş kilsəsinin və erməni kilsəsinin təyinatının dəyişdirilərək 
onların saxlanılması məqsədəuyğun hesab olunurdu. Təzəpirlə bağlı qeyd olunmuşdur ki, 
tarixən bu ərazidə məscid tikilməmişdən əvvəl müsəlmanların ziyarət etdiyi pir mövcud 
olmuşdur. Şəhərin qatı dindar əhalisinin evləri ilə əhatə olunan bu məscidin sökülməsi ciddi 
narazılıqlar doğura bilər. Ona görə də yaxın gələcək- də bu binanın sovet fəhlələrinin 
mədəni istirahət yerlərindən birinə çevrilməsinə razılıq verilməsi tövsiyə olunurdu. Bu 
sənəddən görünür ki, o zamankı Azərbaycan SSR rəhbərliyi də Təzəpir məscidinin 
sökülməsinin tərəfdarı olmamışdır. 
Beləliklə, iyirminci illərin əvvəllərində Sovet hakimiyyətinin “tən-tənəli” surətdə elan 
etdiyi vicdan və din azadlığı bu şəkildə heçə endirilmişdi və bu, mahiyyət etibarilə, əslində, 
xalqı öz mənəvi kökləri və ənənələrindən ayırmaq cəhdindən başqa bir şey deyildi. Lakin 
Azərbaycan xalqı özünün tarixinə, mənəviyyatına bağlılığı sayəsində bu illərin ağır 
sınağından uğurla çıxmış, “ideoloji” təzyiqdən xilas ola bilmişdir. 
O dövrü tədqiq etdiyimiz zaman Sovet hakimiyyətinin ateist ideologiyasının Şimali 
Azərbaycanda açıq şəkildə iflasa uğradığını görürük. Əhali arasında allahsızlıq siyasətinə 
qarşı daxili müqavimət, milli-mənəvi dəyərlərdə pünhanlıq və onların qorunub saxlanılması 
ateizmin qəbul edilməməsinin açıq sübutudur. Siyasi hakimiyyətdən çəkinən insanlar 
arasında dindən uzaqlaşma prosesinin getdiyi görünsə də, daxildə hər kəs Allaha olan 
inancını qoruyub saxlayırdı. Dolayısıyla ateizm heç vaxt Şimali Azərbaycanda insanların 
qəlbinə yol tapıb hakim ideologiyaya çevrilə bilmədi. Və bu, ölkənin rəhbər strukturlarında 
çalışanların verdikləri qərarlarda daha çox hiss olunurdu. 
Doktor N.Nərimanov dinin xalqın milli mənəviyyatına nə dərəcədə bağlılığını və 
Azərbaycan cəmiyyətinin ayrılmaz tərbiyəvi hissəsi olduğunu yaxşı bilirdi. Bunun üçün də 
hər zaman xalqın inancına hörmətlə yanaşmış, Azərbaycan SSR-in rəhbər vəzifələrində 
çalışdığı zaman bu məsələdə həssaslıq nümayiş etdirmişdir. Lakin N.Nərimanovun 
dünyagörüşündəki millilikdən narahat olan partiya rəhbərləri və onların əlaltıları onu 
Azərbaycandan uzaqlaşdırmağı respublikada gələcəkdə məkrli işlərin icrası üçün vacib 
hesab edirdilər. Bu, belə də oldu. Məhz onun Azərbaycan SSR-dən uzaqlaşdırılması 
nəticəsində dinimizə qarşı repressiya və təcavüz maşını işə düşdü, milli-dini ziyalılar total 
şəkildə məhv edilməyə başlandı. 


25
Şimali Azərbaycanda Sovet hakimiyyəti qurulmasının ilk illərində marksizm-leninizm 
ideyalarının yayılmasına başlıca əngəl müsəlman ruhaniləri tərəfindən yaradılır və onlar 
sosializmə qarşı barışmaz mövqe nümayiş etdirirdilər. Müsəlman ruhanilərinin mövqeyi 
Oktyabr çevrilişi, habelə, Şimali Azərbaycanın sovetləşməsi dövründə özünü əyani şəkildə 
büruzə verirdi. 
Şimali Azərbaycanda Sovet hakimiyyətinin ilk çağlarında Gəncədə və Zaqatalada 
Sovet hakimiyyəti əleyhinə qaldırılmış qiyamlarda çoxlu ruhani nümayəndələri fəal iştirak 
etmişlər. Azərbaycan SSR-də yüksək rütbəli ruhanilərin əksəriyyəti əksinqilabçı partiya 
olan Ittihad partiyasının üzvü olmuş, ölkədə Sovet hakimiyyətini devirmək üçün əksinqilabi 
qiyamlarda yüksək mövqelər tutmuşlar. 1922-ci ilin 10-17 avqustunda və 1923-cü ilin 18-19 
oktyabrında Qubadlı qəzasında baş vermiş əksinqilabi qiyamların başçıları ruhanilər Hacı 
Qasım bəy Çələbioğlu və sabiq qazı Bəxti Əfəndi olmuşlar. 
Lakin Sovet hakimiyyətinin zor gücünə qurulması və sovet adamlarının həyat tərzinin 
kökündən dəyişməsi, habelə, din əleyhinə aparılan inzibati-ateist tədbirlər nəticəsində dini 
ibadət yerlərinin, ruhanilərin mövqeyi və hörməti əsaslı şəkildə sarsıdılmışdı. Üzdə də olsa, 
dindən uzaqlaşdırılanların sayı sürətlə artır, məscid və kilsələr tədricən bağlanırdı. Buna 
baxmayaraq, 1925-1926-cı illərdə Azərbaycan SSR-də hələ 1700-dək məscid mövcud idi. 
Təkcə Bakı şəhəri və Bakı qəzasında 120-dən artıq məscid fəaliyyət göstərirdi. 
İyirminci illərdə dini gözdən salmaq üçün Sovet hökumətinin xüsusi xidmət orqanları 
tərəfindən hazırlanan bir qrup “din xadimlərinin antidin fəaliyyətlərini də nəzərdən 
qaçırmaq olmaz. Məhz onlar aşıladıqları şəriət qaydaları ilə əməllərinin uyğun gəlməməsi, 
dindən gəlir mənbəyi kimi istifadə etməyə başlaması, həqiqi din xadimləri arasında təxribat 
aparması, onları heç nədən güdaza verməsi və digər düşünülmüş və məqsədyönlü addımlar 
insanlar arasında din xadimlərinə etimadsızlığı formalaşdırmağa başladı. Çünki cəmiyyət 
din xadimlərinin sözləri ilə əməllərinin uyğun gəlmədiyini açıq şəkildə görə bilirdi. 
Hadisələrin sonrakı inkişafı - aramsız həbslər, sürgünlər, qətllər din xadimlərini Sovet 
rejiminə qarşı olan mövqelərindən geri çəkilməyə, sərt fitvalar verməkdən yayınmağa vadar 
etmişdi. Hətta, yuxarıda qeyd edilən “din xadimləri’nin bəziləri yeni hakimiyyətə daha loyal 
münasibət bəsləyərək hakimiyyəti lənətləmir, “hər bir hakimiyyət Allahdandır” - deyirdilər. 
Bakının məşhur mollalarından olan Mir İslam Mir Yunisoğlu 1928-ci ildə Hacı Pirverdi 
məscidində oxuduğu moizədə demişdi: “Ay camaat, Allah-Təala öz nökərlərinə 
buyurmuşdur ki, qismətdən artıq yemək olmaz. Qismətinizə qail olun. Bizim də qismətimizə 
Şura hökuməti çıxıb, Allahımıza şükür edib hökumətimizə qulluq etmək bizim 
borcumuzdur”. 
Həmin dövrlərdə yaranmış sosial-siyasi mühit bəzi uzaqgörən din xadimlərinə dinin 
gələcək müqəddəratı haqqında da fikirləşməyi diktə edirdi. Hətta bəzi din xadimlərinin 
gələcək üçün dini kadrların hazırlanması haqqında düşündüyü barədə də faktlar var. Onlar 
İranın Məşhəd və Qum şəhərlərinə, İraqın Nəcəf şəhərinə və başqa İslam mərkəzlərindəki 
dini məktəblərə tələbə göndərir, Respublikanın ayrı-ayrı bölgələrində bağlanmış mədrəsələri 
dirçəltməyə çalışırmışlar. Bakının Buzovna qəsəbəsindəki məscidin keçmiş axundu 
otuzuncu illərdə gizli yolla Məşhədə gedərək, orada dini təhsil alıb qayıdanlardan olmuşdur. 


26
Sovet qanunvericiliyinin ölkə daxilində dini təhsili qadağan etməsinə baxmayaraq, 1933-cü 
ildə Zaqatala və Balakən rayonlarında bir neçə gizli mədrəsə fəaliyyət göstərmişdir. 
Azərbaycan müsəlman ruhanilərinin antisovet əhval-ruhiyyəli qisminin mövqelərinin 
zəiflədilməsi üçün dini ayinlər haqqında yerli qanunvericilik formalaşdırılmışdı. “Kilsənin 
dövlətdən və məktəbin kilsədən ayrılması haqqında” Leninin məşhur dekreti (5 fevral l‘) 18-
ci il) əsasında tərtib edilmiş və Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan Xalq 
Maarif Komissarlığının verdiyi “Vicdan azadlığı haqqında” (15 may 1920-ci il) dekretinin 
bu sahədə xüsusi rolu olmuşdur. Həmin dekret əsasında Respublikadakı Dini Etiqad 
Nazirliyi ləğv edilmiş, dinin dövlətdən və məktəbin dindən ayrıldığı elan edilmişdir. Sovet 
Azərbaycanı vətəndaşlarının könüllü olaraq istədikləri dinə etiqad etməkdə, yaxud heç bir 
dinə etiqad etməməkdə azad olduqları qanunlaşdırılmışdır. 
Sovet Rusiyasının hərbi təcavüzündən sonra Azərbaycanda məscidlərin və ruhanilərin 
səlis təşkilat quruluşu və ümumi struktur sistemi olmamışdır. Formal olaraq onlar Ufa 
şəhərində yerləşən Ümumrusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinə tabe idilər. Lakin 
bu təşkilatla əlaqə çox zəif olmuş və formal xarakter daşımışdır. Bəzi şiə ilahiyyatçılarının 
(Molla Əli Ağazadə, Bakı qazısı Mirməhəmməd Kərim ağa, axund molla Məhəmməd və 
başqaları) bu sahədə mütəşəkkillik yaratmaq təşəbbüsləri nəticə verməmişdir. Buna 
baxmayaraq, Azərbaycan SSR-də ruhanilərin kortəbii fəaliyyət göstərdiyini də demək 
olmazdı. Respublika ərazisində ilahiyyatçıların fəaliyyətinə başlıca olaraq Bakı 
məscidlərinin axundları, imam-xətibləri və nüfuzlu mollaları istiqamət verirdilər. Adətən 
onlar Bakının Təzəpir, yaxud Hacı Pirverdi məscidinə, axund Şeyx Qəni Molla 
Abdullaoğlu, Molla Murad Axundov və başqa nüfuzlu din xadimlərinin mənzillərinə 
toplaşar, burada ictimai-siyasi həyata öz münasibətlərini bildirər, yaranmış yeni şəraitlə 
əlaqədar dini qorumaq, imkan daxılində onu təbliğ etmək, Azərbaycan SSR-də dini həyatı 
fəallaşdırmaq və s. bu kimi məsələləri müzakirə edərdilər. 
1941-1945-ci illər müharibəsinin ilk illərində ümidsizliyə qapanmış insanların kütləvi 
şəkildə dinə üz tutmaları bir daha Kommunist Partiyasının irəli sürdüyü ateizm siyasətinin 
iflasa uğramasını təsdiqlədi. 1943-cü ildə müharibənin gedişində əsaslı dönüş yarandıqdan 
sonra İosif Stalin Qərb dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq üçün müəyyən siyasi 
gedişlərə əl atdı. O, tezliklə müharibənin qələbə ilə bitəcəyini bilirdi. SSRİ dünyadan təcrid 
olaraq öz varlığını qoruyub saxlaya bilməzdi. Müharibədən sonra dünyada hegemon 
dövlətlərdən biri kimi qəbul olunmaqla yanaşı, həm də ideal siyasi kimi nüfuz qazanmalı 
idi. İkinci cəbhənin açılması və müharibədən sonra Qərb dövlətləri ilə əməkdaşlıq və 
inteqrasiya üçün isə müəyyən islahatların həyata keçirilməsi vacib idi. Bu islahatların ən 
önəmli olanlarından biri dini təsisatların formalaşdırılması idi. 
Əlbəttə, Ufa şəhərində olan Mərkəzi Müsəlman Ruhani İdarəsi SSRI ərazisində 
fəaliyyət göstərən müsəlman dini obyektlərinin və ruhanilərin fəaliyyətinə nəzarət və 
rəhbərlik etmək iqtidarında deyildi. 1943-1944-cü illərdə bu idarənin sədri müfti 
A.Rəsulovun formal xarakterli dövlət tərəfindən hazırlanmış təklifi və SSRİ Ali Soveti 
Rəyasət Heyətinin müvafiq qərarı ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə 
əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradılmışdi: 


27

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin