1.8.4.3. Materialların anbarlara yüklənməsi və boşaldıl-
masında istifadə olunan mexanizmlər və elektroyükləyicilərin
şlanqlı kabelləri saz vəziyyətdə olmalıdır.
1.8.4.4. Anbar müdiri (anbardar) işin sonuna yaxın bütün
otaqlara baxış keçirməli və ancaq onların yanğın
təhlükəsizliyinə əmin olduqdan sonra elektrik şəbəkəsini
söndürməli və anbarı bağlamalıdır.
1.8.4.5. Istehsalat və yardımçı binaların, anbarların zirzə-
milərində lakların, rənglərin, kalsium karbidin, qaz dolu balon-
ların, AAM və YM və digər yanğın və partlayış təhlükəli mad-
dələrin və materialların saxlanılmasına yol verilmir.
1.8.4.6. Materiallar anbarının otaqlarında elektrokar, av-
toyükləyici və digər daxiliyanma mühərrikli texnikanın
dayanacağı qadağandır.
1.8.5. Yanar qaz balonları saxlanılan anbarlar
1.8.5.1. Yanar qaz balonları saxlanılan
anbarlar
çardaxsız, arakəsməsiz,
yüngül tip örtüklü yanmayan
konstruksiyalardan tikilməli və birmərtəbəli olmalıdır.
Atmosfer çöküntüləri və günəş şüalarının təsirindən ba-
lonları qorumaq şərti ilə onların açıq meydançalarda da saxla-
nılmasına icazə verilir.
1.8.5.2. Yanar qaz balonları saxlanılan anbarların döşə-
mələri zərbə zamanı qığılcım verməyən materialdan olmalıdır.
1.8.5.3. Qrup halında balonların divarla arakəsməsi olma-
dan yerləşdirilməsinə yalnız yanmayan bütöv divarlı (qapı və
pəncərəsi olmayan divar) binalarda icazə verilir.
Qrup halında balonlar şkaflarda və ya yanmayan mate-
riallardan hazırlanmış xüsusi budkalarda saxlanılmalıdır.
36
1.8.5.4. Sıxılmış, mayeləşdirilmiş, həll olunmuş qazların
saxlanılması üçün ayrılmış balonlar [9]-n tələblərinə cavab
verməlidir.
Balonların xarici səthi hər bir qaz üçün müəyyən edilmiş
rəngə uyğun rənglənməlidir.
1.8.5.5. Balonların müəyyən edilmiş normadan artıq sıxıl-
mış, mayeləşdirilmiş və həll olunmuş qazlarla doldurulması qa-
dağandır.
1.8.5.6. Yanar qaz balonları (hidrogen, asetilen, propan,
etilen və s.)
oksigenli balonlardan, sıxılmış hava və digər
oksidləşdiricilərdən, həmçinin zəhərli qazlardan ayrı
saxlanılmalıdır.
1.8.5.7. Oksigenli balonlar yağlarla və yağlı materialı olan
armaturlarla təmasda olmamalıdır. Oksigenli balonların əllə
daşınması zamanı ventildən tutmaq qadağandır.
1.8.5.8. Sıxılmış qaz stansiyalarının partlayış təhlükəli otaqla-
rında və yanar qaz balonları saxlanılan otaqlarda təhlükəli qaz qa-
tılığının yaranması barədə siqnal verən cihazlar quraşdırılmalıdır.
Göstərilən cihazlar olmadıqda otağın havasının növbədə
bir dəfədən az olmayaraq qaz analizi aparılmalıdır.
Analiz üçün hava nümunələri otağın aşağı və yuxarı hissə-
lərindən götürülməlidir. Otaqda təhlükəli qaz qatılığı aşkar olu-
narsa, otağın havasının dəyişdirilməsi üçün tədbirlər görülməli,
onun qazlanması səbəbləri aydınlaşdırılmalı və aradan qaldırıl-
malıdır.
1.8.5.9. Düzülmə zamanı balonların bir-birindən zərbə al-
masına, balon qapaqlarının döşəməyə düşməsinə yol verilmə-
məlidir.
1.8.5.10. Yanar qaz balonlarında sızma aşkar olunarsa,
həmin balonlar təcili olaraq anbardan kənarlaşdırılmalıdır.
1.8.5.11. Yanar qaz balonları istilik mənbələrindən 1m-
dən az olmayan məsafədə saxlanılmalıdır.
37
1.8.5.12. Yanar qaz balonları saxlanılan anbarlara ayaq-
qabısının altlığına (dabanına)
metal mismar və ya nal
vurulmuş şəxslərin daxil olması qadağandır.
1.8.5.13. Balonların günəş şüalarının birbaşa təsirindən
qorunması üçün anbarın pəncərə şüşəsi ağ rənglə rənglənməli
və ya günəşdən qorunma qurğuları ilə təchiz olunmalıdır.
1.8.5.14. Balonlar saxlanılan anbarlardan radiusu 10 m-
dən yaxın məsafədə yanar materialların saxlanılması və odlu
işlərin aparılması qadağandır.
1.8.5.15. Başmaqlı yanar qaz balonları anbarlarda şaquli
(dik) vəziyyətdə saxlanılmalıdır. Balonların aşmaması üçün,
onlar xüsusi yuvalara yerləşdirilməli və ya çəpərlənməlidir.
1.8.5.16. Başmağı olmayan balonlar taxta çərçivələrdə və
ya stellajlarda üfiqi vəziyyətdə saxlanılmalıdır.
Balonlar sıra ilə yığılarkən, onların hündürlüyü 1,5 m
artıq olmamalı, bütün ventillər qoruyucu qapaqlarla
bağlanmalı və hamısı bir tərəfə yönəldilməlidir.
1.8.5.17. Yanar qaz balonları saxlanılan anbarların təhlü-
kəsiz qaz qatılığını təmin edən məcburi ventilyasiyası olmalıdır.
Ventilyasiyası nasaz anbarların istismarı qadağandır.
1.8.5.18. Qaz balonları
olan anbarlarda digər maddə,
material və əşyaların saxlanılması qadağandır.
Dostları ilə paylaş: