Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
307 multikulturalizm m N3pdf

müharibə elan etmiş bir dinə çevrilmək üçün yetərli oldu» 
İslamın dini şüura verdiyi ən böyük töhfə onun təkallahlılığı (tövhidi) dəqiq və 
qeyd-şərtsiz elan (ifadə) etməsindən ibarətdir: «Allah – Özündən başqa tanrı (məbud) 
olmayan, [daima] diri və var (mövcud) olandır…» (2:255;). İnsanlar bu Allahı əvvəllər də 
tanıyırdılar, ancaq çoxlu tanrılardan biri kimi. İndi onlara elan (bəyan) edilirdi ki, bu tək 
tanrının adıdır, ümumiyyətlə, başqa tanrılar yoxdur. Kim başqa tanrılara inanır, düzgün 
yoldan sapmışdır və ona buna görə cəza veriləcək. Bütün dünyanı – göyləri, yeri, ulduzları, 
dağları, bitkiləri, insanı Allah yaratmışdır. Dünyada hər şey Allahın istəyi (iradəsi) ilə baş 
verir. Odur ki, Quran xristianlığın İsanı ilahiləşdirməsini qəbul etmir. İsa İslamda bir insan 
kimi qəbul olunur və ona həqiqi (haqq) peyğəmbər kimi ehtiram göstərilir. Bu zaman hətta 
ona başqa peyğəmbərlərə verildiyindən daha yüksək yer (status) verilir. O – Məsihdir, 
günahsız, məsum həyat keçirmişdir və mütləq yenidən Qiyamətdən qabaq bəşəriyyətin 
xilası üçün dönəcəkdir. İstənilən başqa din kimi, İslam dini də öyrədir ki, hər bir insan öz 
mənəvi həyatına görə özü cavabdehdir: «Hər kəs bir günah qazanarsa, mütləq o günahı 
özünün zərərinə qazanmış olur» (4(qadınlar):111); «Doğru yolu tutan özünə savab, doğru 
yoldan azan isə özünə günah qazanır.» (10 (Yunus):108). İnsanın ölümündən sonrakı taleyi 
onun öz həyatını necə yaşamasından asılı olacaq. Deməli, onun ruhu cənnətə də düşə bilər, 
cəhənnəmə də, cənnətdə çoxlu bol sulu dərin çaylar, şirəli (dadlı) meyvə-tərəvəz var, 
cəhənnəm isə bunun əksinə olaraq, ərinmiş metalla, qaynayan maye (su) ilə dolu, hər şeyi 
məhv edən alovlu od olan bir yer kimi təsvir edilir. İnsan öz həyatı üçün məsuliyyət daşıyır: 
Allah insanı azad yaratmışdır. Beləliklə, dini inanc hər bir insanın azad seçimindən irəli 
gəlməlidir, o özü bilər: Allaha inanmaq lazımdır, yoxsa yox. Quranda deyilir: «Dində 
məcburiyyət (zorakılıq) yoxdur» (2(inək):256). Ancaq bu azadlıq o demək deyil ki, hər kəs 
istədiyini edə bilər. 
İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə 
buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi 
tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13). İnsanların bir-
birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam 
dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan 
Quranda Uca Allah belə buyurur: "Sizin dininiz sizə, mənim dinim mənə aiddir" ("Kafirun" 
surəsi, 6). Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: "Söz söylədiyiniz zaman 
qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam" surəsi, 152). 
Allahın "De: "İstər inanın, istərsə də inanmayın..." ("İsra" surəsi, 107). "De: 
"Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) 
sözləri İslamın dini etiqad azadlığına verdiyi dəyəri göstərir. Quran "Dində məcburiyyət 
(zorakılıq) yoxdur" ("Bəqərə" surəsi, 256) ayəsi ilə inanmaq azadlığının prinsipini 
formalaşdırıb. 
İslamı insanlara çatdıran Hz.Muhəmməd (s) peyğəmbər bütün müsəlmanlara, 
xüsusilə idarəçilərə belə buyurub: "Kim müsəlman olmayan əhalidən birinə zülm edərsə
onların haqqını qiyamət günü mən müdafiə edəcəyəm", "Kim bir zimmiyə zülm edər, yaxud 
ona daşımaqdan aciz olduğu bir yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan 


19
bir şeyini alarsa, mən həmin adamın düşməniyəm"."Bir müsəlmana, yaxud zimmiyə qəsdən 
zərər verən şəxs lənətlənib". Hz.Muhəmməd başqa bir hədisində də bunları bildirib: "Allah 
qiyamət günündə insanlara əziyyət edənlərə əziyyət edəcəkdir". Budur Hz.Muhəmmədin 
tolerantlığı. 
Ortodoksal İslamın bütün ictimai şüur sahəsində inhisarını aradan qaldırmaq 
istəyində və İslamın mötədil (yumşaq) rasionalist tənqidçiləri olan Mötəzililər (banisi Vasil 
ibn Əta idi VIII əsrdə yaranmışdı) deyirdilər: «Qurana hər cür ehtiram göstərib onu mədh 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin