Азярбайъан республикасы


 Ümumi təşkilati-texniki tələblər



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə3/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.3. Ümumi təşkilati-texniki tələblər
1.3.1. Bu Qaydalar qüvvəyə mindikdən sonra istismar
olunan obyektlər müvafiq dövlət nəzarət orqanları ilə razılaşdı-
rılmış müddətdə bu Qaydaların tələblərinə
uyğunlaşdırılmalıdır.
1.3.2. Bu və qüvvədə olan digər «Qaydalar»a, normalara
əsasən (uyğun) bütün müəssisələrdə əməyin təhlükəsizliyinə
dair peşələr və iş növləri üzrə təlimatlar olmalıdır.
1.3.3. Xarici dövlətlərdə istehsal olunmuş qazma və neft-
mədən və s. müvafiq avadanlıqların Azərbaycan Respublika-
sında tətbiqi Azdövdağtexnəzarət Komitəsinin razılığı ilə aparıl-
malıdır.
7


1.3.4. Neftqazçıxarma profili üzrə fəaliyyət göstərən və
yeni istismara verilən bütün obyektlər adı, nömrəsi və sahibi
göstərilmiş yaxşı görünən yerdə quraşdırılmış trafaretlərlə
təchiz olunmalıdır.
1.3.5. Eyni obyektdə bir neçə müəssisə işlədikdə
(fəaliyyət göstərdikdə) işlərin təşkili və aparılması qaydası,
ümumi rəhbərlik bu müəssisələrin rəhbərləri tərəfindən
təsdiqlənmiş müəssisələr arasında qarşılıqlı əlaqəyə dair
müqavilə ilə müəyyən edilir (tənzimlənir), bir müəssisənin bir
neçə bölməsi tərəfindən iş aparıldıqda isə – müəssisənin
rəhbərliyi tərəfindən təyin edilmiş qaydaya uyğun
aparılmalıdır.
1.3.6. Yüksək istehsalat təhlükəsi olan yerlərdə işlər tap-
şırıq-buraxılış üzrə yerinə yetirilməlidir.
Idarə və müəssisələrdə tapşırıq-buraxılış tələb edən
xüsusi təhlükəli işlərin siyahısı tərtib olunmalı, baş mühəndis
(müəssisənin texniki rəhbəri) tərəfindən təsdiqlənməlidir.
Təhlükəli işlərin yerinə yetirilməsinə məsul şəxslər və tapşırıq-
buraxılış vermə səlahiyyəti olan şəxslər təyin edilməlidir.
Yüksək təhlükəli işlər, belə işlərin təşkili və təhlükəsiz
aparılmasını müəyyən edən, müəssisənin texniki rəhbərliyi
tərəfindən təsdiqlənmiş təlimatların tələblərinə uyğun olaraq
yerinə yetirilməlidir.
1.3.7. Partlayış-yanğın təhlükəli obyektlərdə baş verə
biləcək qəzaların ləğv edilməsi planı işlənilməlidir. Planda ob-
yektin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, qəzaların qarşı-
sının alınması və ləğvində, yanma və ya partlayışların baş ver-
məməsi və həmçinin qəzanın ləğvi ilə məşğul olmayan
adamların təhlükəsiz təxliyəsi üzrə heyətin çevik hərəkəti
nəzərdə tutulmalıdır.
1.3.8. Bədbəxt hadisə baş verdikdə zərərçəkən
(xəsarətalan) və ya hadisənin şahidi olmuş şəxs, hadisə yerini
olduğu kimi saxlamaqla (əgər bu təhlükəyə və qəzaya səbəb
8


olmazsa) birbaşa tabe olduğu rəhbərə bu haqda məlumat
verməlidir.
1.3.9. Istehsalat obyektində, işin rəhbərinin və ya
obyektin rəhbərliyinin icazəsi olmadan kənar şəxslərin olması
qadağandır.
Iş görülən sahədə bu işlə əlaqəsi olmayan şəxslərin
olması qadağandır.
1.3.10. Iş yerlərində və təhlükəli yerlərdə, müəssisənin
baş mühəndisi tərəfindən təsdiqlənmiş siyahı üzrə müvafiq
təhlükəsizlik plakatları və nişanları asılmalıdır
(quraşdırılmalıdır).
1.3.11. Istehsalat obyektləri və briqadaları təhlükəsizlik
səviyyəsini artırmaq üçün müvafiq vasitələrlə, quruluşlarla və
cihazlarla təchiz olunmalıdır.
1.3.12. Obyektlərdə avadanlıqların yerləşdirilməsi, onlara
təhlükəsiz qulluğu və onların təhlükəsiz təmirini təmin
etməlidir.
1.3.13. Yeraltı kommunikasiyalar keçən (çala) quyular
möhkəm qapaqlarla örtülməli və onlar düşüb-çıxmaq üçün
pilləkənlə və ya divara vurulmuş dəmir pərçimlərlə (pillələrlə)
təchiz olunmalıdır.
1.3.14. Yerin səthindən keçən boruların, o cümlədən xən-
dəklərin və qanovların üstündən keçmək üçün eni 0,6 m olan,
hündürlüyü 1 m-dən az olmayan məhəccərli körpülər quraşdırıl-
malıdır.
1.3.15. Hər bir işçi, insan üçün hər-hansı bir təhlükəni
görərsə, dərhal həmin təhlükəni aradan qaldırmaq üçün
ondan asılı olan tədbirləri görməli və bu haqda birbaşa
tabeçiliyində olduğu rəhbərliyə və ya bu işlərə məsul olan
şəxsə, əgər dispetçer xidməti mövcuddursa – növbə
dispetçerinə məlumat verməlidir.
1.3.16. Müəssisənin istehsalat bölmələrində
(obyektlərdə) «Əmək şəraitinin vəziyyətinin yoxlanılması
9


jurnalı» aparılmalıdır. Jurnalda, müəssisənin və yuxarı
təşkilatın rəhbərliyi və mühəndis-texniki işçiləri, əməyin
mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin işçiləri və
həmçinin nəzarətedici və yoxlayıcı dövlət orqanlarının
səlahiyyətli nümayəndələri tərəfindən obyektlərdə əməyin
mühafizəsi üzrə çatışmamazlıqlara və onların aradan qal-
dırılmasına dair müvafiq qeydlər aparılır. Jurnalın forması [36]
–da verilmişdir. 
1.3.17. Elektrik hava xəttlərinin altında hər hansı bir işin
aparılması qadağandır.
Müstəsna hallarda tikinti maşınları, avtokran və ya digər
mexanizmlərlə hava elektrik veriliş xəttlərinin mühafizə
zonaları həddində işlər, bunun üçün tapşırıq–buraxılış vərəqəsi
və bu elektrik verici xəttlərini istismar edən təşkilatın rəsmi
yazılı icazəsi ilə [32, 33]–ün tələblərinə əməl olunmaqla bu
işlərə cavabdeh iş icraçısının rəhbərliyi altında yerinə yetirilə
bilər.
Hava elektrik veriliş xəttlərinin mühafizə zonaları m-lə:
gərginlik
1000 V-a qədər
-2;
20 kV –a qədər
-10;
35 kV-a qədər 
-15;
110 kV –a qədər
-20;
150, 220 kV-a qədər
-25;
330, 500 kV-a qədər
-30;
750 kV-a qədər
-40;
1150 kV-a qədər
-55.
1.3.18. Yeni tikilmiş, yenidən qurulan təhlükə potensiallı
obyekt istismara qəbul edilməzdən ən azı 3 gün əvvəl
Azdövdağtexnəzarət Komitəsinə məlumat verilməlidir.
10



Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin