8
xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali
Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi
xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı
nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn insanların sayı
xeyli
artdığından əhalinin dini tərkibi daha da zənginləşdi. Bunu həmin dövrdə Bakının dini
xəritəsi də təsdiqləyir. 1913-cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592
yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb
və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri,
kiçik kilsələr, kirxa və
sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik, lüteran və bir
sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki, tarixən çox konfessiyalı
ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması
üçün münbit şərait olub və
təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum bəhrələniblər.
Dostları ilə paylaş: