Азярбайъан республикасы


 Yükqaldırma qurğularının (vışkaların, dorların



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə45/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

2.5. Yükqaldırma qurğularının (vışkaların, dorların 
(eklipslərin)), qazma və istismar avadanlıqlarının 
quraşdırılması, sökülməsi, təmiri və nəqli 
Ümumi tələblər 
2.5.1. Qazma qurğusunun tikilməsi və quraşdırılması
üzrə hazırlıq işlərinə quyunun tikilməsinin təsdiq edilmiş
layihəsi olduqda başlamaq olar.
2.5.2. Tikiləcək quyu münbit və kənd təsərrüfatında isti-
fadə olunan torpaqlarda yerləşdiyi hallarda torpaqdan istifadə
üzrə müəyyən edilmiş tələblər rəhbər tutulmalıdır.
2.5.3. Qazma qurğusunun quraşdırılması üçün meydança
yerin relyefini və axan suların onların yığılma və təmizləmə
sisteminə hərəkətini təmin etməyi nəzərə almaqla
planlaşdırılmalıdır (hamarlanmalıdır).
2.5.4. Vışkaquraşdırma işlərinə, vışkaquraşdırıcılar briqa-
dasına bu işlərin aparılmasına tapşırıq (naryad), quyunun tikil-
məsi layihəsinin tikinti-quraşdırma işləri ilə əlaqədar olan işçi
sənədləri, avadanlığın quraşdırılmasının və vışkayanı
qurğuların tikilməsinin texniki şərtləri və işin təhlükəsiz təşkil
edilməsi reqlamenti veriləndən sonra başlanıla bilər.
2.5.5. Qazma qurğuları istehsalat birliyi (yuxarı təşkilat)
tərəfindən təsdiq edilmiş tikinti-quraşdırma işlərinin nümunəvi
layihəsi üzrə istehsalçı-zavodun texniki sənədlərinə müvafiq
olaraq quraşdırılmalıdır.
140


2.5.6. Qazma qurğularının quraşdırılması küləyin orta illik
istiqaməti nəzərə alınmaqla, quyu ağzına nisbətən dizellərin
işlənmiş qazlar boruları külək tutmayan tərəfə yönəldilməklə
aparılmalıdır.
2.5.7. Qurğuların, binaların, otaqların, köməkçi obyektlə-
rin tikilməsi üzrə işlər, tikintidə əmək şəraitinin təhlükəsizliyini
reqlamentləşdirən normativ sənədlərin tələblərinə müvafiq
olaraq yerinə yetirilməlidir.
2.5.8. Mədəni budka və digər köməkçi otaqlar, quraşdırı-
lacaq vışkanın layihə hündürlüyündən 10m-dən az olmayan
məsafədə yerləşdirilməlidir.
2.5.9. Qurğuların və avadanlıqların quraşdırılması, sökül-
məsi, təmiri, həmçinin onların çəkilməsi (hərəkət etdirilməsi)
məsul işçinin rəhbərliyi altında aparılmalıdır.
2.5.10. Quraşdırma-sökmə işlərində fasilə zamanı quraş-
dırılan avadanlığın bəndlərini asılı vəziyyətdə saxlamaq qada-
ğandır.
2.5.11. Qazma və istismar qurğularının sökülməsi yalnız
qurğunun elektrik avadanlıqlarının istismarına cavabdeh olan
işçidən kabellərin və hava elektrik ötürücü xətlərinin
gərginliyin verilməsi mümkün olan hər bir tərəfdən xətdən
açılması haqqında yazılı təsdiqedici əsas olduqdan sonra
yerinə yetirilməlidir.
2.5.12. Vışkaquraşdırıcılar briqadasının iş obyekti daim
ikitərəfli (çağırış vəziyyətində olan) radio və ya telefonla təmin
edilməlidir.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin