12.10. Radiasiya təhlükəsizliyi
444
12.10.1. Radiasiya təhlükəsizliyinə dair bu Qaydalarda
əks olunmamış digər məsələlər (tələblər) Azərbaycan Respub-
likasının «Əhalinin Radiasiya Təhlükəsizliyi haqqında
Qanunu»nun, «Radiasiya Təhlükəsizliyi Normaları»nın (RTN-
99), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin aidiyyatı rəhbər
sənədlərinin, Beynəlxalq Əmək Təşkilatının Azərbaycan
Respublikası tərəfindən 19 may 1992-ci ildə ratifikasiya
olunmuş 115№-li Konvensiyanın «Əməkçilərin ionlaşdırıcı
radiasiyadan müdafiəsi haqqında Konvensiya»nın və 114№ -li
Tövsiyəsinin «Əməkçilərin ionlaşdırıcı radiasiyadan müdafiəsi
haqqında Tövsiyə»nin və həmçinin [204]-ün tələblərinə uyğun
həll olunmalıdır.
12.10.2. Sənaye-sanitariya laboratoriyasının ümumi
vəzifə və funksiyalarına uyğun olaraq onun nəzdində fəaliyyət
göstərən Radiasiya Nəzarəti Qrupu (RNQ) neftqazçıxarma və
qazma obyektlərində radiasiya nəzarətini həyata keçirir.
12.10.3. Qrupun işi müəssisələrin sifarişləri üzrə
hazırlanır və Istehsalat Birliyinin rəhbərliyi tərəfindən
imzalanmış illik plan əsasında keçirilir.
12.10.4. Texnoloji proseslərin dəyişilməsi və qəzalar za-
manı nəzarət üçün RNQ plandankənar müayinə aparmalıdır.
12.10.5. Işin həcminin, xarakterinin və dövriliyinin, o
cümlədən radiasiya tədqiqatlarının nəticələrinin qeydiyyat
qaydasının və formasının dəyişilməsi, yalnız Istehsalat
Birliyinin icazəsi ilə həyata keçirilməlidir. Işin həcmi
obyektlərdə yaranmış real radiasiya vəziyyətinin uçotu
əsasında müəyyənləşdirilməlidir.
445
12.10.6. Obyektdə (nəzarət sahəsində) texnoloji güclən-
dirilmiş təbii radiasiya fonu aşkarlanan zaman aşağıdakı
tədbirlər görülməlidir: təhlükəli zonada «Radiasiya təhlükəsi
var» təhlükəsizlik işarələri qoyulmalı; bu haqda obyektin və
sənaye-sanitariya laboratoriyasının rəhbərlərinə, sonuncu isə
öz növbəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün
Istehsalat Birliyinin müvafiq bölmə rəhbərinə məlumat
verməlidir.
12.10.7. Qrupun heyəti üçün fərdi ekvivalent doza
təqvim ili ərzində yol verilən həddin (YVH) qiymətindən
yüksək olmamalıdır.
12.10.8. On səkkiz yaşı tamam olmayan şəxslərə, hamilə
və körpə uşağı olan, habelə yaşı 40-ı ötmüş qadınlara
ionlaşdırıcı şüa ilə əlaqəli işlərdə işləmək qadağandır.
12.10.9. Qrupun heyəti üçün nəfəs orqanları vasitəsilə
radionuklidlərin fərdi illik daxilolmaları, ağ ciyərdə onun miq-
darı və iş zonasının havasında onların orta illik qatılığı RTN-99
(radiasiya təhlükəsizliyi normaları) ilə müəyyənləşdirilmiş YVH-
ni ötməməlidir.
12.10.10. Texnoloji gücləndirilmiş təbii radiasiya fonu aş-
kar olunmuş müəssisənin (obyektin) rəhbərliyi təhlükəsiz iş
şəraitinin yaradılması üçün müvafiq tədbirlər görməlidir.
12.10.11. Texnoloji gücləndirilmiş təbii fonlu zonada iş
zamanı radiasiya təhlükəsizliyi üzrə tədbirlər kompleksi, adam-
ların xarici şüalanmadan qorunmasını, havanın və iş yerlərinin,
dəri örtüyünün və işçilərin xüsusi geyiminin səthlərinin,
həmçinin obyektlərin istismarı və onlarda təmir işləri aparılan
zaman ətraf mühitin (atmosfer havası, yerin təki, bitki örtüyü,
su mənbələri, yeraltı sular və b.) çirklənməsinin qarşısının
alınmasını təmin etməlidir.
446
12.10.12. Texnoloji gücləndirilmiş təbii radisiya fonu
qeyd olunan obyektin ətrafında sanitar-mühafizə və müşahidə
zonası müəyyən edilməlidir (qoyulmalıdır). Zonanın ölçüləri
hər bir konkret halda Dövlət Sanitar Nəzarəti orqanları ilə razı-
laşdırılaraq müəyyənləşdirilməlidir.
12.10.13. Xidməti otaqlarda və obyektin ərazisindəki mü-
şahidə zonası hüdudunda (bütün bədənin şualanması zamanı)
ekvivalent dozanın gücü [204]-ün tələblərinə uyğun olmalıdır.
12.10.14. Qurğuların, boruların və digər metal konstruk-
siyaların (avadanlıqların) əlçatan səthindən 0,1 m məsafədə
qamma-şüalanmanın ekspozisiya dozasının gücü 1 mZv/saat
qədər olduqda, həmin avadanlıqlar yerləşən otaqlara
(sahələrə) və onların yerləşməsinə xüsusi tələblər qoyulmur.
12.10.15. Maye radioaktiv materiallarda (məhlullar)
radionuklidlərin miqdarı mayelər üçün RTN-99 üzrə müəyyən-
ləşdirilmiş normanı ötərsə, həmin materiallar bu qaydaların
8.3.21 bəndinə uyğun olaraq basdırılmalıdır.
12.10.16. Radioaktiv çirklənmə ocağında və ya texnoloji
gücləndirilmiş təbii radiasiya fonunda yerləşən (işləyən) bütün
şəxslər fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır.
12.10.17. Tətbiq olunan fərdi mühafizə vasitələri
şüalanma növünə və radioaktiv maddənin aqreqat halına
uyğun olmalıdır.
12.10.18. Ionlaşdırıcı şüalanma zonasında işləyərkən
aşağıdakılar qadağandır:
işçilərin fərdi mühafizə vasitəsiz olması;
qida qəbulu, siqaret çəkmək, kosmetik vasitələrdən isti-
fadə.
12.10.19. Müəssisələrdə radioaktiv nəzarəti aparan RNQ-
in işçiləri fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır
(yüngül iş ayaqqabısı, əlcək, məhrəba, xüsusi sabun,
birdəfəlik burun dəsmalı, papaq, xalat, önlük, eynək, nəfəs
orqanlarının fərdi mühafizə vasitələri və fərdi dozimetr).
447
12.10.20. Xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi
mühafizə vasitələri radiasiya təsirinə məruz qaldıqda, onlar
dezaktivləşdirilməli və ya utilizə edilmək üçün Bakı Icra
Hakimiyyətinin nəzdində olan «Izotop» xüsusiləşdirilmiş
kombinatına təhvil verilməlidir.
12.10.21. Fərdi mühafizə vasitələrinin və dəri
örtüklərinin radioaktiv çirklənməsi RTN-99 –da göstərilmiş
səviyyədən çox olmamalıdır.
12.10.22. Çirklənmiş və dezaktivasiya olunmamış, zədə-
lənmiş və ya köhnəlmiş fərdi mühafizə vasitələrindən istifadə
etmək qadağandır.
12.10.23. Qəti olaraq qadağandır:
radiasiya şüa mənbəyini hətta rezin əlcəklərlə olsa belə
ələ götürmək;
radiasiya şüa mənbələrinin mühafizə örtüyünü açmaq;
radiasiya şüa mənbələrini sənaye-sanitariya laboratori-
yasına və Istehsalat Birliyinin digər müəssisələrinə nəql
etmək.
12.10.24. Neftqazçıxarma mədənlərinin ərazisində
səthdə qamma şüalanmanın ekspozisiya dozasının gücü 120
mkR/saatdan (1,2 mZv/saat) artıq olduqda həmin sahə
radioaktiv çirklənmə ocağına aid edilir.
12.10.25. Ərazisində texnoloji gücləndirilmiş təbii
radiasiya fonu olan müəssisələrdə radiasiya dozimetrik
nəzarəti həyata keçirilməlidir. Belə müəssisələrdə, xarici
mühitdə radiasiya şəraiti və həmçinin işçilərin şüalanma dozası
haqqında lazımi məlumatların əldə olunması təmin edilməlidir.
12.10.26. Radiasiya şüalanmasına məruz qalmış və
sağlamlığına zərər dəymiş işçilər zərərdəymiş işlərdən
kənarlaşdırılmalıdır.
448
12.10.27. Yüngül dərəcədə zərərçəkmiş işçilər işdən
müvəqqəti kənarlaşdırılmalı (sağlamlıqları bərpa olunana
qədər), ciddi zərərçəkmiş işçilər isə əvvəlki əmək haqqı və
kompensasiya ödəmələri saxlanılmaqla başqa işə
keçirilməlidir.
12.10.28. Sağlamlıq üçün təhlükəli dozada şüalanmaya
məruz qalmış şəxslər dərhal ixtisaslaşdırılmış tibb
müəssisəsinə göndərilməlidir.
12.10.29. Işçilər üçün ionlaşdırıcı şüalanma dozasının
əsas həddləri cədvəl 9-da verilir:
Cədvəl
9
Dostları ilə paylaş: |