Азярбайъан республикасы


D .1.22. Qurğular, avadanlıqlar, mexanizmlər və



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə34/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D .1.22. Qurğular, avadanlıqlar, mexanizmlər və
alətlər
1.22.1. Dəniz şəraitində (DNQT-də) istismar üçün nə-
zərdə tutulmuş qurğular, avadanlıqlar və alətlər korroziyaya
qarşı mühafizə olunmuş icrada olmalıdır.
1.22.2. Dəniz şəraitində (DNQT-də) istismar olunan
elektrik avadanlıqları, cihazları və alətləri rütubətə (nəmə,
suya) qarşı mühafizə olunmuş icrada olmalıdır.
1.22.3. Sualtı avadanlıqlar (alətlər və s.) germetik
olmaqla yanaşı bu şəraitdə (suyun altında) istismarda yüksək
etibarlılığa malik olmalıdır.
96


1.22.4. Şelfdəki neft-qaz yataqlarında kəşfiyyat və
onların işlənilməsi prosesində obyektlərdə tətbiq olunan
avadanlıqlar (o cümlədən xaricdə istehsal olunmuş
avadanlıqlar) təlimatın və texniki şərtlərin (istehsalçı-firmaların
tövsiyələrinin) tələblərinə əsasən quraşdırılmalı və istismar
edilməlidir.
1.22.5. DNQT-də (ÜQQ)-da avadanlıqlar quraşdırıldıq-
dan sonra yüksüz sınanmalıdırlar. Sınanma aidiyyatı üzrə
məsul şəxsin (baş mexanik, baş energetik) rəhbərliyi altında
aparılmalıdır.
1.22.6. Dizel generatorlar, mühərriklər və s. üçün
yanacaq tutumları, yanacaq-sürtgü materialları ehtiyatı layihə
üzrə nəzərdə tutulmuş yerlərdə yerləşdirilməlidir.
97


1.23. Dəniz hidrotexniki qurğuları
1.23.1. Bu Qaydalar qüvvəyə mindikdən sonra istismarda
olan obyektlər Azdövdağtexnəzarət Komitəsi ilə razılaşdırılmış
müddətdə bu Qaydaların tələblərinə uyğunlaşdırılmalıdır.
1.23.2. Layihə təşkilatı ilə razılaşdırılmadan DNQT-dən öz
təyinatına uyğun olmayaraq istifadə etmək qadağandır.
1.23.3. Estakadada hərəkət edən nəqliyyatdan, eləcə də
EYM-də yığılmış yüklərdən yaranan yüklənmə, layihədə nəzər-
də tutulmuş yüklənmədən artıq olmamalıdır. Uzun müddət (20
ildən çox) istismarda olmuş DNQT-də buraxıla bilən yüklən-
məni təyin etmək üçün layihə təşkilatı tərəfindən qurğunun
vəziyyəti haqqında ekspertiza keçirilməlidir.
1.23.4. Estakadada daşınan yüklər estakadanın hərəkət
yolu sərhəddini keçməməlidir.
1.23.5. Estakada üzərində nəqliyyatın hərəkət sürətini
məhdudlaşdıran, eləcə də buraxıla bilən yüklənməni göstərən
yol nişanı qoyulmalıdır. Təcili yardım, qəza və
yanğınsöndürmə maşınlarının sürətinə məhdudiyyət qoyulmur
və bu avtomobillərin sürücüləri ehtiyat tədbirlərinə riayət
etməlidirlər.
1.23.6. Sutkanın qaranlıq vaxtında estakada (DNQT)
işıqlandırılmalıdır.
1.23.7. DNQT-nin metal konstruksiyalarına baxış vaxtı
aşkar olunmuş qüsurlar (baxış jurnalına yazılmaqla) tez bir za-
manda aradan qaldırılmalıdır. Baxış jurnalında qüsurun yeri və
görülən işin xarakteri, eləcə də iş icraçılarının və işi qəbul
edən məsul şəxsin soyadları və imzaları olmalıdır. Baxış jurnalı
NQÇI-nin istismar xidmətində saxlanılmalıdır. DNQT-nin minik
meydançası qəza vəziyyətində olarsa, gəmi kapitanları bu
haqda vaxtında xəbərdar edilməlidirlər.
1.23.8. DDÖ-də (ÜQQ) keçidlərin, göyərtələrin, işçi mey-
dançaların və s. tutulması qadağandır. Istifadə olunmayan
98


materiallar, tutumlar, boş qablar (tara) və s. sahilə
göndərilməlidir.
1.23.9. DNQT-nın inşa edilməsi və ÜQQ-nin şelfdə yerləş-
dirilməsi üçün yer, qurğunun və ya quyunun layihələndirilməsi
mərhələsində Xəzər Gəmiçilik Idarəsinin və
Xəzərdənizneftdonanma Idarəsinin Hidroqrafik xidmətləri ilə
razılaşdırılmalıdır.
1.23.10. Müəssisədə sualtı və suüstü kommunikasiyaların
miqyaslı sxemi olmalıdır. Sxemdən Xəzər Gəmiçilik Idarəsinin
və Xəzərdənizneftdonanma Idarəsinin Hidroqrafik
xidmətlərinin hər birinə 1 nüsxə göndərilməlidir.
1.23.11. Hidrotexniki qurğuların təhlükəsizliyinə dair
digər məsələlər 

5

-in tələbləri ilə tənzimlənir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin