34
Azərbaycanda yəhudi icmaları ilə bərabər xristianlığın pravoslavlıq,
katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir.
Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir, xristianlıq
əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş yayılmışdır.
Azərbaycan hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets
kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verilmişdir. Onu da qeyd edək
ki, kilsəni 1907-ci
ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev
inşa etdirmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün
Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Kilsə
Sovet hakimiyyəti dövründə anbar kimi istifadə olunduğunda dağıntılara məruz
qalmışdır. Kilsənin təmirini Moskvada yaşayan azərbaycanlı iş adamı Aydın
Qurbanov öz üzərinə götürmüş, baş kafedralf kilsə tezliklə təmir olunmuş və 2003 -
cü ilin mart ayında dindarların istifadəsinə verilmişdir. Kilsənin açılış mərasimində
Ümummilli Lider Heydər Əliyev,
hökumət üzvləri, səfirliklərin nümayəndələri
iştirak etmişlər. Hazırda Bakıda 3, Gəncə və Xaçmazda 1 rus pravoslav kilsəsi,
Sumqayıtda 1 məbəd fəaliyyət göstərir.
2003-cü ilin aprel ayında Rum Patriarxı I Varfolomey Azərbaycan hökumətinin
dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olmuş,
dövlət rəsmiləri,
din xadimləri, müsəlman,
xristian, yəhudi icamalrının rəhbərləri ilə görüşlər keçirmiş, dini durumla tanış olmuş və
ölkədə fəaliyyət göstərən dini icmalar arasındakı münasibətləri yüksək qiymətləndirmişdir.
Qonağı həmin dövrdə Ümummilli Lider Heydər Əliyev də qəbul etmişdir.
Azərbaycan hökuməti 1999-cu ildə katolik icmasının dövlət qeydiyyatına alınmasına
şərait yaratmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 2000-ci ildə
ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı
illərdə Azərbaycan hökuməti ilə Vatikan arasındakı razılığa əsasən Bakıda Nobel
prospektində Roma katolik kilsəsi inşa olunmuşdur. Açılış mərasimində dini icmaların
nümayəndələri ilə yanaşı dövlət rəsmiləri də iştirak etmişdir.
Roma katolik kilsəsinin başçısı II İohann Pavel 2002-ci ilin may ayında Azərbaycan
hökumətinin rəsmi dəvəti ilə Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin
nümayəndələri ilə görüşmüşdür. O, Azərbaycandakı mövcud dini dözümlülüyü yüksək
qiymətləndirərək demişdir: “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlük
münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər”.
Azərbaycanda dövlət qayğısı ilə əhatə olunan azyaşlı, qədim xalqlardan biri də
əsasən Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilərdir. Dünyada udilərin sayı 10.000-
ə yaxındır ki, onların də təqribən 7000-i Azərbaycandadır. Əsrlər boyu azərbaycanlılarla
udilər dinc şəraitdə, yanaşı yaşamış, onların arasında daim dostluq əlaqələri və qarşılıqlı
anlaşma mövcud olmuşdur. Müasir dövrdə də bu ənənə uğurla davam etdirilir.
Azərbaycan hökumətinin diqqət və qayğısı sayəsində 2003-cü ildə alban-udi dini
icması dövlət qeydiyyatına alınmışdır. 1836-cı ildə Rusiya çarının fərmanı ilə alban kilsəsi
və
katolikosluğu ləğv edilmiş, alban məbədləri erməni apostol kilsəsinə verilmişdi (6).
Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində yetirdiyi uğurlu siyasət nəticəsində udi
etnosu itirilmiş hüquqlarını tam bərpa etmişdir. Onlara məxsus tarixi abidələrin bir qismi
35
yenidən bərpa olunmuşdur ki bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim
xristianlıq məbədlərindən biri sayılan, vaxtilə Şəkinin Kiş kəndində inşa edilən alban kilsə-
muzeyidir. Bu kilsə 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. IV-V
əsrlərə aid kilsənin təmirinə 2000-ci ildə başlanılmış və 2003-cü ildə başa çatdırılmışdır.
Kilsənin bərpasında xarici alimlərlə yanaşı, azərbaycanlı alimlər də böyük əmək sərf
etmişdir.
2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey adlı
qədim alban kilsəsinin yerində Çotari adlı alban-udi kilsəsinin açılış
mərasimi keçirilmiş,
tədbirdə hökumət üzvləri, dini icmaların nümayəndələri, xarici ölkələrin səfirləri və
qonaqlar iştirak etmişdir.
Azərbaycanda dövlətin din sahəsinə qayğısına dəlalət edən məsələlərdən biri də
müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının
sürətlə
artmasıdır. Azərbaycan dövlət müstəqilliyin bərpa edən zaman ölkədə 18 məscid mövcud
idi. Hazırda Azərbaycanda 1956 məscid, 748 ziyarətgah, 13 kilsə, 7 sinaqoq və digər ibadət
yerləri fəaliyyət göstərir. Eyni zamanda 2009-cu ildə “Dini etiqad azadlığı haqqında”
Azərbaycan Respublikasının Qanununa edilən müvafiq dəyişikliklərdən sonra Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsində 588
dini icma qeydiyyatdan keçmişdir.
Onlardan 567-i islam, 21-i qeyri-islam qurumudur. Həmin icmalardan 12-i xristian, 6-ı
yəhudi, 1-i krişna, 2-i bəhai icmasını təmsil edir.
Dostları ilə paylaş: