Азярбайъан республикасы


 Yüklərin əllə yüklənməsi və boşaldılması



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   18   19   20   21   22   23   24   25   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.14.2. Yüklərin əllə yüklənməsi və boşaldılması, 
ağır yüklərin əl arabası ilə daşınması
1.14.2.1. Əllə yüklərin yüklənib-boşaldılmasında və
daşınmasında (qısa məsafəyə) hər bir fəhləyə düşən yük
norması aşağıda göstərilən həddən çox olmamalıdır:
-kişilər üçün – 50 kq;
-qadınlar üçün – 15 kq;
-həddi-buluğa çatmayan (yaşı 16-dan 18-ə qədər)
oğlanlar üçün – 15 kq;
-həddi-buluğa çatmayan qızlar üçün – 10 kq.
1.14.2.2. Qadınlar və həddi – buluğa çatmayanlara yalnız
aşağıdakı yüklərin yüklənib—boşaldılmasına icazə verilir:
-səpələnən yüklərin;
67


-yüngül çəkili yüklərin – (1.14.2.1 uyğun olaraq), boş
qabların;
-taxta materiallarının (nazik taxta və tirlər).
1.14.2.3. Əl ilə yüklərin daşınmasına yalnız məsafəsi 60
m-dən, yüksəkliyə qaldırmaq üçün isə yük qaldırılan
meydança pilləkənlə təchiz olunduqda və meydançanın
hündürlüyü 3 m-dən çox olmadıqda icazə verilir.
1.14.2.4. Yük daşınan pilləkənlərin və trapların eni 1 m-
dən az olmamalı və onların hər iki tərəfdən məhəccəri
olmalıdır.
1.14.2.5. Iş bir neçə fəhlənin köməyi ilə yerinə
yetirilərsə, işin təhlükəsiz aparılmasının qanun –qaydasını
bilən təcrübəli şəxsdən briqadir seçilməlidir.
1.14.2.6. Işə başlamazdan əvvəl briqadir briqada
üzvlərinə işin təhlükəsiz aparılması barədə təlimat verməlidir.
1.14.2.7. Briqadir işin düzgün və təhlükəsiz aparılmasına
cavabdehdir.
1.14.2.8. Müəyyən bir ağırlıq qaldırılan, aparılan və endi-
rilən zaman, briqadir elə yerdə dayanmalıdır ki, göstəriş
verəndə bütün briqada üzvlərini, briqada üzvləri isə onu görə
bilsin.
1.14.2.9. Göstəriş uca və aydın səslə verilməlidir. Yük
qaldırılan, aparılan və endirilən zaman diqqətli olmaq lazımdır
ki, yaxınlıqda kənar şəxslər olmasın.
1.14.2.10. Yük əl arabasında daşınarkən aşağıdakı
şərtlərə riayət edilməlidir:
-əl arabasına yığılan yük taraz yığılmalıdır;
-əl arabası yükqaldırma qabiliyyətindən artıq yüklənmə-
məlidir.
1.14.2.11. Əl arabasının döşəməsi saz taxtadan və ya
dəmir lövhədən olmalıdır.
68


1.14.2.12. Əl arabası ilə tək (bir) qırılmayan yükü boşal-
darkən, işi ehtiyatla görmək lazımdır ki, özünə və ya
yaxınlıqda olan şəxsə xətər gəlməsin.
1.14.2.13. Əl arabasından boşaldılmış yük qabaqcadan
ayrılmış yerə səliqə ilə yığılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin