12.7.1.
Istehsalat sahələri, yerli şəraitdən asılı olaraq,
qüvvədə olan müvafiq normalara uyğun olaraq mexaniki, təbii
və ya qarışıq ventilyasiya ilə,
xidməti otaqlar isə
kondisionerlərlə təchiz olunmalıdır.
12.7.2. Ventilyasiya sisteminə və kondisionerlərə xidmət
xüsusi öyrədilmiş işçilər tərəfindən aparılmalıdır.
Digər işçilərə, qəza halları istisna olmaqla, həmin ava-
danlıqlarla bağlı hər-hansı bir əməliyyatın aparılması
qadağandır.
12.7.3. Zərərli maddələrin (qaz, buxar, toz və s.)
ayrılması mümkün olan otaqların ümumi məcburi,
ehtiyac
duyulduqda isə yerli sorucu ventilyasiyası olmalıdır.
12.7.4. Zəhərli və xüsusilə zərərli maddələr ayrılan otaq-
ların ventilyasiya sistemi digər otaqların ventilyasiya
sistemindən təcrid olunmalıdır.
12.7.5. Səs-küyün azalması və titrəyişin tikinti konstruk-
siyalarına yayılmasının qarşısını almaq üçün, ventilyatorlar tit-
rəyişi söndürən (azaldan) özüldə quraşdırılmalıdır.
12.7.6. Partlayış təhlükəli bir neçə otaqların ümumi hava
sorucu sistemə birləşməsinə icazə verilmir.
12.7.7. Ventilyasiya avadanlıqları yanğın-partlayış təhlü-
kəli otaqların yanğın-partlayış təhlükəlilik kateqoriyasına
uyğun olmalıdır.
12.7.8. Ventilyasiyanın səmərəli işləməsi vaxtaşırı yoxla-
nılmalı və aşkar olunmuş nöqsanlar aradan qaldırılmalıdır.
12.6.9. Tərkibində kükürdlü birləşmələr olan qazların
ayrılması ehtimalı olan otaqlar müvafiq ventilyasiya sistemi ilə
təchiz olunmalıdır.
12.7.10. Istehsalat otaqlarında istilik 20 kkal/m
3
-dən çox
olduqda aerasiya fanarları nəzərdə tutulmalıdır.
441
12.7.11. Zərərli maddələrin otaqlara daxil olmaması və
onların işçi zonasına yayılmaması, əsasən istehsalat prosesinin
səmərəli təşkilinin hesabına müvafiq texnoloji tədbirlərin (kip-
ləşdirmə, istilik izolyasiyası, nasosların
üfürülmə xətlərinin
otaqlardan kənara çıxarılması, dağılmış məhsulların
kənarlaşdırılması və s.) görülməsi yolu ilə yerinə yetirilməlidir.
12.7.12. Hava vurucu və hava çəkici şaxtaların (hava bo-
ruları və s.) qarşılıqlı yerləşdirilməsi sanitar normalarının tələb-
lərinə uyğun yerinə yetirilməli və işlənilmiş havanın təkrarən
sorulmasını istisna etməlidir. Bu zaman küləyin orta illik əsas
istiqaməti, ventilyasiya olunan binanın (tikilinin) küləkdöymə
dərəcəsi, binalar arasındakı məsafə (boşluq) nəzərə
alınmalıdır.
12.7.13. Tərkibində hidrogen-sulfid olan qazları sıxıb vu-
ran kompressor stansiyalarının aşağı hissəsində (döşəməyə
yaxın) hesabata uyğun olaraq
mexaniki ümummübadiləli
ventilyasiya olmalıdır, lazımi hallarda isə, bununla yanaşı,
bilavasitə zərərli qazlar ayrılan yerlərin yaxınlığında yerli
sorucu ventilyasiya da quraşdırılmalıdır.
12.7.14. Qazomotor mühərrikli qaz kompressor stansiya-
larında havanın götürülmə (sovurulma) yeri, hava süzgəcləri
tərəfdə qaz kompressorlarının atqı borularından 16 m-dən az
olmayan məsafədə yerləşdirilməlidir
və ya kompressorlar
arasında üfqi məsafə 16 m-dən az olmamaq şərti ilə onların
atqı borularından 6 m aşağı yerləşdirilməlidir.
12.7.15. Qazpaylayıcı budkaların (məntəqələrin) aşağı və
yuxarı zonasından havanın kənarlaşdırılması, həmin otaqlar
deflektorlu şaxtalarla təchiz olunmaqla təbii ventilyasiyanın
aparılması yolu ilə yerinə yetirilməlidir.
12.7.16. Xam nefti vuran nasosxanalarda zərərli maddə-
lərin kənarlaşdırılması üçün
ümummübadiləli sorucu-vurucu
ventilyasiya sistemi olmalıdır.
442
12.7.17. Laboratoriyalar ümummübadiləli mexaniki
üsullu sorucu-vurucu ventilyasiya ilə, lazımi hallarda isə yerli
sorucu ventilyasiya ilə (məsələn: yuyucu otaqlarda və s.)
təchiz olunmalıdır.
Dostları ilə paylaş: