Азярбайъан республикасы дахили ишляр назирлийи


şeydən qabaq «dinc əməyə», «xoş (saf) niyyətə», «yaxşı (xeyirxah) sözə», «yaxşı əmələ»



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   6   7   8   9   10   11   12   13   ...   22
307 multikulturalizm m N3pdf

şeydən qabaq «dinc əməyə», «xoş (saf) niyyətə», «yaxşı (xeyirxah) sözə», «yaxşı əmələ». 
İnsan şər üzərində qələbəyə kömək etməlidir. Bu qələbə heç də sitayiş və dualarla əldə 
edilmir. Fövqəltəbii qüvvələrin bu həyatda və o dünyadakı (axirətdəki) xoşbəxt həyatda 
mərhəmətini bol-bol qurbanlar kəsməklə də qazanmaq mümkün deyil. Bundan əlavə, mal-
qaranı qurbanlıq məqsədilə məhv etmək də cinayətkarlıqdır. Zərdüşt öz sözünə belə davam 
edir: «Ahura-Mazdanın yaratdığı bütün şeylərdən birinci yerə mal-qara qoyulmuşdur… 
Ahura-Mazdanı mədh etmək və mal-qaraya yem vermək – biz bunları hər şeydən 
yaxşı[hərəkətlər] sayırıq». 
Xeyrin Şər üzərində qələbəsi maddi nemətlərin kənd təsərrüfatında səylə 
çalışmaq, torpağı qeyrətlə becərmək, mal-qaraya qayğı ilə yanaşmaq yolu ilə çoxaltmaqla 
əldə edilir. «Avesta»ya, onun daha sonrakı kitabı «Vendidat»a («Divlar əleyhinə» (Divlərə 
qarşı) qanun) görə, taxıl becərmək şər başlanğıca zərbə vurur və Xeyrin işini on min dua 
oxuyanda olduğu qədər irəli aparır. «Taxıl cücərəndə divləri tər basır, xırmanda döyülən 
taxıl sovrulub təmizlənəndə divlər gücdən düşür, [dəyirmanda] un çəkiləndə divlər fəryad 
edirlər… Qoy həmişə evdə un qidası olsun ki, divlər yaralansınlar (iflic olsunlar) – bundan 
onların ağızları od tutub yanır və onlar qaçıb aradan çıxmağa çalışırlar» – deyə «Avesta»da 
bu haqda bəhs olunur. Sonra deyilir: «…onlar evə də, kəndə də, vilayətə də, ölkəyə də 
dilənçilik və iflas (xarabazarlıq) gətirirlər. Onlarla silah gücünə mübarizə aparmaq 
lazımdır». Peyğəmbər öz təliminin tərəfdarlarına bu həyatda şər qüvvələrlə real 
mübarizədən ibarət belə bir çağırışla müraciət edir. 
Yuxarıda sadalanan mübarizə üsulları və yolları ilə yanaşı, səxavət göstərmək, 
vicdanlı olmaq, əhdə vəfa etmək kimi adi xeyirxahlıqlar da nəzərdə tutulurdu. 
«Avesta»da ictimai quruluşun və hüquqi institutların tam mənzərəsi 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin