Азярбайъан республикасы


Pilləkənlər və meydançalar



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə7/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Pilləkənlər və meydançalar
1.5.42. Marş pilləkənlərinin mailliyi 60
0
-dən çox (rezer-
vuarlarda 50
0
-dən çox) olmamalı, adi pilləkənlərin eni 0,65 m-
dən, ağırlıq daşınan pilləkənlərin isə–1 m-dən az olmamalıdır.
Pillələr arasındakı hündürlük üzrə məsafə 0,25 m-dən
çox olmamalıdır. Pillələrin içəriyə doğru mailliyi 2-5
0
olmalıdır.
Pillələrin hər iki tərəfinin, hündürlüyü 0,15 m-dən az
olmayan yan haşiyələri olmalıdır.
Pilləkənlərin hər iki tərəfdən 1 m hündürlükdə məhəccəri
olmalıdır.
20


1.5.43. Marş pilləkənlərinin orta tamasası olmaqla iki tə-
rəfli 1 m hündürlüklü məhəccəri olmalıdır. Dirəklər arasındakı
məsafə 2 m-dən çox olmamalıdır.
1.5.44. Marş pilləkənlərinin quruluşu, üstündə hərəkət
edərkən onun əyilməsini və yerdəyişməsini istisna etməli və
2000N (200 kq) yükə davam gətirməlidir.
1.5.45. Tunel tipli metaldan olan nərdivanların eni 0,60 m-
dən az olmamalı, radiusu 0,35-0,40 m olan qoruyucu qövsləri ol-
malı və onlar da öz növbəsində qoruyucu zolaqlarla bərkidilməli-
dir. Qövslər arasındakı məsafə 0,80 m-dən çox olmamalıdır.
Qövsün pillələrdən ən aralı nöqtəsi 0,70-0,80 m həddində olma-
lıdır.
Nərdivanlar şaqul üzrə bir-birindən 6 m-dən çox olmayan
məsafədə quraşdırılmış aralıq meydançalarla təmin edilməlidir.
Tunel tipli söykəmə nərdivanların pillələri arasındakı mə-
safə 0,35 m-dən çox, eni isə 0,6 m-dən az olmamalıdır.
1.5.46. Tunel tipli nərdivanlar və pilləkənlər 2500 N
(250kq) yükə davam gətirməlidir.
1.5.47. Tunel tipli nərdivanların və pilləkənlərin yan his-
sələri (tetiva), keçid meydançasına çıxış yerində onun
üzərində 1m hündürlüyündə məhəccərlə qurtarmalıdır.
Məhəccərlər meydançaya tərəf əyilməli və ona möhkəm
bərkidilməlidir.
1.5.48. Hündürlükdə yerləşən işçi meydançaların döşəmə
səthi sürüşməni istisna edən metal təbəqədən və ya qalınlığı
40mm-dən az olmayan taxtadan olmalı, hündürlüyü 1,25 m
olan (bir-birindən 0,40 m-dən çox olmayan məsafədə yerləşən
uzununa tamasalı) məhəccəri, döşəmədən 1 sm-dən çox
olmayan hündürlükdə yerləşən hündürlüyü 0,15 m-dən az
olmayan yan haşiyəsi (bortu) olmalıdır.
1.5.49. Keçid meydançaları pilləkənlərə sərbəst keçməyi
təmin etməlidir. Onların sürüşməni istisna və atmosfer çökün-
21


tülərinin axıb getməsini təmin edən metal döşəmələri
olmalıdır.
1.5.50. 1 m-dən çox olmayan hündürlükdə yerləşən
meydançaların hündürlüyü 1 m olan məhəccərli çəpəri
olmalıdır. Məhəccərlərin dayaqları arasındakı məsafə 2 m-dən
çox olmamalıdır. Dayaqlar, aralarındakı məsafə 0,4 m olan
üfqi tamasalarla bir-birinə birləşdirilməlidir.
Meydançanın çəpərinin 0,15 m-dən az olmayan və döşə-
mədən 1 sm-ə qədər hündürlükdə yerləşən yan haşiyəsi
olmalıdır.
1.5.51. Meydançalar və pilləkənlər müntəzəm olaraq
qardan, buzdan və çirkdən təmizlənməlidir.
1.5.52. Yanğın və partlayış təhlükəli obyektlərdə (neftin
hazırlanması qurğularında, rezervuar parklarında və s.) taxta
döşəməli meydançalardan istifadə etmək qadağandır.
1.5.53. Işçinin (xidmət üçün) 0,75 m-ə qədər hündürlüyə
qalxması tələb olunan obyektlər (yerlər) pillələrlə, 0,75-dən
artıq hündürlükdə isə məhəccərli pilləkənlərlə təchiz
edilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin