Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
307 multikulturalizm m N3pdf

Məzdəkilik. Azərbaycanda dövran sürən başqa bir dini-etik təlim V əsrdə meydana 
gəlmiş və adını öz banisi Məzdək-Bamdadın adından götürmüş məzdəkilər təlimi idi. 
Məzdək ibn Bamdad V əsrin 50-ci illərində anadan olmuş, bəzi mənbələrə görə 528/529-cü 
illərdə, bəzilərinə görə isə 524-cü ildə ölmüşdür. Nizamülmülkün (1017-1092) 
«Siyasətnamə» əsərində qeyd olunduğuna görə, Məzdək mənşəcə kahin silkindən idi. O öz 
ideyalarını Həmədan şəhərində yaymağa başlamışdı. Bu təlim din pərdəsi altında aparılan 
güclü antifeodal hərəkata çevrilmişdi. Məzdək deyirdi: «Allah öz nemətlərini yaratmışdır ki, 
insanlar onları öz aralarında tən bölsünlər. Ancaq insanlar bir-birinə qarşı ədalətsizlik 
edirlər. Ona görə də əmlak varlılardan alınıb yoxsullar arasında bölünməlidir» 
Məzdəkilər oğruluğu, yalanı, zülmü pisləyir, bir yandan kahinlərin, başqa yandan 
dünyəvi əyanların (aristokratiyanın, zadəganların) əməkçi əhalini ikiqat istismar etməsinə 
qarşı çıxırdılar. Məzdəkin yaydığı ideyalar çox halda onun özündən qabaqkı dini təlimdən – 
manilikdən götürülmüşdü. Onlar maniliklə özlərinin pessimizminə (bədbinliyinə) və 
asketizminə (tərki-dünyalığına) görə yaxın idilər. Məzdəkin fikrincə, insan özünə oxşayanı 
(insanı) öldürməməli, ət yeməməlidir, ancaq o İşığın Qaranlıq üzərində qələbəsinə


16
cəmiyyətin bütün üzvləri arasında dözümlülüyün (indi dəbdə olan terminlə desək, 
«tolerantlığ»ın) 
və 
qardaşcasına 
məhəbbətin 
artmasına 
kömək 
etməlidir. 
Bərabərhüquqluluğun və qardaşlığın əldə olunması üçün isə acgözlüyü və paxıllığı doğuran 
səbəblərin kökünü kəsmək zəruridir. Elə buna görə də məzdəkilik əmlakın ümumi olmasına 
çağırırdı. Belə çağırış həyat nemətlərinin ədalətli, tən bölgüsü, insanlar arasında fərqin 
aradan qaldırılması tələbi bu hərəkata icmaçı kəndliləri, feodallardan asılı təhkimli 
kəndliləri və qulları çəkib gətirirdi. Sonralar bu hərəkata peşə sahibləri, şəhər yoxsulları, 
xırda və orta torpaq sahibləri də qoşuldular. 
Əmlak ümumiliyi ilə yanaşı, məzdəkilik qadınların da ümumi olmasına çağırırdı. 
Bu nə demək idi? Biz bilirik ki, zərdüştilik təlimi kişilərlə qadınların bərabərliyi uğrunda 
mübarizə aparırdı, sasani qanunlarına görə isə qadın əslində özünün ən yaxın qohumu olan 
kişinin olmalı idi. Bu, ata da ola bilərdi, ər də, qardaş da, oğul da. Ola bilsin məzdəkiliyin 
qadınların ümumiliyinə çağırışı onunla bağlı meydana gəlmişdi ki, cəmiyyətin aşağı 
təbəqələrinin varlı ailələrin qadınları sırasına daxil olmuş qızlarının və bacılarının 
düşdükləri yeni mühitdəki vəziyyətini bir qədər yaxşılaşdırmaq mümkün olsun. Ondan 
başqa, belə izah qadınların bu hərəkata cəlb edilməsi üçün bir stimul ola bilərdi. Məzdəkilik 
ardıcılları belə hesab edirdilər ki, keçmişdə xeyir qüvvələr şər qüvvələr üzərində qalib 
olduğu üçün insanlar sülh və dostluq şəraitində yaşamışlar. Ancaq tarixi inkişafın müəyyən 
pilləsində əks proses baş vermiş, Şər qüvvələr təsadüfən Xeyir qüvvələrə qalib gəlmişdir. 
Elə bu zamandan Yer üzündə şər, paxıllıq, oğurluq və müharibələr meydana gəlmişdir. 
Buna görə də məzdəkiliyin növbəti çağırışlarından biri istehsal vasitələri və məhsulları 
üzərində ümumi mülkiyyətin xas olduğu ibtidai-icma quruluşuna qayıdışa çağırış idi. 
Məzdəkilər hərəkatı bir neçə onillik müddətində davam etmişdir. Öz missioner 
fəaliyyətinin qızğın çağlarında Məzdəkin moizələri elə inandırıcı idi ki, o özünün sosial 
(ictimai) islahatlara dair ideyalarından xoşu gələn şah I Qubadın rəğbətini qazana bilmişdi. 
Bu ideyalar düşmənə qarşı fəal müqavimət göstərmək işində imperiyanın gücünü artırmalı 
idi. Ancaq I Qubadın oğlu I Xosrovun (VI əsrin I yarısı) hakimiyyəti dövründə Məzdək 
kafir (dinsiz) elan olundu. Hərəkat bütünlüklə yatırıldı, «peyğəmbər» və onun çoxlu 
ardıcılları öldürüldü. Qeyd etmək lazımdır ki, məzdəkilik ideyaları xalqın ağlını uzun 
müddət çaşdırdı, onların Azərbaycanda təsiri lap islam dininin tarix səhnəsinə çıxdığı 
zamanadək hiss olunurdu. Bundan da sonra məzdəkilik ideyaları başqa bir dini etik təlimin 
– Azərbaycanda IX əsrdə yayılmış xürrəmilər hərəkatının əsas prinsipləri sırasına daxil 
oldu. 
"Məzdək deyirdi ki: ‘Tanrı torpaqdan yeməyi və bütün ehtiyacları, xalq onları 
aralarında bərabər bölüşsün deyə yaratmışdır. Heç bir kimsə digərinin payından alıb götürə 
bilməz. Hər kəsin varlıq baxımından bərabər olması üçün, qətiliklə birinin ortaya çıxıb 
zəngindən götürərək kasıba verməsi lazımdır. Hər kim olursa olsun, kimsənin bir 
başqasından daha çox varlıq, mal-mülk və birdən çox qadına sahib olmağa haqqı yoxdur…" 
"İnsanlar, qibtə, əzab, qisas, yoxsulluq, ehtiras kimi beş şeytan tərəfindən 
düzgünlükdən uzaqlaşdırılar. Bunları məğlub etlmək və yaxşı bir inanc yolunda getmək 
üçün zənginlik ortaq və qadın-kişi bərabər haqqlara sahib olmalıdır..." 


17

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin