D. 12.13. Ətraf mühitin mühafizəsi
12.13.1. Axtarış-kəşfiyyat
işlərinə başlamazdan əvvəl
ətraf mühitin vəziyyəti (durumu) tədqiq edilməlidir.
12.13.2. Dəniz hövzəsində neft, qaz və qaz kondensat
yataqlarının kəşfiyyatına və işlənilməsinə yalnız bu işlərə dair
layihələrin dövlət ekoloji ekspertizasının müsbət rəyindən
sonra başlana bilər.
12.13.3. DNQT-də ətraf mühitə mənfi təsirin istisnası və
ya yol verilən səviyyəyə salınması tullantı sularının və bərk
sənaye məişət tullantılarının utilizasiyası, qəza tullanış və
axıdılmaları və həmçinin neft və neft məhsullarının
qəzalar
nəticəsində dağılmasının lokallaşdırılması və ləğv edilməsi üzrə
tədbirlər işlənilməlidir.
12.13.4. DNQT-nin döşəməsinin altında tullantı sularının
yığılması üçün nəzərdə tutulmuş bütün tutumlar elə quraşdırıl-
malıdır ki, onlara profilaktiki baxışın keçirilməsi və onların tə-
miri təmin olunsun.
12.13.5. DNQT-də qazılan və istismar olunan quyularda
texniki avadanlıqların altında quraşdırılan altlıqlar (tutumlar)
və vannalar ümumi tullantı su sisteminə birləşdirilməli,
traplarla və keçidlərlə təmin olunmalıdır.
12.13.6. Tullantı suları üçün tutumlar,
onlara rahat
xidmət etməyi təmin edən yerlərdə yerləşən lyuklarla və
etibarlı bərkidilmiş nərdivanlarla təchiz edilməlidir.
12.13.7. Tullantı sularının yığılması və (çəkib)
boşaldılması üzrə blok qurğusu,
ona xidmət etmək üçün
pilləkən və meydança ilə təchiz olunmalıdır.
12.13.8. DNQT-də açıq və bağlı drenaj sistemləri
olmalıdır. Maşın və mexanizmlərdən çıxan işlənmiş yağların
yığılması üçün xüsusi tutumlar nəzərdə tutulmalıdır.
456
12.13.9. Qazma məhlulunun təmizlənməsindən yaranan
şlamın yığılması üçün xüsusi konteynerlər nəzərdə
tutulmalıdır.
Konteynerlər qoyulan yerlərdə mayelərin ümumi tullantı
suları sisteminə axıdılmasını təmin edən altlıqlar (tutumlar)
qoyulmalıdır.
12.13.10. Quyuların üfürülməsi və boşaldılması
(razrədka) zamanı ayrılan və həmçinin çıxış xətlərindən və
təzyiq altında işləyən qablardan çıxan
qazlar utilizasiya
(istifadə) olunmalıdır. Qazların utilizasiyası mümkün
olmadıqda onlar yanmanı tam təmin edən məşəl sisteminə
verilməlidir.
12.13.11. DNQT-də (ÜQQ, DDÖ) quyuların sınanması
zamanı yaranan məhsulun yandırılması
üçün xüsusi quruluş
nəzərdə tutulmalıdır. Lay flüidi çıxana qədər, quyuların
sınanması zamanı ayrılan məhlul xüsusi tutumlara yığılmalıdır.
12.13.12. Ətraf mühitə ziyandəymənin qarşısını almaq
məqsədilə DNQT-nin gövdəsi və özülləri, dəniz boru və elekt-
rik (kabel) xətləri (korroziya və nasazlıq baxımından) daim nə-
zarətdə saxlanılmalıdır (yoxlanılmalıdır).
457