12.11.8. Qida məhsulları və içməli su (qəza ehtiyatları)
xüsusi ayrılmış yerlərdə saxlanılmalı
və bu işə məsuliyyət
daşıyan şəxs tərəfindən təzələnməlidir.
12.11.9. Gəmilərdən DDÖ-ə (ÜQQ) ərzaqların boşaldıl-
ması qaldırıcı qurğuların köməyi ilə yerinə yetirilməlidir.
12.11.10. Mətbəx (kambuz) və anbarlar müxtəlif yarus-
larda
yerləşdikdə, ərzaqların
anbarlardan mətbəxə və
mətbəxdən anbara daşınması liftin və yaxud digər yükqaldırıcı
qurğuların köməyi ilə yerinə yetirilməlidir.
12.11.11. Anbarlardan ərzaqlar qulplu ağzı bağlı rahat
qablarda daşınmalıdır.
12.11.12. Avtomatik bağlanan qapalı soyuducu kamera-
lardan ərzaqların daşınmasını iki nəfər yerinə yetirməlidir. On-
lardan biri kameraya daxil olmalı, digəri isə kameranın
bayırında (yanında) dayanmalıdır.
12.11.13.Kambuz inventarı, qabları və alətləri ştat (onlar
üçün ayrılmış) yerlərdə saxlanılmalıdır:
-ət doğranılan taxtaların üstü vaxtaşırı qaşınmalıdır;
-ət çapılan kötüklərin üstü mütəmadi olaraq qaşınmalı,
lazım gəldikdə isə onların üst qatı mişarla kəsilməlidir.
12.11.14. Ət çapılan kötük bərk özüldə yerləşdirilməli və
bərkidilməlidir. Kötüyün yanında baltanı qaldırmaq və vurmaq
üçün kifayət qədər yer olmalıdır.
12.11.15. Qida blokunun heyəti saz alətlə təmin olunma-
lıdır. Alətlər saz olmadıqda (bıçaq, balta, konserva açanlar və
s.) onları ya təmir etməli, ya da təzəsi ilə əvəz etmək lazımdır.
Dostları ilə paylaş: