Азярбайъан республикасы дахили ишляр назирлийи


Azərbaycanda İslamın yayılması və İslamda tolerantlıq



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix13.12.2022
ölçüsü0,5 Mb.
#74278
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
307 multikulturalizm m N3pdf

Azərbaycanda İslamın yayılması və İslamda tolerantlıq. VII əsrin birinci 
yarısında Ərəbistan yarımadasında meydan gələn İslam dini və onun əsasında yaranan güclü 
Ərəb xilafəti öz nüfuzunu qıraq ərazilərə yaymaq üçün irimiqyaslı savaşlara başladı. 
Tarixdən İslamın və bir dövlət olmaq etibariylə Xilafətin (peyğəmbərin xəlifələri tərəfindən 
idarə olunduğu üçün belə adlanırdı) “yer üzünə yayılma çağı” adlanan dövrü başlandı.
Azərbaycan ərazisinə ərəblərin ilk hücumları 639-cu ilə təsadüf edir. “643-644-cü 
illərdə, xəlifə Ömərin dövründə, ərəblər tarixi Azərbaycan ərazisinin yalnız cənub və 
Dərbəndədək Xəzər sahili torpaqlarını tuta bildilər. 705-ci ildə isə Xəlifə I Validin 
zamanında ərəb qoşunları Mehranilər sülaləsini hakimiyyətdən uzaqlaşdıraraq Aqvan 
knyazlığına son qoydular. Bu dövrdən etibarən Şimali Azərbaycan torpaqları da Ərəb 
xilafətinin tərkibinə qatılmış oldu. Ölkə xilafət qanunları və canişinləri tərəfindən idarə 
olunmağa başladı. Azərbaycan Ermənistan və digər əyalətləri də içərisinə alan əl-Cəzirə 
adlanan dördüncü əmrliyin tərkibinə daxil idi. Bu əmirliyin paytaxtı əvvəlcə Dvin şəhəri 
Abbasilər taxta çıxdıqdan sonra Bərdə şəhəri oldu. 
«Bütün insanlar qardaşdırlar; bütün insanlar Allah qarşısında bərabərdirlər» kimi 
müddəaları Şərqdə çox yayılmış pul-əmtəə münasibətlərini inkişaf etdirib, onları dini 
cəhətdən izah edərək əsaslandırması, ayin (sitayiş forması) məsələsində sadəliyi, təbii ki, 
insanları cəlb edirdi. Buna qədim Şərqin dinlərinə məxsus ayinçiliyin, xüsusən zərdüştilik 
üçün səciyyəvi olan ibadət zamanı möminin pak olması tələbinin qalması da təsir göstərirdi. 
İslam dini təkcə üç qitənin – Avropanın, Asiyanın və Afrikanın qovuşduğu yerdə 
(coğrafi ərazidə), meydana gəlməmişdi, demək olar ki, o, həm də dağılmaqda olan quldarlıq 
quruluşunun Ərəbistanda qalmaqda davam edən qəbilə-tayfa münasibətləri ilə erkən orta 
əsrlər feodalizminin bir-birindən ayrıldıqları yolayrıcında meydana gəlmişdir. İslamın 
ehkamlarından həm onun yayılma sərhədlərinin sürətlə genişləndirilməsinə siyasi cəhətdən 
bəraət qazandırmaq üçün, həm də yeni sosial prinsiplərin möhkəmləndirilməsi üçün istifadə 
olunur. İslam məzlum aşağı təbəqələrin ideologiyasına çevrilməyə (ilkin xristianlıqda 
olduğu kimi) macal tapmadı, o özünün yaranmasının elə başlanğıcından dövlət dini rolunda 
çıxış etməyə başladı. Buna görə də artıq Məhəmmədin Məkkədən Mədinəyə köçdüyü 
(hicrət etdiyi) zamandan İslamda mənəvi-əxlaqi və fəlsəfi məsələlərdən daha çox müsəlman 
cəmiyyətinin ictimai-siyasi quruluşunun, onun həyat və fəaliyyətinin hüquqi cəhətlərinin 
prinsiplərinə diqqət verilirdi. Məhəmməd öz fəaliyyətinin ilk mərhələsində öz missiyasını 
(ilahi tapşırığını) yerinə yetirmək üçün təbliğat, dilətutma, qorxutma yollarından istifadə 
edir, yəni insanların şüuruna təbliğat fəaliyyəti ilə təsir göstərirdi. Bu haqda V.Bartold 
yazırdı: «Məkkədə Məhəmməd heç kəsin hökmdarı deyildi, o insanları tövbəyə, imana və 
fəal məhəbbətə dəvət edərkən yalnız onların könüllü iradəsinə müraciət edə bilərdi; təbii ki, 
Məkkə surələrində insanın vəzifələri və məsuliyyəti haqqında təlim Allahın hər şeyə qadir 
olması haqqında təlimdən daha çox yer alır. Müsəlman icmasının yarandığı (formalaşdığı), 
Məhəmmədin yeni din təbliğatından öz hərbi gücü ilə dinsizləri (kafirləri) və başqa 
dinlərdən onları dəhşətə gətirən bir teokratik (dini) dövlətin başçısına çevrildiyi Mədinə 
dövründə isə bütünlüklə başqa bir mənzərənin şahidi oluruq. İndi İslam süst bir dindən 
döyüşkən bir dinə çevrilir. Məhəmmədin Mədinəyə gəlişindən (622-ci il) onun ölümünədək 


18
(632-ci il) keçən on il [bu] dinc din və sosial həyat islahatçısının təlimini bütün dünyaya 

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin