Азярбайъан республикасы


Çəpərlər (örtüklər, sipərlər)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə6/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Çəpərlər (örtüklər, sipərlər)
1.5.30. Avadanlıqların, aparatların, mexanizmlərin və
alətlərin açıq hərəkət edən və fırlanan hissələri çəpərlənməli
və ya örtüklə bağlanmalıdır. Belə avadanlıqlar çəpər
olmadıqda və ya açıq olduqda onların işə düşməsinin qarşısını
alan bloklayıcı sistemlə təchiz edilməlidirlər.
1.5.31. Çəpər tez yığıla bilən və quraşdırma üçün rahat
olmalıdır.
18


1.5.32. Çəpərin və ya örtüyün konstruksiyası və bərkidil-
məsi işçilərin təhlükəli hissələrə təsadüfən toxunmasını istisna
etməlidir.
1.5.33. Ionlaşdırıcı şüalanma mənbəyi olan avadanlıq və
armatur

124

-ün tələblərinə müvafiq mühafizə ekranı ilə
təchiz edilməlidir.
1.5.34. Neftqazçıxarma obyektlərinin bütün potensial
təhlükəli yerlərində (açıq tutumlar, transmissiyalar və s.),
oraya bütün istiqamətlərdən yolu bağlayan çəpərlər olmalıdır.
Çəpərin qapısının açılmasını və ya onun götürülməsini
avadanlıq və ya mexanizm tam dayandıqdan sonra etmək
olar. Avadanlığın və ya mexanizmin işə salınmasına yalnız
çəpər yerinə qoyulduqdan və onun bütün sökülüb-yığılan
hissələri etibarlı bərkidildikdən sonra icazə verilir.
1.5.35. Məhəccərli çəpərin hündürlüyü 1,25m-dən
(intiqalı kəmərdən olan avadanlıqlar üçün 1,5m-dən) az
olmamalı, çəpərin aşağı kəmərinin (zolağının) hündürlüyü
0,15m olmalı, ayrı-ayrı kəmərlər (zolaqlar) arasındakı məsafə
0,40m-dən, dirəklər arasındakı məsafə isə 2,5m-dən artıq
olmamalıdır.
Kəmər intiqallı avadanlıqlarda məhəccərli çəpərlər tətbiq
edilərkən, intiqal kəməri qırılan zaman yaranacaq təhlükənin
qarşısını almaq məqsədilə hər iki qasnağın (şkiv) xarici
tərəfində metal sipərlər quraşdırılmalıdır.
Əgər təhlükəli zonadan 0,35m-dən artıq məsafədə çəpər
qoymaq mümkündürsə, onda avadanlıq və mexanizmlərin hə-
rəkət edən hissələrinə girişi bağlamaq üçün məhəccərli
çəpərdən istifadə etməyə icazə verilir.
1.5.36. Avadanlıqların hərəkət edən elementlərinin torşə-
killi çəpərinin hündürlüyü 1,8m-dən az olmamalıdır.
Hündürlüyü 1,8m-dən az olan mexanizmlər tam olaraq
(üstdən də) çəpərlənməlidir. Torun gözcüklərinin ölçüləri
30x30mm-dən artıq, məftilinin diametri isə 2 mm-dən az
19


olmamalıdır. Torşəkilli çəpərin metal çərçivəsi (karkası)
olmalıdır.
1.5.37. Kənarı, hərəkət edən və yaxud fırlanan
detallardan 0,1 m aşağı və döşəmənin səviyyəsindən 0,5 m
yuxarı olarsa, aşağı hissəsi açıq olan örtüklərdən istifadə
etməyə icazə verilir.
1.5.38. Qayış ötürməsinin çəpərinin hündürlüyü 1,5 m-dən az
olmamalı və hər iki qasnağın xarici tərəfdən metal sipərləri ol-
malıdır.
1.5.39. Tez-tez nəzərdən keçirilməsi və xidmət
göstərilməsi tələb olunan bəndlərin sökülə bilən çəpərləri və
ya tezçıxarıla bilən lyukları olmalıdır.
1.5.40. Dişli və zəncirli ötürmələr rahat yığılıb-sökülən,
çıxarılan hissələri və tərtibatları olan bütöv metal sipərlərlə
(örtüklərlə) örtülməlidirlər.
1.5.41. Mexanizmlərin və aqreqatların hərəkət edən hissə-
lərinin çıxıntılı detalları (o cümlədən valların işgilləri) və hərəkət
edən birləşmələr bütün hərəkətləri boyu örtüklə bağlanmalı-
dırlar.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin