Daxiliyanma mühərrikləri
1.5.54. Daxiliyanma mühərrikinin işlənmiş qazlar sistemi
işlənmiş qazların quyu ağzından 15m-dən az olmayan, intiqal
blokunun yan örtüyündən 5m-dən az olmayan (işlənmiş qazlar
boru xətti üfqi qoyularsa) və intiqal bloku damının səthindən
1,5m-dən az olmayan hündürlüyə (işlənmiş qazlar boru xətti
şaquli qoyularsa) çıxarılmasını nəzərdə tutmalıdır (əgər blok
örtüyü yanan materialdan hazırlanmışdırsa).
1.5.55. Işlənmiş qazlar boru xətti qığılcımyağtutanla
təchiz olunmalı və buruqdakı iş yerlərinə bu qazların daxil
olmasını istisna etməlidir.
22
1.5.56. Işlənmiş qazlar borusu daxiliyanma mühərriki ilə,
kollektorlar işləyən zaman onlardan gələn titrəyişin ötürülməsi-
nin qarşısını alan amortizasiya qurğusu vasitəsi ilə birləşdiril-
məlidir.
1.5.57. Daxiliyanma mühərriki üçün yanacaq
tutumlarının intiqal blokundan, digər binalar və qazma
qurğularından 40m-dən az olmayan məsafədə yerləşdirilməsi
nəzərdə tutulmalıdır. Yanacaq-sürtgü materiallarının ehtiyatı
buruqdan vışka hündürlüyündən 10m-dən artıq olan məsafədə
yerləşdirilməlidir.
Yanacaq xəttinin hər iki ucunda siyirtmə olmalıdır: biri
yanacaq çənlərinin çıxışında; digəri isə intiqal bloku tərəfdən
bayır örtüyündən 5m-dən az olmayan məsafədə olmalıdır.
1.5.58. Daxiliyanma mühərrikləri üçün təyin olunmuş
otaqda silgi materiallarının və yanacağın saxlanılması
qadağandır.
1.5.59. Daxiliyanma mühərriklərini qidalandırmaq üçün
təbii və ya neft səmt qazlarından istifadə edilən zaman mütləq
onu əlavə separasiya etməli və
22
-ə uyğun olaraq qaz
xəttində təzyiq tənzimləyicisi qoyulmalıdır.
Traktor-qaldırıcılar, dartıcılar, xüsusi təyinatlı
traktorlar,
ekskavatorlar və buldozerlər
1.5.60. Quyuların mənimsənilməsi, əsaslı və cari təmiri
üçün qurğular və traktor-qaldırıcılar təhlükəsiz şpil makarası (şpi-
levaya katuşka) ilə təchiz olunmalıdırlar. Makara olmadıqda valın
ucu örtüklə bağlanmalıdır. Traktor-qaldırıcı səs siqnalı ilə, sürü-
cünün arxa tərəfindəki pəncərə şəbəkə və dayaqlarla təchiz
olunmalıdır.
23
1.5.61. Traktorlarda gecə vaxtı işləmək üçün arxa və
qabaq işıqlandırıcı fənərlər olmalıdır.
1.5.62. Traktorçu traktor-qaldırıcını yerindən hərəkət et-
dirməyə başlamazdan əvvəl, onun hərəkət yolunda adamların
olmamasına və kənar əşyalara ilişmədiyinə əmin olmalıdır.
Traktor–qaldırıcı hərəkətə gətirilməzdən əvvəl səs siqnalı ilə
ətrafdakılar xəbərdar edilməlidir.
1.5.63. Qış vaxtı traktorun yana sürüşməsinin qarşısını
almaq üçün onun tırtıllarında xüsusi tərtibatlar qoyulmalıdır.
1.5.64. Traktorların kabinəsinin baxış pəncərələri traktor-
çunu yaxşı görünmə ilə təmin etməli və şüşətəmizləyəni
olmalıdır. Traktor- qaldırıcıların kabinəsində qabaq, yan və
arxa pəncərələrdən savayı üstündə də baxış pəncərəsi
olmalıdır. Traktor- dartıcının kabinəsinin arxa pəncərəsi,
həmçinin traktor- qaldırıcının arxa və yuxarı pəncərələri dəmir
barmaqlıqlarla mühafizə olunmalıdır.
1.5.65. Traktor- qaldırıcı işə başlamazdan əvvəl
mühərrikin və qaldırıcı bucurqadın işi yoxlanılmalıdır.
Bu zaman əsas diqqət əyləc sisteminin və traktorun işlək
hissəsinin sazlığına yetirilməlidir.
1.5.66. Yanacaq-sürtgü materiallarının ehtiyat tutumları
traktor- qaldırıcının dayandığı yerdən 20m-dən az olmayan
məsafədə yerləşdirilməlidir.
1.5.67. Traktor -qaldırıcının işlənmiş qazlar borusu səs
boğucu və qığılcımsöndürücü ilə təchiz edilməli və yuxarıya
elə qaldırılmalıdır ki, işlənmiş qazlar kabinəyə daxil olmasın.
1.5.68. Ekskavator dağın döşü ilə (yamacla) hərəkət
edən zaman onun aşmasının qarşısını almaq üçün hərəkət
marşrutu düzlənməlidir.
Qazmağa başlamazdan əvvəl ekskavator əvvəlcədən ha-
zırlanmış hamar meydançaya qoyulmalı və onun tırtılları
(çarxları) əyləclənməlidir.
24
1.5.69. Iş vaxtı, çalov (kovş) qruntdan çıxarılmayana
qədər platformanın döndərilməsi, həmçinin ilməklərin köməyi
ilə yanda yerləşmiş yükün dartılması qadağandır.
1.5.70. Əgər ekskavatorun idarəetmə banının arxa divarı
ilə xəndəyin yanı və ya tikili arasındakı məsafə qolun istənilən
vəziyyətində 1 m-dən az olarsa, ekskavatorda işlər dayandırıl-
malıdır.
1.5.71. Ekskavator işləyən zaman qazıntı aparılan tərəfdə
hər hansı başqa işlərin yerinə yetirilməsinə və ekskavatorun hə-
rəkət radiusu üstəgəl 5 m məsafədə adamların olmasına icazə
verilmir.
1.5.72. Ekskavatorla qrunt yük avtomaşınına yüklənən
zaman qrunt sürücünün kabinəsinin üstündən deyil, yalnız yan
və arxa tərəfdən verilməlidir.
Ekskavator işləyən zaman adamların (sürücünün) yük av-
tomaşınının kabinəsində, yaxud avtomaşınla ekskavatorun
arasında olmaları qadağandır.
1.5.73. Ekskavator dayandırılan zaman qolu
ekskavatorun oxu boyunca yerləşdirilməli, çalovu (kovşu) isə
yerə endirilməlidir. Ekskavatorçu qruntla dolu çalov (kovşun)
yuxarı qaldırılmış vəziyyətdə olduqda ekskavatordan
düşməməlidir.
1.5.74. Tikinti meydançası hüdudları daxilində, ekskava-
torun hərəkət etdiyi yol əvvəlcədən düzləndirilməli, zəif
qruntlarda isə inventar sipərlərlə möhkəmləndirilməlidir.
1.5.75. Birçalovlu ekskavatorun hərəkəti zamanı onun
qolunu mütləq hərəkət istiqamətində qoymalı, çalovu isə
yerdən 0,5-0,7 m qaldırmalı.
1.5.76. Ekskavatorun yüklənmiş çalovla hərəkət etməsi
qadağandır.
1.5.77. Tırtıllı ekskavatorun körpülərin, kəsişən yolların
üstündən salınan körpülərin və s. üzəri ilə hərəkət etməsinə
yalnız müvafiq təşkilatlardan icazə alındıqdan sonra yol verilir.
25
1.5.78. Ekskavatorun kiçik çayların dayaz yerlərində hə-
rəkət etdirilməsi məsul iş rəhbərinin hərəkət yolunu yoxlama-
sından sonra, onun icazəsi ilə yerinə yetirilməlidir.
1.5.79. Ekskavator işləyən zaman aşağıdakılara əməl
edilməlidir:
-xəndəyin kənarında çalovlu qolun təhlükəli hərəkət zo-
nasında olmamalı;
-ekskavatorçunun siqnalını izləməli;
-ekskavator qruntun dağılma (uçma) prizması hüdud-
larında işləyən zaman xəndəyin kənarına yaxınlaşmamalı.
1.5.80. Xəndəyin qazılması üzrə işlərin müvəqqəti dayan-
dırılması və ya ekskavatorun təmiri zamanı, çalov qaldırılmalı,
ekskavator isə xəndəyin qırağından 2 m-dən az olmayaraq,
dağılma prizması zonası hüdudlarından kənarda dayandırılma-
lıdır. Bu zaman ekskavator əyləclənməli, tırtılların (çarxların)
altına dayaq (altlıq) qoyulmalıdır.
1.5.81. Buldozeri dayandıran zaman, onun laydırını yerə
endirmədən buldozerçinin buldozeri tərk etməsi qadağandır.
1.5.82. Xəndəyin doldurulması zamanı, buldozerin
xəndəyə sürüşüb düşməsinin qarşısını almaq üçün laydırın
xəndəyin kənarı ilə hərəkətinə yol verilməməlidir.
1.5.83. Buldozerin sürüşməsinə və maşının aşmasına
imkan verməmək üçün onun yağışlı havada gilli qruntlarda
işləməsinə icazə verilmir.
26
|