12.10.30. RNQ-nin işçiləri
istifadə etdikləri ölçü və
nəzarət cihazları ilə işləyərkən cihazlarda olan texniki
nöqsanları onların «Texniki formulyarı»na və ya «Pasportu»na
uyğun aradan qaldırmalıdırlar.
12.10.31. Fotoelektron transformatorlarla
qidalanan ci-
hazların detektor bloku təhlükəli gərginlik (150-1600 V)
yaradır (hasil edir) və ona görə də blokların laboratoriyadan
kənar açılması qadağandır.
12.10.32. Müəssisənin müdiriyyəti baş vermiş radiasiya qə-
zası barədə yuxarı təşkilata, o cümlədən sanitariya nəzarətinin
və Daxili Işlər Nazirliyinin regional orqanlarına,
Azdövdağtexnəzarət Komitəsinə,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə, Azərbaycan Dövlət Fövqəladə Hallar Komissiyasına
və həmçinin yerli icra hakimiyyəti (bələdiyyə) orqanlarına xəbər
verməlidir.
12.10.33. Təsadüfi (kənardan gətirilmiş) radioaktiv ion-
laşdırıcı şüa mənbələri aşkar edildikdə, əlavə olaraq, bu halın
yaranmasının xüsusiyyətləri müəyyənləşdirilməlidir.
12.10.34. Ərazilərdə qamma-fonun ölçülməsi
avtomaşının hərəkəti zamanı da yerinə yetirilir.
Ölçü işləri
aparılan sahədə avtomaşının hərəkət sürəti 10 km/saatdan
çox olmamalıdır.
DƏNIZ ŞƏRAITI ÜÇÜN ƏLAVƏ TƏLƏBLƏR
(Istehsal sanitariyası və ətraf mühitin mühafizəsi)
12.11. Sanitar-məişət sahələri və xidmətləri
450
12.11.1. DNQT-də yaşayış və ümumi otaqlar partlayış
təhlükəli zonadan kənarda və quyuların yerləşdiyi yerə
nisbətən küləyin orta illik istiqaməti nəzərə alınmaqla
küləkdöyən tərəfdə yerləşdirilməlidir.
12.11.2. DNQT-nin (DDÖ, ÜQQ) bütün otaqlarında
mexaniki, təbii və qarışıq
ventilyasiya, yaxud havanın
kondisiyalaşdırılma sistemi nəzərdə tutulmalıdır.
12.11.3. Istehsalat obyektləri yerləşən (buruqlar,
istismar quyuları, neftyığma məntəqələri, nasosxanalar,
kompressor stansiyaları və s.) hər bir DNQT-də (DDÖ, ÜQQ,
EYM və s.) sanitar qovşağı (duşxana, tualet və s.) olmalıdır.
12.11.4. Işlərinin xüsusiyyətinə
görə DNQT-də gecə-
gündüz (vaxta üsulu ilə) işləyən işçilərin dincəlməsi və
qızınması
üçün radiotelefonla, siqnal vasitələri, yataq
ləvazimatı və içməli su ilə
təchiz olunmuş xüsusi otaq
olmalıdır.
Dostları ilə paylaş: