müəyyən edilir. Təxliyə, tutulmuş qeydiyyata uyğun aparılmalı-
dır.
1.25.2.5. Kollektiv xilasetmə vasitələri ilə təxliyə xüsusi
komanda (siqnal) üzrə həyata keçirilir.
Heyətin təxliyəsi barədə komandanı DDÖ-nün (ÜQQ)
rəisi və ya əmrlə təyin edilmiş onu əvəz edən şəxs verməlidir.
Həmin şəxs növbə çəkən gəmilərə və vertolyotlara məlumat
verir, lazım gələrsə, beynəlxalq fəlakət siqnalı verir.
1.25.2.6. Ştormtraplar (ip nərdivanlar) DDÖ-nün (ÜQQ)
hər bir tərəfində kolletiv xilasetmə vasitələri quraşdırılmış
yerlərdə yerləşdirilməlidir. Ştormtrapın uzunluğu onun aşağı
məhəccər sütununun suya toxunmasını təmin etməlidir.
1.25.2.7. Ştormtraplardan yalnız qəza hallarında istifadə
edilməlidir. Ştormtrapların yoxlanılması
müvafiq təlimata
uyğun aparılmalıdır.
1.25.2.8. DDÖ (ÜQQ) heyəti ilə mütəmadi olaraq, ayda 1
dəfədən
az olmayaraq, hər
vaxtada fərdi və kollektiv
xilasetmə vasitələrindən düzgün istifadə edilməsi üzrə məşqlər
keçirilməlidir.
1.25.2.9. Hər bir xilasetmə qayığına DDÖ-nün (ÜQQ) rəi-
sinin əmri ilə qayıq komandiri və onun müavini təhkim edilməli
və onların müvafiq vəsiqələri olmalıdır.
Hər bir xilasetmə
salına (plot) onun endirilməsinə görə məsuliyyət daşıyan şəxs
təhkim edilir.
1.25.2.10. DDÖ-nün (ÜQQ) rəisi (onun
müavini və ya
əmrlə təyin edilmiş digər məsul şəxs),
radist və xilasetmə
qrupu obyektdə heç bir kəsin qalmadığına
əmin olduqdan
sonra, axırıncı olaraq təxliyə olunurlar.
Dostları ilə paylaş: