Азярбайъан республикасы


D. 1.24. Korroziyaya qarşı mübarizə işləri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə35/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   31   32   33   34   35   36   37   38   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

D. 1.24. Korroziyaya qarşı mübarizə işləri
1.24.1. DNQT-nin qoruyucu örtükləri tədricən yararsız
hala düşdükcə bərpa olunmalıdır. Korroziyaya qarşı işlər ca-
vabdeh şəxsin rəhbərliyi altında müəssisənin müvafiq
komissiyasının qərarı və layihə təşkilatının iştirakı ilə
aparılmalıdır.
DNQT-ın yüksək dərəcədə korroziyaya uğramış (yararsız
hala düşmüş) elementləri (hissələri), dərhal dəyişdirilməlidir. 
1.24.2. Tərkibində zərərli komponentlər olan yeni növ
örtüklərin tətbiqinə, yalnız Dövlət Sanitar müfəttişliyinin,
Dövlət Sənayedə Işlərin Təhlükəsiz Görülməsinə Nəzarət və
Dağ-Mədən Işlərinə Nəzarət Komitəsinin, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, Baş Dövlət Yanğın Təhlükəsizliyi
Idarəsinin və Həmkarlar Ittifaqları Konfederasiyasının əmək
müfəttişliyinin razılığından sonra icazə verilə bilər.
1.24.3. Korroziyaya qarşı örtüklərin təmizlənməsi və
vurulması zamanı mütləq fərdi mühafizə vasitələrindən istifadə
olunmalıdır.
99


1.24.4. Təzyiq altında işləyən boyaq püskürdücülər və
digər pnevmatik aparatlar, qabaqcadan gözlənilən işçi
təzyiqdən 1,5 dəfə artıq hidravlik təzyiqlə sınanılmalıdır.
1.24.5. Katod mühafizəsi qurğularında işlərin aparılması
zamanı [16, 17]-in tələblərinə əməl olunmalıdır. 
1.24.6. Metal konstruksiyaların səthlərinə korroziyaya
qarşı örtüklərin çəkilməsi və elektrokimyəvi mühafizə üzrə
işlərin təhlükəsiz yerinə yetirilməsi üçün səyyar qaldırıcı qurğu
və tərtibatlardan istifadə olunmalıdır.
1.24.7. Korroziyaya qarşı işlərin aparılmasına aşağıdakı
hallarda icazə verilir: 
a) dənizdə dalğalanma 2 bala qədər olduqda özülün və
ya estakadanın döşəməsi altında (dəniz səthindən 3 m qədər
hündürlükdə) yerləşən metal konstruksiyaların səthindən
pasın, qabıqlanmanın, neft məhsulları qalıqlarının
təmizlənməsinə, qumvuran maşınla təmizləmə işlərinin
aparılmasına, rəng, lak və digər qoruyucu örtüklərin
çəkilməsinə;
b) küləyin sürəti 8 m/san qədər olduqda, dayaqların (tir-
lərin), fermaların, boru kəmərlərinin yuxarı tikililərinin və
özülün və ya estakadaların digər metal konstruksiyalarının
səthindən köhnə rənglərin, lakların, neft məhsulları qalıqlarının
təmizlənməsinə, qumvuran maşınla təmizləmə işlərinin
aparılmasına, səthlərin rənglənməsinə, qoruyucu örtüklərin
çəkilməsinə.
Qeyd:
Küləyin sürəti 11 m/san qədər olduqda, özül və
estakadalarda xüsusi meydança və asma tərtibatlardan
istifadə zərurəti yaranmadığı halda korroziyaya qarşı mübarizə
işlərinin aparılmasına icazə verilə bilər.
1.24.8. Dəniz qurğularında elektrik kabelləri və yüksək
təzyiq altında olan boru kəmərləri mövcud olduğu halda,
aparılan işlərə cavabdeh olan şəxs baş verə biləcək bədbəxt
hadisələrin və həmin obyektlərin (kommunikasiyaların)
100


zədələnmələrinin qarşısını almaq üçün tədbirlər görməlidir.
Korroziyaya qarşı işlər aparılan ərazidə katod mühafizəsinin
şinləri söndürülməlidir (açılmalıdır).
Avadanlığı, tərtibatları, rənglə dolu vedrələri kabel keçən
qanovlardan, elektrokimyəvi mühafizə şinlərindən, boru kə-
mərlərindən asmaq qadağandır.
1.24.9. Katod mühafizəsinin qoşulmuş (işə salınmış) və-
ziyyətində karroziyaya qarşı mübarizə işlərinin aparılması
qadağandır.
1.24.10. Yalnız müvafiq xidmət tərəfindən təhkim
olunmuş işçinin rəhbərliyi altında elektrik kabellərinin və boru
kəmərlərinin yerdəyişməsinə icazə verilə bilər. Bu vaxt kabel
açılmalı və boşalmalı, boru kəmərində isə təzyiq atmosfer
təzyiqinə qədər endirilməlidir.
1.24.11. Korroziyaya qarşı mübarizə işlərinin elektrik
kabelinə toxunmaqla aparılması zərurəti yarandığı halda,
kabel onu istismar edən xidmətin nümayəndəsinin iştirakı ilə
açılmalıdır. Kabelin (hətta qısa vaxt ərzində) yerinin
dəyişdirilməsi zərurəti yarandığı halda, kabeli istismar edən
xidmətdən icazə alınmalıdır.
1.24.12. Lak və boya materialları saxlanılan anbarlar
ventilyasiya qurğusu ilə təchiz olunmalıdır. Ventilyasiya
qurğusu havada zərərli buxarların qatılığının sanitar normaları
ilə YVH-yə qədər azaldılmasını təmin etməlidir.
1.24.13. Lak və boya materialları saz və germetik metal
tarada saxlanılmalı və daşınmalıdır.
1.24.14. Taranın ağzını taxta tıxac, əski və s. ilə
bağlamaq qadağandır.
1.24.15. Dolu və boş taralar daima germetik bağlı olmalı-
dır. Hər bir çəlləyin, bidonun üzərində lak və boya materialları-
nın adı yazılmış etiket olmalıdır.
101


1.24.16. Boş tara istehsalat və məişət otaqlarından,
anbarlardan 20 m az olmayan məsafədə yerləşdirilmiş xüsusi
meydançalarda saxlanılmalıdır.
1.24.17. Lak və boya materialları anbarlarda bir sırada
yerləşdirilməlidir. 
1.24.18. Anbarlarda siqaret çəkmək, oddan, qığılcım ya-
rada bilən alətlərdən istifadə etməklə işlərin aparılması qada-
ğandır. 
Anbarların gözə çarpan yerlərində aşağıdakı məzmunda
plakatlar asılmalıdır: «Siqaret çəkmək və oddan istifadə etmək
qadağandır».
1.24.19. Lak və boya materiallarının boşaldılması və qa-
rışdırılması üzrə görülən işlər mexaniki və ya pnevmatik üsulla
aparılmalıdır.
1.24.20. Lak və boya hazırlığı, rəngləmə işləri aparılan
otaqların döşəmələri zərbədən qığılcım verməyən və
yanmayan materialdan hazırlanmalıdır.
1.24.21. Lak və boyaları lazımi özlülüyə qədər həlledicilər
vasitəsi ilə durulaşdırmaq üçün germetik avadanlıqdan istifadə
olunmalıdır. Həmin avadanlıq üfürücü-sorucu ventilyasiya ilə
təchiz olunmuş izolə edilmiş otaqlarda və ya meydançalarda
yerləşdirilməlidir.
1.24.22. Lak və boya materiallarının töküldüyü yer
dərhal təmizlənməlidir.
1.24.23. Lak və boya materiallarına bulaşmış alət və
aparatlar xüsusi olaraq bu məqsədlər üçün nəzərdə tutulmuş
yerdə yuyulmalı və təmizlənməlidir.
1.24.24. Alüminium tozu quru otaqda saxlanılmalıdır.
1.24.25. Alüminium tozu ilə dolu tutumları daşıyarkən və
boşaldarkən onları zərbədən qorumaq lazımdır. Alüminum
tozu ilə dolu tutumları yırğalamaq, diyirlətmək qadağandır.
102


1.24.26. Konstruksiyaların korroziyaya qarşı örtük təbə-
qəsi tam quruyana qədər 5 m-dən az olan məsafədə odlu
işlərin aparılması qadağandır.
1.24.27. DNQT-da odlu işlər aparılan dövrdə onların icra-
çılarına aşağıdakılar qadağandır. 
a) yeni rənglənmiş, izolə edilmiş, yağsızlaşdırılmış
səthləri açıq elektrik qızdırıcıları və ya digər od təhlükəli
cihazlar vasitəsi ilə qurutmaq;
b) lak, rəng, izolyasiya və digər materialları qızdırıcılarda,
ocaqlarda qızdırmaq.
1.24.28. Izolyasiya və bitum mastikalarının əridilməsi və
qızdırılmasında istifadə olunan qazanlar temperaturu ölçən ci-
hazlar və kip bağlanan qapaqlarla təchiz olunmalıdır. Qazana
doldurulan izolyasiya məhsulu quru olmalıdır. Əritmə
qazanının yanında yanğınsöndürmə vasitələri olmalıdır.
Qazanın odluğunun ağzı yanmayan materialdan hazırlanmış
geriyə atılan sipərlə təchiz olunmalıdır. Izolyasiya
materiallarını əridərkən və qızdırarkən qazanları nəzarətsiz
qoymaq qadağandır.
1.24.29. Qazan deşilərsə dərhal ocağı (odluğu)
söndürmək, məhsulu boşaltmaq, qazanı təmizləmək və təmir
etmək lazımdır. Qazanı təmir etmək mümkün olmadıqda onu
dəyişmək lazımdır.
1.24.30. Bitum mastikası ilə işləyərkən aşağıdakı tələbləri
yerinə yetirmək lazımdır:
a) işə başlamazdan əvvəl çömçələrin, bakların və iş pro-
sesində istifadə olunan digər alətlərin sazlığını yoxlamaq;
b) qızdırılmış bitum mastikasını iş yerlərinə ağzı kip bağ-
lanan, təsadüfü düşmə nəticəsində ağzı açılmayan, xüsusi m-
etal baklarda daşımaq. Qızdırılmış mastikanın açıq tarada da-
şınması qadağandır;
c) mastikanın dağılmaması üçün bakları onların həcminin
3/4-dən çox doldurmaq qadağandır.
103


1.24.31. Tikinti meydançalarındakı izolyasiya materialları
hazırlanan bağlı otaqlar layihədə nəzərdə tutulmuş çəkib – vu-
rucu ventilyasiya sistemi və yanğınsöndürmə vasitələri ilə
təchiz olunmalıdır.
1.24.32. Bitumun həlledicilərlə (benzin, skipidar və s.)
qarışdırıldığı yerdən 20 m radiusda açıq oddan istifadə etmək
və qaynaq işlərinin görülməsi qadağandır. 
Qarışdırılma prosesində qızdırılmış bitumu həlledicinin
üzərinə tökmək lazımdır və bu zaman qarışdırılma yalnız taxta
çömçə ilə aparılmalıdır.
1.24.33. DNQT-rə ingibitorlar xüsusi olaraq bu məqsədlər
üçün ayrılmış və müvafiq surətdə təchiz olunmuş gəmilərlə,
müvafiq dövlət orqanlarının icazəsi və məsul şəxsin rəhbərliyi
ilə daşınmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin