Азярбайъан республикасы


D. Paltarların yuyulması, qurudulması və ütülənməsi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə165/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   161   162   163   164   165   166   167   168   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. Paltarların yuyulması, qurudulması və ütülənməsi
12.11.16. Cəmaşixanalarda və ütüləmə otaqlarında olan
elektrik mexanizmləri və avadanlıqları ilə təhlükəsiz işləmək
üçün təlimatlar olmalıdır. Təlimatlar oxumaq üçün rahat olan
yerdən asılmalıdır.
452


12.11.17. Cəmaşirxananın və ütüləmə otaqlarının elektrik
cihazlarının və elektromexanizmlərinin dəyişdirilməsi, təmiri və
düzgün istismarına nəzarət DNQT-nin elektrotexniki heyətinə
həvalə olunur. Sanitar-məişət sahəsində çalışan heyətə
avadanlıqları, elektrik mexanizmlərini və cihazlarını təmir
etmək qadağandır.
12.11.18. Elektrik naqillərinin, elektrik cihazlarının işıq-
landırıcı armaturların və s. quru üsulla təmizlənməsi elektrik
gərginliyi açıldıqdan sonra aparılmalıdır.
12.11.19. Xidməti heyətin və lazım gəldikdə digər
şəxslərin mətbəxdə olmasına yalnız xüsusi geyimdə icazə
verilir.
12.11.20. Yataq ağlarının (dəstinin) dəyişdirilməsi 10
gündə bir dəfədən az olmayaraq aparılmalıdır.
12.11.21. Yataq ağlarının (dəstinin) və paltarların yuyul-
ması cəmaşirxanada, bu olmadıqda isə müdiriyyət tərəfindən
ayrılmış xüsusi yerlərdə aparılmalıdır.
12.11.22. Yumağa başlamazdan əvvəl aşağıdakılar yox-
lanılmalıdır:
-cəmaşirxana avadanlıqlarının sazlığı, onlarda etibarlı
yerləbirləşdirmənin,
hasarlanmanın,
təhlükəsizlik
bloklayıcılarının mövcudluğu:
-isti və soyuq suyun verilməsi, su ventillərinin sazlığı;
-yuyucu barabanda kənar əşyaların olmaması.
12.11.23. Nasaz elektrik naqili olan (izolyasiyası
pozulmuş, ştepsel çəngəli olmayan) ütülərdən istifadə etmək
qadağandır.
12.11.24. Sıxıcı və ya vallı ütülərdə təmir işləri yalnız
maşın işləməyən zaman, elektrik mühərriki söndürülmüş və
valları soyudulmuş halda aparılmalıdır.
D. Təmizlik-yığışdırma işləri
453


12.11.25. Gündəlik cari təmizlik-yığışdırma işləri
müəyyən olunmuş vaxtda aparılmalıdır. Əsaslı təmizlik-
yığışdırma ayda bir dəfədən az olmayaraq aparılmalıdır.
12.11.26. Yaşayış, xidmət və ümumi otaqlarda təmizlik-
yığışdırma qaydası daxili əmək qaydalarının tələblərinə uyğun
olaraq yerinə yetirilməlidir.
12.11.27. Yataq dəstləri hər dəfə yuyulmaya verildikdən
sonra, onların saxlanıldığı yer (anbar) yığışdırılmalı və dezin-
feksiya edilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin