Азярбайъан республикасы



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə9/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

1.6. Polad kanatlar 
1.6.1. Yükqaldırma mexanizmlərinin tellənməsi üçün isti-
fadə edilən polad kanatlar [7] –in tələblərinə uyğun olmalıdır.
Bu tələblər həmçinin yük kanatı, daşıyıcı və dartıcı kimi
istifadə edilən polad kanatlara şamil edilir.
Polad kanatlardan hazırlanmış yük ilməkləri müəyyən
edilmiş tələblərə uyğun olmalıdır.
1.6.2. Quyuların tikilməsi zamanı tal kanatının ehtiyat
möhkəmlik əmsalı (kanatın qırılma qüvvəsinin tal kanatının
işlək ucunun gərilmə qüvvəsinə nisbəti) 3-dən az olmamalıdır.
Müstəsna hal kimi ağır qoruyucu kəmər buraxılan və qəza
işləri görülən zaman bu əmsalın 2-yə endirilməsinə icazə
verilir.
1.6.3. Quyuların təmiri üzrə qazma qurğuları və aqreqat-
larının tal sistemləri üçün müvafiq dövlət standartlarının tələb-
lərinə uyğun, istismar və kəşfiyyat qazmaları üçün olan tal
kanatları tətbiq edilməlidir.
Azdövdağtexnəzarət Komitəsinin icazəsi ilə keyfiyyətcə
Azərbaycan Respublikası standartlarının tələblərindən aşağı
səviyyədə olmayan, xarici ölkələrdə istehsal olunmuş tal
kanatlarından istifadə etməyə yol verilir.
1.6.4. Kanatların birləşməsi onun sərbəst ucunun
kouşdan keçirilərək hörülməsi və ya 3-dən az olmayaraq
vintvari sıxacla bərkitmək yolu ilə yerinə yetirilməlidir. Sıxaclar
arasındakı məsafə kanatın diametrinin 6 mislindən az
olmamalıdır.
1.6.5. Kanatın vəziyyətinə daima nəzarət edilməlidir. Ka-
nata baxışın tezliyi işin xarakteri və şəraitindən asılı olaraq
müəyyən edilməlidir. Çıxdaşetmə və kanatın dəyişdirilməsi 

7

ilə müəyyən edilmiş meyarlara uyğun olaraq aparılmalıdır.
Aşağıda göstərilən hallardan biri olduqda kanatdan istifa-
də etmək qadağandır:
27


-hörüklərindən biri qırılmışdırsa, əzilmişdirsə, kanatın bir
və ya bir neçə hörüyündə tellər əzilmişdirsə;
-kanatın və ya hörüyün özəyi əzilmişdirsə;
-kanatda dalğaya və zənbiləbənzər şəkilli deformasiyalar
vardırsa, kanatın diametri artıb və ya azalmışdırsa (yerli);
-diametri 20mm-ə qədər olan kanatın bir addımında qırıl-
mış tellərin sayı bütün tellərin sayının 5%-dən çox olarsa,
diametri 20mm-dən çox olan kanatda isə qırılmış tellərin sayı
bütün tellərin sayının 10%-dən çoxdursa;
-kanatda burulma («juçok») vardırsa;
-səthi yeyilmə, korroziya nəticəsində kanatın diametri
7% və daha çox azalmışdırsa;
-kanatın xarici tellərinin diametri yeyilmə, korroziya nəti-
cəsində 40% və daha çox azalmışdırsa;
-onun üzərində yüksək temperatur şəraitində olmaq izləri
(rənginin dəyişməsi, yanıq) və ya elektrik qısa qapanması
(elektrik qövsündən ərimə) izləri vardırsa.
1.6.6. Qazma qurğularında, əsaslı və cari təmirdə,
traktor-qaldırıcıda və digər yerlərdə calanmış kanatlardan
istifadə edilməsi qadağandır.
1.6.7. Tal kanatlarının, həmçinin vışkaların, dorların qal-
dırılması üçün istifadə edilən kanatların, dartıcıların, qoruyucu
kanatların elektrik qaynağı vasitəsi ilə kəsilməsi qadağandır.
Kanatların kəsilməsini mühafizə eynəkləri (maska) tətbiq
etməklə xüsusi tərtibatdan (kanatkəsən) istifadə edərək
yerinə yetirmək lazımdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin